Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
131
 
 
san olmağın atributuna çevrilmişdir. Bu səbəbdən hər han-
sı  bir  nitq  söyləmini  yaradarkən  onunla  bağlı  bütün  fəa-
liyyətlər avtomatik şəkildə icra olunan analogiyalarla real-
laşır. Nəticədə, biz həmişə danışmış olduğumuz tərzdə da-
nışarkən,  nəinki  dərketmə  aktının  dördüncü  fazasının 
ikinci  pilləsində  birinci  intellekt  obrazlarının  məntiqi 
sıralanmasını  və  ya  üçüncü  pilləsində  leksik  formaların 
sıralanmasını  da  hiss  edə  bilmirik,  hətta  bəzən  nitqin 
özünü belə, necə söylədiyimizin fərqində olmuruq. Çünki 
nitqyaratma  artıq  gündəlik  həyatımızın  nəfəs  almaq,  su 
içmək  kimi  həyati  əhəmiyyət  daşıyan  elementinə  çevril-
mişdir. Nəfəs almaq və ya su içmək üçün adi halda “nəfəsi 
belə almalıyam” və ya “suyu belə içməliyəm” formasında 
nə  isə  bir  şey  düşündüyümüzü  adi  halda  hiss  etmirik. 
Çünki bu fəaliyyətimiz artıq reflektiv səviyyədə avtomat-
laşmışdır.  Uşaqlıq  dövründə  ilkin  təcrübəsi  əldə  olunan 
nitqyaratma prosesi daha sonrakı mərhələdə analogiyalarla 
reallaşır,  yetkinlik  yaşında  isə,  artıq  nitq  söyləmi  yarat-
maqla bağlı təfəkkür proseslərinin reallaşmasını, ümumiy-
yətlə, hiss etmirik.  
Amma  gəlin  xatırlayaq  ki,  əlimiz  bağlı,  sarıqlı  olanda, 
əlimizdə həmin an yerə qoya bilmədiyimiz bir əşya olanda 
və  ya sadəcə əlimiz çirkli olanda, suyu necə içməli oldu-
ğumuz  haqda  düşündüyümüzü  mütləq  hiss  edirik.  Hətta 
bəzən  ağlımıza  gələn  ilk  fikirdən  daşınıb  yeni  bir  üsul 
fikirləşdiyimiz  zamanlar  da  olur.  Məsələn,  əvvəlcə  əyilib 
krandan  su  içmək  qərarına  gəlirik,  amma  kranı  da  aça 
bilmədikdə, qərar veririk ki, yanımızda olan şəxsdən xahiş 
edək, su içməyimizə kömək etsin. Belə hallarda su içmək-
lə bağlı düşündüyümüzü ona görə hiss edirik ki, bu şəkil-
su içmək, bir proses olaraq hələ avtomatlaşmamışdır.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
132
 
 
Eyni  vəziyyət  bəzən  nitqyaratma  prosesi  ilə  bağlı  da 
müşahidə olunur. Məsələn, hər hansı bir sözü, termini, de-
yimi və ya xüsusi olaraq nəzərə çatdırmaq istədiyimiz ifa-
dəni nitqin və ya söyləmin hansı hissəsində, hansı sözdən 
əvvəl,  hansı  sözdən  sonra,  hansı  intonasiya  ilə  söyləmək 
məsələsini  xüsusi  qərar  vermək  yolu  ilə  həll  edirik.  Bu 
zaman sadəcə dərketmə aktının dördüncü fazasının üçün-
cü  pilləsində  söyləmin  leksik  səviyyədə  sıralanmasını 
deyil, az qala həmin fazanın ikinci pilləsində birinci intel-
lekt  obrazlarının  məntiqi  sıralanmasını  necə  planlaşdır-
dığımızı  belə  tam  aydınlığı  ilə  hiss  edirik.  Çünki  bir 
proses  kimi  bu  qaydada  nitqyaratmanın  analogiyası  hələ 
avtomatlaşmamışdır. 
İkincisi,  hər  hansı  bir  nitq  və  ya  söyləmi  yaratmaq  is-
təmədiyimiz  halda,  qəflətən  bir  məşhurun  bir  kəlamının, 
bir  şeirin  bir  misrasının  ağlımıza  və  dilimizə  gəlməsi  və 
ya gözlənilmədən bir mahnını zümzümə etməyimiz, əslin-
də,  burada şərh olunan dərketmə və təfəkkür proseslərinə 
və  onların  bir  hissəsi  olaraq  nitqyaratma  qaydalarına  və 
mexanizminə  zidd  deyil.  Əksinə,  bu  qaydaların  doğrulu-
ğunu bir daha təsdiq edir. Bunun səbəbi odur ki, şüurumuz 
aktiv  yaddaşın  təmasda  olduğu  məlumata  az  və  ya  çox 
dərəcədə uyğun gələn intellekt kodlarını ani olaraq aktiv-
ləşdirir və əsas yaddaşdan operativ yaddaşa gətirir. 
 
Söyləmin qavranılması. 
İndi  də: 
Nitq  söyləmi  necə  başa  düşülür  və  ya  qavra-
nılır?
 – sualına cavab verməyə çalışaq. 
Nitqin başa düşülüb mənimsənilməsi və dərk olunması 
-  onun  yaranma  prosesinin  məntiqi  davamı  mahiyyəti 
daşıyır. Belə ki, aktiv kommunikant üçün nitq söyləminin 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
133
 
 
səsləndirildiyi faza dərketmə aktının 4-cü fazasıdır. Passiv 
kommunikant üçün həmin nitq söyləminin səsləndiyi faza 
eyni  dərketmə  silsiləsinin  növbəti  aktının  1-ci  fazasıdır. 
Çünki passiv kommunikant mətn şəklində verilən bu mə-
lumatı  eşitmə  orqanları  vasitəsilə  qəbul  edir,  intellekt 
obrazına  çevirərək  mənimsəyir  (ikinci  aktın  1-ci  fazası). 
İntellekt  obrazı  şəklində  qəbul  olunan  bu  məlumat 
müvafiq intellekt kodu şəklində baş beyində qeyd edilərək 
mühafizə olunur (ikinci aktın 2-ci fazası).  
Aktiv kommunikant və ya müəllim tərəfindən yaradılan 
bu  nitq  söyləminin  qəbul  edilməsi  ilə  bağlı  passiv 
kommunikantın,  yəni  şagirdin  beynində  aşağıdakı  təfək-
kür prosesləri gedir: Nitqin başa düşülüb mənimsənilməsi 
onun yaranma prosesinin əks ardıcıllığı ilə cərəyan edir. 
Aktiv kommunikantın səsləndirdiyi nitq söyləmi passiv 
kommunikantın  eşitmə  orqanları  vasitəsilə  qəbul  edilir. 
Qəbul edilmiş nitq söyləminin emosional, ekspressiv tonu 
müəyyən edilir. Belə ki, bəzən nitqin emosional, ekspres-
siv  tonu  onun  daşıdığı  məna  yükündə  əhəmiyyətli  dəyiş-
kənliklərə, hətta əks mənanın yaranmasına səbəb olur
1
.  
Nitqin  qəbulu  zamanı  nitq  söyləmini  əmələ  gətirən 
bütün  dil  struktur  vahidləri  baş  beyində  mövcud  olan 
ikinci və birinci intellekt obrazları ilə qarşılaşdırılır.  
Kompüter 
Word 
sənədi 
Yarat 
maq 
üçün 
maus 
dan 
və ya 
klavi
 
dən 
istifa
də 
edilir 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
 
 
<
 
 
˃ 
≈ 
 
˃ 
∞ 
                                                           
1
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 207-208. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə