Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
141
 
 
istinad  edən  daha  kiçik  həcmli  informasiya  silsilələri  də 
yaranır. Hətta bəzən belə əsərlərdə nitq söyləmi formasın-
da  mövcud  olan  ayrı-ayrı  deyimlər,  ifadələr,  aforizmlər 
tam müstəqil gerçəklik elementi səviyyəsinə qədər yüksə-
lə  bilir.  Aforizm  mahiyyəti  daşıyan  bu  kəlamlardan  hər 
hansısa birini xatırlayanda adətən onun aid olduğu perso-
naj da gözlərimiz önündə canlanır, məsələn: 
 
Mənə meymun dediyin 
bəs deyil, hələ bir əl də 
verirsən? 
Ay keçi, bu ehsan deyil! 
Heç hənanın yeri deyil. 
 
 
Üç manat pul, bir kəllə 
qənd, bir molla, vəssalam, 
cüt tamam! 
 
 
Bəs mənim bir 
abbasım hara getdi? 
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
142
 
 
İstənilən halda həmin deyim və aforizmlər sadəcə mətn-
lərdir və hansısa bir gerçəklik elementinə ekvivalent olan 
birinci  intellekt  obrazında  həmin  gerçəklik  elementi  ilə 
bağlı mühafizə olunan ümumiləşdirilmiş informasiyadır.   
Məsələnin belə qoyuluşu, təqdim olunan mövqedən ya-
naşmaq dilçiliyin ümumi, qlobal məsələləri ilə yanaşı, ən 
konkret və cari problemlərinin həllinə də şərait yaradır.  
Ənənəvi  dilçilikdə  –  təsviri    qrammatika  baxımından 
nitq  söyləminin  əsas  vahidi  cümlənin  mübtədası,  onun 
hərəkəti və ya vəziyyəti cümlənin xəbəri, həmin söyləmin 
digər  gerçəklik  elementlərinə  ekvivalent  olan  dil  struktur 
vahidləri  ilə  yaranan  fonları  isə  həmin  cümlənin  ikinci 
dərəcəli üzvləridir. 
Funksional  dilçilikdə  –  funksional-semantik  analiz  və 
tədqiqatların əsas apellyativ vahidləri olan tema söyləmin 
əsas vahidi, rema isə həmin söyləmin digər gerçəklik ele-
mentlərinə  ekvivalent  olan  dil  struktur  vahidləri  ilə  yara-
nan fonlarıdır.  
Aktual  üzvlənmənin  mahiyyəti  də  bu  mövqedən  çox 
dəqiq şəkildə müşahidə və şərh oluna bilər. Belə ki, ayrı-
ayrı  söyləmlərin  birləşərək  vahid  nitqi  əmələ  gətirmək 
üçün  istinad  etdikləri  birləşdirici  element  (əsas  xəbər) 
cümlənin nüvəsi, hər bir söyləmin əsas vahidi cümlənin və 
ya  nüvənin  aktantları,  söyləmin  digər  gerçəklik  element-
lərinə  ekvivalent  olan  dil  struktur  vahidləri  ilə  yaranan 
fonlar isə serkonstantlarıdır
1

Bu  mövqedən  yanaşmaqla  asanlıqla  görmək  olar  ki, 
istər ənənəvi dilçilik və təsviri qrammatika, istər funksio-
                                                           
1
  Daha  ətraflı  bax:  Касевич  В.Б.  Элементы  общей  лингвистики.  Москва, 
«Наука», 1977, 183 с.; Касевич В.Б., Харковский В.С. Конструкции с предика-
тивными актантами, Л.:, Издательство “ЛГУ ”, 1985, 124 с. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
143
 
 
nal dilçilik  və  funksional-semantik analiz  metodu, istərsə 
də  onların  ən  son  variantı  olan  aktual  üzvlənmə  metodu
1
 
cümlənin daxili elementlərinin və  ya struktur vahidlərinin 
öyrənilməsi  baxımından  müəyyən  üstün  və  çatışmayan 
cəhətlərə malikdir.  
Cümlənin  daxili  elementlərinin  və  ya  struktur  vahidlə-
rinin  öyrənilməsi  baxımından  ən  dəqiq  və  optimal  bölgü 
aktual  üzvlənmə  əsasında  aparılan  bölgüdür.  Bununla 
belə, həmin bölgü mətndə real şəkildə mövcud olan cüm-
lənin  yox,  həmin  cümlə  əsasında  rekonstruksiya  olunan 
nitq  söyləmlərinin  müəyyənləşdirilməsi  prinsipinə  əsasla-
nır. Belə bir tədqiqat  üsulu  mətndə  konkret  şəkildə  möv-
cud  olan  cümlənin  analizini  aparmağı  qarşısına  məqsəd 
qoyan,  məhz  bu  analizi  dilçiliyin  birinci  dərəcəli  vəzifəsi 
elan  edən,  yəni  mövcud  faktı  təsvir  etmək  yolunu  tutan 
ənənəvi  qrammatikanı  razı  sala  bilmir.  Təbii  ki,  öz 
tədqiqatlarını konkret cümlə elementlərinin funksional-se-
mantikası  əsasında  quran  funksional  dilçilik  də,  aktual 
üzvlənmə tərəfdarlarının bu mövqeyini qəbul edə bilməz.  
Razılaşmaq  lazımdır  ki,  dil  obyektiv  gerçəkliyin  insan 
şüurundakı inikasını əks edirsə də
2
, istənilən halda bu, ob-
yektiv  aləmin  tam  və  real  inikası  deyil.  Çünki    birincisi
gerçəklik şüur tərəfindən qismən dərk edilir; ikincisi, dərk 
edilən gerçəklik nitqdə tam və ya qismən ifadə oluna bilir; 
üçüncüsü gerçəkliyin nitqdə ifadə olunan qismi kommuni-
kasiya  ehtiyaclarından  asılı  olaraq  məqsədyönlü  şəkildə 
                                                           
1
 Abdullayev Ə. Aktual üzvlənmə və mətn. Bakı, “Xəzər Universitetinin nəşriyyatı”, 
1998, 190 s.; Abdullayev Ə. Mətni anlama modelləri. Bakı, “Səda”, 1999, 334 s. 
2
 Панфилов В.З. Взаимоотношение языка и мышления. Москва, “Наука”, 1971, 
232  с.;  Панфилов  В.З.  Гносеологические  аспекты  философских  проблем 
языкознания. Москва, “Наука”, 1982, 357с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə