Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   2   3   4   5   6   7   8   9   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
5
 
 
Məlumdur  ki,  nə  təkcə  psixologiya,  nə  də  təkcə  dilçilik 
elminə aid olan heç bir nəzəriyyə təkbaşına olaraq nitq və dərk-
etmə,  dil  və  təfəkkür  arasındakı  qarşılıqlı  əlaqələri    sistemli 
şəkildə  şərh  edə  bilməzdi.  Odur  ki  bütün  hallarda  problem 
müxtəlif  elmlərin  kəsişməsində  müəyyənləşə  bilir.  Doğrudur, 
nitqin  yaranması  və  qavranılması  məsələləri  daim  psixo-
linqvistləri  maraqlandırmışdır.  Lakin  müəllifə  görə,  əvvəlki 
bütün nəzəriyyə və konsepsiyalar yalnız  “nitq necə yaranır və 
necə  dərk  olunur»”  –  suallarına  cavab  verir,    nəticədə 
bütövlükdə nitqin daxili vahidləri unudulmuş olur.  
Problemin  linqivistika  ilə  psixologiyanın  vəhdətində 
şərhi onun hərtərəfli tədqiqinə imkan verir. Müəllif öz nəzəriy-
yəsinin  əsas  xüsusiyyətlərini,  fərqli  cəhətlərini  izah  edərək 
yazır:  «Tərəfimizdən  irəli  sürülən  bu  nəzəriyyə  həm  ayrıca 
götürülmüş sözün və ya formanın, həm söyləmin və ya nitqin 
yaranma  və  mənimsənilmə  mexanizmini,  həm  də  ümumilikdə 
dil sisteminin mahiyyətini izah etməyə imkan verir» (s.33). 
Əsər  giriş  və  iki  fəsildən  ibarətdir.  “Giriş”də  müəllif 
“Linqvo-psixoloji vəhdət nəzəriyyəsi”nin adı ilə bağlı izahatlar 
vermiş,  bu  nəzəriyyənin  nə  üçün  məhz  belə  adlanmasının 
səbəblərini məntiqi şəkildə əsaslandırmışdır.  
İlk  fəsil  linqvo-psixoloji  vəhdət  nəzəriyyəsinin  mahiy-
yətinin izahından başlayır. Təbii ki, sözün və formanın, nitqin 
və söyləmin yaranma və dərk olunmasının bir sıra mərhələləri 
vardır və onların izahında müəllif tam real istiqamət götürmüş-
dür. Mərhələləri müəllif belə müəyyənləşdirmişdir:  gerçəklik 
elementi  (ətraf  aləmlə  bağlı  dərk  olunan  şeylər,  hadisələr)  – 
intellekt  obrazı  (insanın  hiss  orqanları  vasitəsilə  obyektiv 
aləm  və  onun  vahidləri  ilə  vizual,  vokal,  friktual,  tastual, 
attaral  təmas  nəticəsində  hər  bir  gerçəklik  elementlərinə 
ekvivalent olan intellekt obrazı) - dərketmə (intellekt obrazının 
əmələ gəlməsi nəticəsində yaranan iki elementli intellekt kodu-
nun əsas yaddaşa qeydi)


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
6
 
 
Müəllif  yazır:  “İnsan  digər  canlılardan  onunla  fərqlənir 
ki,  sadəcə  obyektiv  aləmdə  var  olan  və  hiss  orqanlarına  təsir 
göstərən  gerçəklik  vahidlərini  dərk  etmir,  eyni  zamanda    öz 
şüuru  vasitəsilə  təbiətdə  hazır  şəkildə  mövcud  olmayan  yeni 
gerçəklik  vahidləri  yaratmağa  və  onları  da  dərk  etməyə 
qadirdir.  Belə  gerçəklik  vahidlərini  yaradarkən  insan  əvvəl 
dərk  etmiş  olduğu  gerçəklik  elementlərindən  bir  mənbə  kimi, 
özünün  düşüncə,  təfəkkür  imkan  və  qabiliyyətlərindən  isə  bir 
vasitə  kimi  istifadə  edir.  Bu  cür  dərketməyə  bizim  tədqiqat 
çərçivəsində  düşünərək  dərketmə  və  ya  sinktual  dərketmə 
deyilir” (s.172). 
İkinci  fəsildə  müəllif,  öz  ideyalarına  müvafiq  olaraq, 
sözün  və  nitqin  yaranması  və  qavranılması  məsələlərinə  keç-
miş,  dil  aktiv  sistem  kimi  təhlil  edilmişdir.  İnsan  informasiya 
mübadiləsini  nitq  və  ya  söyləm,  yaxud  söyləmlər  birliyi  – 
sintaktik  bütövlər  vasitəsilə  qurur.  İnformasiya  mübadiləsinə 
xidmət edən kommunikativ nitq və ya söyləm dərketmə aktının 
dördüncü  fazasında  ardıcıl  şəkildə  cərəyan  edən  dörd  pillə 
nəticəsində  yaranır,  vizual  və  ya  vokal  dərketmənin  birinci 
yarımaktında  mənimsənilərək  dərk  olunur.  Bunların  barəsində 
oxucu əsərdən ətraflı məlumat ala biləcəkdir.   
Psixolinqvistikanın  aktual  problemlərinə
 
həsr  olunmuş 
bu
 
əsər  zəngin  rus  və  Avropa  elmi  ədəbiyyatının  tədqiqi  və 
təhlili əsasında yazılmışdır. Kitabda bir sıra görkəmli alimlərin 
əsər haqqında rəyləri və sonda xülasələr verilmişdir. 
Bu  monoqrafiyada  sxemlərdən,  şəkillərdən,  faktiki  nü-
munələrdən  geniş  şəkildə  istifadə  edildiyinə  görə  dilçilik  el-
mimizlə yanaşı, kütləvi oxucular üçün də maraqlı olacaqdır.  
 
 
Qəzənfər Kazımov  
AMEA Dilçilik İnstitutunun baş elmi işçisi 
filologiya elmlər doktoru, professor  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
7
 
 
RƏYÇĠLƏRDƏN 
 
“ĠNTELLEKT OBRAZLARI” DƏRKETMƏ VƏ 
TƏFƏKKÜR PROSESLƏRĠNĠN REALĠZASĠYA VASĠTƏSĠ 
KĠMĠ 
 
Linqvistikada  strukturalizmin  aparıcı  linqvistik  nəzəriyyə, 
psixologiyada isə biheviorizmin aparıcı istiqamət hesab olunduğu 
bir  dövrdə  –  1951-ci  ildə  linqvist  və  psixoloqlar  səyləri  birləş-
dirmək  məqsədilə  Amerikanın  Kornell  Universitetində  toplaşıb 
Linqvistika və psixologiya üzrə Komitə yaratdılar. Lakin bundan 
sonra  səylərin  birləşdirilməsi  üçün  heç  bir  iş  görülmədiyindən 
psixoloq  və  linqvistlər  fəaliyyətlərini  əvvəlki  kimi  ayrı-ayrılıqda 
davam etdirməli oldular. 
Psixolinqvistikada  linqvistika  dövrü  N.Xomskinin  transfor-
masion-generativ  qrammatikasının  güclü  inkişafı  ilə  başlandı. 
Transformasion-generativ qrammatikanın “linqvistik nəzəriyyənin 
əsasında  nitq  fəaliyyəti  deyil,  dil  kompetensiyası  durmalıdır” 
müddəasını  əsas  tutaraq  psixolinqvistlər  nitqyaratma  problemini 
kənara qoymaqla əsas diqqəti dilin başa düşülməsinə yönəltdilər. 
Psixolinqvistikanın  inkişafının  koqnitiv  dövrü  dilin  digər 
fundamental  koqnitiv  proseslər  arasında  yerinin  müəyyənləş-
dirilməsi  cəhdləri  ilə  başlandı.  Predmeti  dil  və  nitqin  psixoloji 
aspektlərini  öyrənmək  olan  psixolinqvistika  psixologiya  ilə 
linqvistikanın    kəsişmə  nöqtəsində  yaranmışdır.  Bu  psixoloji  as-
pektləri ən ümumi şəkildə nitqin yaradılması və qavranması, dilin 
başa düşülməsi və mənimsənməsinə ayırmaq olar. 
Nitqin yaradılmasını öyrənərkən tədqiqatçı  “insanlar dediklə-
rini  nə  üçün  və  necə  deyir”  sualına  cavab  axtarır.  Bu  məsələ 
nitqin  qavranması  –  akustik  siqnalların  qavranan  fonemlərin 
mental  təsəvvürlərinə  çevrilməsi  prosesi  ilə  sıx  bağlıdır. 
Nitqyaratmanın  öyrənilməsinin  mühüm  vasitəsi  nitq  yan-
lışlıqlarıdır,  çünki  onlar  insanların  öz  nitq  fəaliyyətində  istifadə 
etdikləri dil qaydalarını əks etdirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə