Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
23
 
 
minnətdarlıq  hissi  ilə  qeyd  edir  ki,  bu  tədqiqat  əsərində  irəli 
sürülən  elmi-nəzəri  müddəalar  həm  prinsip,  həm  meyar,  həm  də 
əldə  edilən  nəticələr  baxımından  əvvəlkilərdən  fərqlənsə  də, 
müəllif etiraf edir ki, bu tədqiqat boyu müəyyən nəzəri mülahizə 
və analogiyalara əsaslanmış, əvvəlki tədqiqat əsərlərinin bəzi cə-
hətlərindən  yaradıcı  şəkildə  faydalanmış,  sələfi  hesab  etdiyi 
alimlərin fikirlərini davam və inkişaf etdirmişdir. 
M.B.Əsgərov  bu  monoqrafiyada  psixolinqvistika  ilə  bağlı 
yeni,  tamamilə  orjinal  mahiyyət  daşıyan  bir  nəzəriyyə  irəli 
sürmüşdür.  Məlum  olduğu  kimi  bütün  psoxolinqvistik  nəzə-
riyyələrin həm psixoloji, həm də linqvistik əsasları olmalıdır. Bu 
monoqrafiyada  təqdim  olunan  nəzəriyyənin  psixoloji  əsasını 
müəllif  M.B.Əsgərovun  özü  tərəfindən  müəyyən  edilən  S+  K+F 
(stimul + kod + fəaliyyət) sxemi, linqvistik əsasını isə funksional-
semantik  metod,  konkret  dil  faktları  ilə  bağlı  müqayisə, 
tutuşdurma və statistik metodlar təşkil edir (s.92-94).  
Məlum  olduğu  kimi,  indiyə  qədər  mövcud  olan  psixo-
linqvistik  istiqamətlər  sadəcə  nitqi  tədqiq  etmək  məqsədi  ilə 
yaranıb  və  bu  günə  qədər  nitqin  yalnız  psixoloji  problemlərini 
öyrənə bilib. M.B.Əsgərovun bu monoqrafiyasında təqdim olunan 
nəzəriyyənin  tətbiqi  isə  dilin  istənilən  səviyyədən  olan  struktur 
vahidinin  həm  linqvistik,  həm  də  psixoloji  mahiyyətini  şərh 
etməyə qadirdir.  
Tədqiqat  əsərində  verilən  bütün  linqvo-psixoloji  təhlillər 
M.B.Əsgərov  tərəfindən  irəli  sürülən  “Linqvo-psixoloji  vəhdət 
nəzəriyyəsi”nə əsaslanır.  
Belə  bir  faktı  mütləq  şəkildə  qeyd  etmək  lazımdır  ki, 
psixolinqvistikanın klassik məktəbləri indiyə qədər sadəcə nitqin 
yaranma  və  mənimsənilmə  məsələlərini  öyrənməklə  kifayət-
lənirdi. Nitqdən kiçik dil vahidlərinin, o cümlədən leksik, leksik-
qrammatik  və  qrammatik  formaların  yaranması  və  mənim-
sənilməsi məsələsi onları qətiyyən maraqlandırmamışdır. İstənilən 
səviyyəli  dil  vahidlərinin,  eləcə  də  formaların  yaranma  və 
mənimsənilmə  mexanizmi  ilk  dəfə  olaraq  bu  tədqiqat  əsərində 
elmi şəkildə tədqiqata cəlb olunur (s.96).  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
24
 
 
Formaların  düzgün  mənimsənilməsi  ilə  bağlı  müəllifin  fikri 
belədir ki, ümumi və aktiv dil sisteminin dərk olunan, yaradılan, 
ötürülən,  qəbul  edilən  və  mənimsənilən  bütün    tərkib  hissələri, 
eləcə də bu proseslərin reallaşmasını təmin edən beyin fəaliyyət-
ləri eyni dil daşıyıcılarında bənzər və ya identik olmalıdır. Dil ilə 
bağlı  istifadə  edilən  ümumi    aktiv  sistem  termininin  əsl 
mahiyyəti məhz budur (s.155). 
Formaların  hərtərəfli  təhlilini  aparan  M.B.Əsgərov  belə  bir 
nəticəyə  gəlir  ki:  “leksik  forma  müstəqil  gerçəklik  elementinin 
dərk olunması nəticəsində  yaranan birinci sıra intellekt obrazına, 
onu  dildə  əks  etdirən  müstəqil  dil  struktur  vahidinə  və  ona 
ekvivalent olan ikinci sıra intellekt obrazına; ... leksik-qrammatik 
forma  əmələ  gəldiyi  forma  ilə  ortaq  olan  okkazional  gerçəklik 
elementinə  və  birinci  sıra  intellekt  obrazına,  köməkçi  morfem 
tipində  müstəqil  dil  struktur  vahidinə  və  ona  ekvivalent  olan 
ikinci  sıra  intellekt  obrazına;  ...  qrammatik  forma  abstrakt 
təsəvvür  mahiyyəti  daşıyan  gerçəklik  elementinə  və  ona 
ekvivalent  olan  birinci  sıra  intellekt  obrazına,  köməkçi  morfem 
tipində  dil  struktur  vahidinə  və  ona  ekvivalent  olan  ikinci  sıra 
intellekt obrazına malikdir” (s.172-173). 
Bu  tədqiqat  əsərində  nitqin  kommunikativ,  intellektual  və 
kombinal növləri ayrı ayrılıqda nəzərdən keçirilir. “Biheviorizm”, 
“Neobiheviorizm”  və  “Nitq  fəaliyyəti  nəzəriyyəsi”  kimi  klassik 
psixolinqvistik  istiqamətlər  nitqin  bu  növlərindəki  prinsipial 
fərqləri  görə  bilmir  və  bu  səbəbdən  də  nitqin  istənilən  növünün 
eyni  model  və  mexanizm  əsasında  formalaşdığını  güman  və 
bəyan  edirdi.  Məsələn,  biheviorizm  və  neobiheviorizm 
tərəfdarlarına  görə  istənilən  nitq  stimula  qarşı  göstərilən 
reaksiyadır. Nitq fəaliyyəti nəzəriyyəsinin yaradıcısı olan A.A.Le-
ontyevi isə nitq prosesinin fizioloji detalları yox, onların prinsipial 
quruluşu, onların tərkibində olub nitqin tipoloji aspektlərini təmin 
edən cəhətlər maraqlandırır (s.150). 
Nitqin qeyd edilən növlərinin prinsipial fərqi ilk dəfə olaraq 
məhz bu tədqiqat əsərində M.Əsgərov tərəfindən müəyyən edilir. 
Dərketmə  və  təfəkkür  proseslərinin  hansı  fazasında  nitqin  hansı 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
25
 
 
növünün  yaranması  və  nitqin  passiv  kommunikant  tərəfindən 
dərketmənin  hansı  fazasında  mənimsənilməsi  məsələsinə  də  ilk 
dəfə olaraq məhz bu tədqiqat əsərində aydınlıq gətirilir. 
M.B.Əsgərov  inandırıcı  və  məntiqi  araşdırmalar  nəticəsində 
belə  bir  qənaətə  gəlir  ki,  ünsiyyətə  xidmət  edən  nitq,  yəni: 
“kommunikativ nitq dərketmə prosesinin dördüncü fazasında baş 
verən  total  modullaşma  yolu  ilə  ...  intellektual  nitq  isə  ümumi 
dərketmə  prosesinin  ikinci  aktında  reallaşan  sinktual  dərketmə 
yolu  ilə  ...  yaranır”  (s.174-175).  Hər  iki  nitq  növünün 
yaranmasındakı  ümumi  cəhət  ondan  ibarətdir  ki,  hər  iki  halda 
birinci  sıra  intellekt  obrazları  ikinci  sıra  intellekt  obrazları 
şəklində  modullaşır.  Başqa  sözlə  desək,  gerçəklik  vahidləri  ilə 
bağlı  dərk  edilmiş  abstrakt  təsəvvürlər  həmin  gerçəklik 
vahidlərinin adları ilə əvəz olunur.   
M.B.Əsgərov  müxtəlif  elm  sahələrində  yaranan  yeni  isti-
qamətlərin  dilçiliklə  əlaqəsinin  potensial  imkanlarından  bəhs 
edərək  yazır:  “Biz  açıq  texnoloji  və  yaradıcı  dünyada  yaşayırıq, 
klassik  elmlərə  əsaslanan  dünya  modelinə  müasir  mövqedən 
yanaşdıqda  görürük  ki,  onu  əsl  təkamülün  sadəcə  karikaturasına 
bənzətmək  olar...  Eyni  mövqedən  dilin  mahiyyəti  haqqında 
mövcud  olan  klassik  nəzəri  müddəalara  yanaşdıqda,  onların  da 
dilin  əsl  mahiyyətinin  sxematik  modelindən  və 
ya 
karikaturasından başqa bir şey olmadığını görürük (s.155).  
M.B.Əsgərov  öz  nəzəri  müddəalarını  isbatı  mümkün  olan 
elmi mülahizələr bazasında qurur və onun  fikrincə: dilin struktur 
vahidlərinin  semiotikliyi,  yəni  həm  formaya,  həm  də  məzmuna 
malik  olması  onun  dərk  olunmuş  gerçəklik  elementlərinin 
beynimizdəki  intellekt  obrazları  ilə  bağlılığındadır.  Əgər  bir 
anlığa bu bağlılıq yox olsaydı, o halda dil mənasız və məzmunsuz 
söz  və  ya  səs  yığınından  ibarət  olardı.  Yəni  əgər  bizim 
beynimizdə müstəvi formasında səthi və ayaqları olan masa kimi 
əşyaya ekvivalent olan birinci intellekt obrazı olmasaydı, oxudu-
ğumuz  və  ya  eşitdiyimiz  “masa”  sözü  bizim  üçün  heç  bir  məna 
ifadə edə bilməzdi (s.150). 
M.B.Əsgərov  nəzəri  mülahizələrini  qurarkən  yəqinlik  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə