Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   2   3   4   5   6   7   8   9   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
8
 
 
Dilin başa düşülməsi prosesinin öyrənilməsi “nitqi dinləyərkən 
insanlar  nə  edirlər?”,  “dil  informasiyası  necə  saxlanır?”  sualına 
cavab  verməyə  yönəlmişdir.  Morfofonoloji  səviyyədə  nitq 
siqnalının  akustik  xarakteristikaları  mental  leksikonda
1
  sözlərin 
axtarılması  üçün    zəruri  olan  təsəvvürlərə  çevrilməlidir.  Bundan 
sonra tanınmış sözlər cümlənin sintaktik analizi mərhələsinə daxil 
olur və sonda nitqin semantik interpretasiyasını müəyyənləşdirir.  
Cümlənin  sintaktik  analizinin  psixolinqvistik  modelləri  üçün 
mərkəzi  problem  insanların  cümlənin  strukturunu  təqdim  etmək 
üçün  sözləri  sintaktik  ağacda  necə  birləşdirmələri  məsələsidir. 
Sintaktik  analizi  xarakterizə  edən  analitik  əməliyyatların  tədqiqi 
zamanı  ən  əlverişli  material  sintaktik  cəhətdən  çoxmənalı 
cümlələrdir.  
Sintaktik  analiz  komponentinin  yerini  müxtəlif  şəkildə  müəy-
yənləşdirən iki əsas istiqamət mövcuddur: modulyar və qarşılıqlı 
asılılıq. Modulyar istiqamətin tərəfdarları hesab edirlər ki, dili ba-
şa düşmə aparatı öz funksiyalarını bir-birindən asılı olmadan ciddi 
ardıcıllıqla  həyata  keçirən  modullardan  ibarətdir.  Bu  zaman 
cümlənin sintaktik analizi semantik analizdən əvvəl baş verir.  
Qarşılıqlı  asılılıq  istiqamətinin  tərəfdarlarının  fikrincə,  cüm-
lənin  sintaktik  analizi  semantik  və  praqmatik  informasiya  ilə 
müəyyənləşdirilir,  başqa  sözlə,  cümlənin  sintaktik  strukturu  ilk 
növbədə arqumentlərin (aktantların) tərkibini müəyyənləşdirən və 
ciddi  şəkildə  semantik  kontekstlə  məhdudlaşan  feildən  asılıdır. 
Hesab olunur ki, cümlənin sintaktik analizinin özü paralel, ardıcıl 
və gecikmə kimi üç fərqli üsulla həyata keçirilə bilər. Bu üç fərqli 
üsul cümlənin sintaktik analizinin üç başlıca modelinin fərqlərini 
                                                           
1
  Mental  leksikon  insanın  sözlər,  onların  mənaları  və  öz  aralarında  qarşılıqlı 
əlaqələri  haqqında  biliklərinin  məcmusudur.  Mental  leksikon  sözlərin  fonoloji, 
orfoqrafik  və  semantik  xarakteristikalarının  qaydaları  üzrə  qurulmuşdur.  Mental 
leksikonda sözlərin axtarışı yalnız sözün bu daxili xarakteristikalarından deyil, həm 
də sözün işlənmə tezliyi və kontekstin təsiri kimi zahiri xarakteristikalardan asılıdır. 
Psixolinqvistlərin  cavab  tapmağa  cəhd  etdikləri  əsas  məsələlər  mental  leksikonda 
lüğət  məqaləsinə  müraciətin  necə  reallaşması  və  sözün  tanınmasının  necə  baş 
verməsidr.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
9
 
 
müəyyən  edir:  E.Gibson  modeli  (paralel  analiz),  L.Frazerin 
Yanılma  və  B.Pritçettin  Baş  söz  modeli  (ardıcıl  analiz)  və 
P.Qorellin Struktur determinizm modeli (gecikmə ilə analiz). 
Sadalanmış bu problemlər ətrafında saysız-hesabsız tədqiqatlar 
aparılmış, çoxlu sayda və bir çox hallarda bir-birinə tam zidd olan 
nəzəriyyələr  irəli  sürülmüşdür.  Hər  bir  nəzəriyyə  də,  şübhəsiz, 
konkret  arqumentlərə  əsaslanmışdır.  Nitqin  yaradılması  və 
qavranması,  dilin  başa  düşülməsi  və  mənimsənməsi  ilə  bağlı  bu 
nəzəriyyələrin  hansının  ən  doğru  olduğunu  demək  çətindir. 
Bununla belə, onlar arasında inandırıcı nəzəriyyələrin olmadığını 
demək doğru olmazdı.  
M.Əsgərovun  “Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi”nə  də  biz 
burada  heç  də  hamısını  xatırlatmadığımız  həmin  nəzəriyyələr, 
konsepsiyalar,  tədqiqat  istiqamətləri  müstəvisində  yanaşmışıq. 
Müəllif ona məlum olan psixolinqvistik nəzəriyyə və konsepsiya-
ları tənqidi şərh etmiş, onların müsbət və mənfi tərəflərini müəy-
yənləşdirməyə çalışmış və öz konsepsiyasını təqdim etmişdir.  
Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsinin  əvvəlki  konsepsiya-
lardan  əsas  fərqi  onun  psixoloji  əsasındadır.  Məsələn,  bihevio-
ristlər “stimul-reaksiya” sxeminə, neobihevioristlər “stimul-dispo-
zisiya-reaksiya”  sxeminə,  nitq  fəaliyyəti  nəzəriyyəsinin  müəllifi 
“psixoloji fəaliyyət” sxeminə əsaslanırdılarsa, M.Əsgərov özündə 
bu  nəzəriyyələrin  sintezini  ehtiva  edən  “stimul-kod-fəaliyyət” 
sxeminə əsaslanır.  
Bihevioristlər  nitqi  stimula  qarşı  göstərilən  reaksiya,  neobihe-
vioristlər nitqi stimula qarşı göstərilən, lakin daha uyğun şəraitdə 
reallaşan  reaksiya  hesab  edirlər.  Nitq  fəaliyyəti  nəzəriyyəsinin 
müəllifi nitqi sözdə tamamlanan fikir hesab edərək, sözü həm nit-
qin, həm də təfəkkürün vahidi adlandırır. 
M.Əsgərovun fikrinə görə, nitqi stimula qarşı verilən reaksiya 
səviyyəsinə qədər bəsitləşdirmək doğru olmadığı kimi, onu dərk-
etmə  və  təfəkkür  proseslərinə  bərabərləşdirmək,  nitqin  yaran-
masını təfəkkür prosesinin özü ilə eyni səviyyədə tutmaq da doğru 
olmazdı,  çünki  nitqyaratma  prosesi  bəsit  bir  reaksiya  olmadığı 
kimi, ən ali şüur fəaliyyəti olan təfəkkür prosesi də deyildir. Onun 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
10
 
 
qənaətincə,  nitqyaratma  prosesi  təfəkkür  prosesi  ilə  nə  qədər 
yaxından  bağlı  olsa  da,  ən  çoxu  onun  yaratdığı  son  məhsul  ola 
bilər, lakin heç bir halda təfəkkür prosesinin özü ola bilməz. 
Göründüyü  kimi,  “stimul-kod-fəaliyyət”  sxemində  müəllif  bi-
heviorizm,  neobiheviorizm  və  nitq  fəaliyyəti  nəzəriyyələrini 
yaradıcı şəkildə sintez etmişdir (s.92).  
Biheviorizm  və  neobiheviorizm  nəzəriyyələrinin  minimal 
vahidləri  müəyyən  edilərkən  “dərk  edilən  minimal  vahid”  və 
“dərketmənin  reallaşmasını  təmin  edən  minimal  vahid”  arasında 
heç bir fərq qoyulmamışdır. Hər iki anlayışı eyni bir terminlə bəzi 
tədqiqatçılar  “təfəkkür  elementi”,  bəziləri  “diferensial  element”, 
bəziləri isə “kinakem” adlandırır (s.49). Nitq fəaliyyəti nəzəriyyə-
sində  isə  istinad  edilən  minimal  vahid  “fəaliyyət”  kimi  təqdim 
olunur. Bu nəzəriyyənin yaradıcısı A.A.Leontyev L.S.Vıqotskinin 
belə  bir  fikrinə  istinad  edir:  “təfəkkür  və  nitqin  öyrənilməsinin 
dönüş  nöqtəsi  odur  ki,  tamı  tərkib  hissələrinə  deyil,  onun  bütün 
xüsusiyyətlərini  özündə  əks  etdirən  vahidlərə  ayıraraq  öyrənmək 
lazımdır…  Psixologiya  tamı  daxili  elementlərinə  parçalayaraq 
öyrənmə metodundan əl çəkməli və onu vahidləri əsasında öyrən-
məlidir”
1
.  Həmin  fikri  nitq  fəaliyyəti  nəzəriyyəsinin  əsas  istinad 
nöqtəsi  kimi  qəbul  edən  A.A.Leontyev  “fəaliyyət”i  bu  nəzəriy-
yənin  minimal  vahidi  elan  edərək  hər  bir  kiçik  fəaliyyətin  daha 
böyük fəaliyyəti əmələ gətirən minimal vahid olduğunu sübut et-
məyə  çalışır.  Digər  psixoloji  fəaliyyətlərdə  olduğu  kimi,  nitqya-
ratma  fəaliyyətində  də  hər  bir  kiçik addım,  hər  bir kiçik  mərhələ 
daha  böyük  mərhələnin  daxili  elementi,  minimal  vahidi  hesab 
olunur.  A.A.Leontyev  bunu  bir-birinin içində  olan matryoşkalara 
bənzədir.          
Bu  monoqrafiyada  M.B.Əsgərov  irəli  sürdüyü  konsepsiyanın 
minimal  vahidlərini  belə  müəyyən  edir:  dərk  olunan  minimal 
vahid “gerçəklik elementi”, dərketmənin reallaşmasını təmin edən 
minimal vahid isə “intellekt obrazı”dır. O, haqlı olaraq qeyd edir 
ki,  gerçəkliyi  insanın  bir  anda  və  tam  şəkildə  dərk  etməsi 
                                                           
1
 Л.С.Выготский. Психология. М., 2000, c.268 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə