Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
125
 
 
özünü doğruldur. Bu zaman fikir birinci və ikinci intellekt 
obrazlarının  qarışıq  kombinasiyası  şəklində  formalaşır. 
Səslənmə və ya yazılma anında okkazional nitq ehtiyacına 
uyğun olaraq tam şəkildə ikinci intellekt obrazlarına trans-
formasiya olunaraq nitqə çevrilir. 
Nitq söyləminin  yaranma mexanizmini nümunə əsasın-
da şərh etməyə çalışaq. Fərz edək ki, informatika müəllimi 
şagirdlərə kompüterlə işləməyin müxtəlif yol və üsullarını 
öyrədir:  məsələn,  Word  sənədi  yaratmaq  və  bu  sənədlə 
işləmək qaydasını izah edir. Təbii ki, müəllim əvvəlcə de-
yəcəklərini  fikrən  yada  salır,  müəyyən  məntiqi  sıra  ardı-
cıllığı ilə düzür və yalnız bundan sonra izahata başlayır.  
Öz  nitqinin  və  ya  məruzəsinin  ilk  cümləsini  deyənə 
qədər onun beynində aşağıdakı təfəkkür prosesləri gedir: 
Müəllimin  beynindəki  milyonlarla  intellekt  kodları 
arasından  kompüterin  iş  mexanizmi,  Word  sənədi  yarat-
maq,  bu  sənədlə  işləmək  qaydaları  ilə  birbaşa  bağlı  olan 
intellekt  kodları  və  kod  silsilələri  seçilərək aktiv  yaddaşa 
gətirilir,  yəni  yada  salınır  və  ya  xatırlanır  (dərketmə 
aktının 3-cü fazası).  
Dördüncü  fazada  baş  verən  təfəkkür  proseslərinin  çox 
mürəkkəb  olduğunu  və  nitqyaratmanın  məhz  bu  fazada 
baş verdiyini nəzərə alaraq, bu prosesləri daha dəqiq izlə-
yə  bilmək  üçün  dördüncü  fazanı  ardıcıl  şəklində  cərəyan 
edən dörd pillə kimi nəzərdən keçirək.  
Dördüncü  fazanın  birinci  pilləsi:  Aktiv  yaddaşa  gəti-
rilmiş  intellekt  kodları  müəllimin  söyləyəcəyi  mühazirə-
nin ümumi planına və məntiqinə uyğun şəkildə sıralanır.  
 
 
 
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
126
 
 
Kompüterdə Word sənədi yaratmaq və bu sənədlə işlə-
mək qaydası ilə birbaşa bağlı olan intellekt kod və silsilə-
ləri  ardıcıl  şəkildə  düzülür.  Bununla  müəllimin  beynində 
söyləyəcəyi  mühazirə  mətninin  ümumi  sxemi  qurulmuş 
olur.    
Dördüncü fazanın ikinci pilləsi: Mühazirə mətninin ak-
tiv  yaddaşda  olan  ümumi  sxeminin  əvvəlində,  yəni  nitq 
planının  başlanğıcında  yer  alan  gerçəklik  elementinə  aid 
intellekt kod və silsilələri daha detallı şəkildə açılır.  
Verilən  nümunəyə  istinadən  belə  deyə  bilərik  ki, 
kompüterdə Word sənədi yaratmaq və bu sənədlə işləmək 
qaydası  ilə  birbaşa  bağlı  olan  intellekt  kod  və  silsilələri 
birinci  intellekt  obrazları  səviyyəsində  tam  açılaraq 
məntiqi  şəkildə  sıralanır.  Bununla  müəllimin  beynində 
Word  sənədi  yaratmaq  və  bu  sənədlə  işləmək  qaydası 
haqqında söyləyəcəyi əsas fikir formalaşmış olur. 
 
 
 
 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
Dördüncü  fazanın  üçüncü  pilləsi:  Formalaşmış  əsas 
fikrə ekvivalent olan birinci intellekt obrazları nitq vahidi 
mahiyyəti daşıyan söyləmlərə parçalanır və ya başqa sözlə 
desək,  birinci  intellekt  obrazları  söyləmlər  şəklində  xırda 
qruplarda birləşir.  
Bəzi hallarda birinci intellekt obrazları arasında məntiqi 
boşluqlar ola bilər ki, bu boşluqlar gerçəklik elementi ilə 
vasitəli şəkildə bağlı olan intellekt kodları və kod silsilə-
lərindən  müvafiq  birinci  intellekt  obrazlarının  alınması 
yolu ilə tamamlanır.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
127
 
 
Məsələn, Word sənədi yaratmaq və bu sənədlə işləmək 
qaydası ilə birbaşa bağlı olan intellekt kod və silsilələrində 
Word sənədində istifadə olunan əlifbalar və dillər haqqın-
da heç bir intellekt obrazı və hətta abstrakt təsəvvür  belə 
olmaya bilər. Belə bir vəziyyət sıralanmış birinci intellekt 
obrazları  arasında  məntiqi  boşluğun  yaranmasına  gətirib 
çıxarır. Dillərə və əlifbalara aid olan bu məlumatlar Word 
sənədi yaratmaq və bu sənədlə işləmək qaydası ilə birbaşa 
yox,  sadəcə  vasitəli  şəkildə  bağlıdır.  Bu  səbəbdən  Word 
sənədi  ilə  işləmək  qaydasını  izah  edən  nitqyaratma 
prosesinin  ilkin  mərhələsində  müvəqqəti  olaraq  məntiqi 
boşluqlar müşahidə oluna bilir. Bu boşluq əsas yaddaşdan 
aktiv  yaddaşa  gətirilən  digər  intellekt  silsilələri,  məsələn, 
dillər, əlifbalar, hərflər, səslər və s. ilə bağlı olan intellekt 
kodları hesabına tamamlanır. 
Söyləmlər şəklində qruplaşdırılan və sıralarındakı bütün 
məntiqi  boşluqları  doldurulan  birinci  intellekt  obrazları 
ikinci intellekt obrazlarına və onlar da öz növbəsində söz-
lərə transformasiya olunur. Bu pillənin sonunda müəllimin 
beynində  Word  sənədi  yaratmaqla  bağlı  söyləyəcəyi  ilk 
söyləm  leksik  səviyyədə  hazır  olur,  məsələn,  “kompüter, 
Word, sənəd, yaratmaq, maus, klaviyə”. 
 
 
 
 
 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
Kompüter, 
Word, sənəd 
Yaratmaq 
Maus 
Klaviyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə