Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
32
 
 
olaraq bu monoqrafiyada elm aləminə geniş məlumat verilir.  
Doğrudur,  2011-2012-ci  illərdə  Almaniyada,  Türkiyədə, 
Rusiyada, Ukraynada nəşr olunan bəzi məqalələrimizdə tək-
lif  etdiyimiz  nəzəri  konsepsiya  haqqında  qısa  informasiya 
vermişdik.  2013-cü  ildə  Azərbaycanda  “Türkologiya”  və 
“Terminologiya  məsələləri”  toplularında  nəşr  etdirdiyimiz 
məqalələrdə bu nəzəriyyə haqqında qısaca bəhs etmişdik.  
Təqdim edilən nəzəriyyəni başqa bir şəkildə  deyil, məhz 
Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi”  adlandırmağımızın 
bəzi obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, bu nə-
zəriyyə  klassik  adı  ilə  desək,  dilin  psixoloji  problemlərinin 
öyrənilməsinə, müasir adı ilə desək psixolinqvistikanın aktu-
al problemlərinə həsr olunmuşdur. Bununla belə bu nəzəriy-
yənin psixolinqvistik bir nəzəriyyə kimi deyil, məhz linqvo-
psixoloji  bir  nəzəriyyə  kimi  tanınmasını  daha  düzgün  və 
məqsədəuyğun  hesab  etdik.  Çünki  psixolinqvistika  sahəsin-
də yaranan bütün nəzəriyyələr, yəni həm  Biheviorizm, həm 
Neobiheviorizm, həm Nitq fəaliyyəti nəzəriyyəsi, həm Kon-
neksionist,  həm  də  Koqnitiv  psixolinqvistika  sadəcə  adda 
psixolinqvistik konsepsiya və nəzəriyyə mahiyyəti daşıyır.  
Nəzərə  alsaq  ki,  psixolinqvistika  sözünün  mənası 
psixoloji dilçilik deməkdir, deməli bu sahəyə aid olan bütün 
nəzəriyyə və konsepsiyalar psixoloji üsullardan istifadə edə-
rək  dilin  mövcud  problemlərini  öyrənməklə  məşğul  olmalı-
dır. Amma faktiki olaraq bunu görmürük.  
Bütün  psixolinqvistik  nəzəriyyələr  tək  bir  problemin 
öyrənilməsinə  yönəlmişdir:  “nitq  necə  yaranır,  nitq  necə 
dərk  olunur”.  Hətta  bunu  da  qeyd  edək  ki,  psixolinqvistika 
müstəqil elmi istiqamət kimi məhz bu məqsədlə, yəni nitqin 
yaranma  və  dərk  olunma  mexanizmini  öyrənmək  məqsədi 
ilə yaradılıb. Amma dil sistemi sadəcə nitqdən ibarət deyil. 
Fonemdən  başlamış  sintaktik  bütövlərə  qədər  olan  bütün 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
33
 
 
struktur  vahidlər,  konkret  isimlərdən  başlamış  qrammatik 
kateqoriyalara  aid  abstrakt  təsəvvürlərə  qədər  olan  bütün 
forma, norma və prinsiplər dilin ayrılmaz tərkib hissələri və 
ya daxili elementləridir.  
Yuxarıda  adı  çəkilən  psixolinqvistik  nəzəriyyə  və  kon-
sepsiyaların  heç  biri  dilin  bütün  bu  vahidlərini  və  element-
lərini  kompleks  şəkildə  öyrənməyə  qadir  deyil.  Onlar  nitq-
dən başqa heç bir dil struktur vahidini öyrənməyə cəhd belə 
göstərmir. Tərəfimizdən irəli sürülən bu nəzəriyyə isə, həm 
ayrıca götürülmüş  sözün və ya formanın, həm söyləmin və 
ya  nitqin  yaranma  və  mənimsənilmə  mexanizmini,  həm  də 
ümumilikdə  dil  sisteminin  mahiyyətini  izah  etməyə  imkan 
verir.  Məhz  bu  səbəbdəndir  ki,  ad  baxımından  da  klassik 
psixolinqvistik  konsepsiya,  nəzəriyyə  və  mülahizələrdən 
əsaslı  şəkildə  fərqlənsin  deyə  irəli  sürdüyümüz  bu  yeni 
nəzəriyyənin  adında  psixolinqvistik  nəzəriyyə  deyil,  məhz 
linqvo-psixoloji  nəzəriyyə  ifadəsini  işlətməyə  üstünlük 
verdik və bunu daha məqsədəuyğun hesab etdik.  
“Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi”nin  adındakı 
vəhdət sözünün də burada işlənməsi təsadüfi deyil.  
Bu günə qədər işlənib hazırlanmış, yaradılmış olan bütün 
psixolinqvistik nəzəriyyələri tənqidi şəkildə analiz etdikdən, 
onların  uğurlarını  və  çatışmazlıqlarını  araşdırdıqdan  sonra 
belə bir nəticəyə gəlmişik ki, nə təkcə psixologiya elminə, nə 
də təkcə dilçilik elminə aid olan heç bir nəzəriyyə tək başına 
olaraq nitq və dərketmə, dil və təfəkkür arasındakı qarşılıqlı 
əlaqəni şərh edə bilməz. Çünki dil və təfəkkür bir-biri ilə iç-
içə  girmiş,  qovuşmuş  mürəkkəb  kateqoriyalardır.  Onların 
tam  şərhini  verə  bilmək  üçün  dil  və  təfəkkürün,  linqvistika 
və  psixologiyanın  vəhdətinə  əsaslanan  yeni  bir  nəzəriyyəyə 
ehtiyac vardır.  
Bu monoqrafiyada təqdim edilən nəzəriyyə aşağıdakı üç 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
34
 
 
əsas xüsusiyyəti özündə əks etdirir: 
1)  həm  linqvistik  vasitələrdən  istifadə  yolu  ilə,  həm  də 
hiss  orqanlarının  iştirakı  ilə  ətraf  aləmlə  təmas  qurur,  yəni 
ətraf aləmlə bağlı informasiyanı əldə etmək məqsədi ilə həm 
linqvistik, həm də psixoloji üsullardan istifadə edir
2)  əldə  edilmiş  informasiyanın  qarşı-qarşıya  qoyulmuş 
güzgülərdə  əks  olunurmuş  kimi  silsiləli  şəkildə  təfəkkür 
sistemindən dil sisteminə və bunun əksinə olaraq yenidən dil 
sistemindən  təfəkkür  sisteminə  transformasiyasını,  bu 
informasiya daşıyıcılarının qarşılıqlı şəkildə birinin digərinə 
çevrilməsini təmin edir; 
3)  psixoloji  obrazların  linqvistik  obrazlar  şəklində  və 
təkrarən  linqvistik  obrazların  psixoloji  obrazlar  şəklində 
modullaşması nəticəsində əmələ gələn linqvo-psixoloji kod-
larda  onların  bir  bütöv,  bir  vəhdət  halında  birləşməsini  bir 
zəruriyyətə çevirir.   
Əslində  bu  nəzəriyyəyə  Azərbaycan  dilində  “Linqvo-
psixoloji  təmas,  çevrilmə  və  vəhdət  nəzəriyyəsi”  adını  ver-
mək, bəlkə də daha doğru olardı. Bu ad həmin nəzəriyyənin 
mahiyyətini  daha  dəqiq  əks  etdirərdi.  Amma  belə  bir  ad 
lakonik və ya yığcam deyil, onu  yadda saxlamaq və başqa 
dillərə tərcümə etmək problemlər yarada bilər.  
Bu  səbəbdən  də  tam  mahiyyəti  şərh  edilməklə  elm  alə-
minə rəsmi şəkildə məhz indi təqdim olunan bu nəzəriyyəni 
Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi”  adlandırmağı  daha 
məqsədəuyğun  hesab  edirik.  Vəhdət  sözündə  potensial 
olaraq  təmas  mənası  da  var.  Çünki  təmas  qurmadan 
birləşmək və vəhdət yaratmaq mümkün deyil. 
 
 “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” təxminən 12 illik 
zəhmətimizin nəticəsi olaraq ortaya çıxmışdır. Bu yolda  bizi 
dəstəkləyənlərə öz təşəkkürlərimizi bildiririk.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə