Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
56
 
 
gerçəklik  vahidinin  adı  (yəni  kitab  sözü),  4)  adın  yadda 
qalmasını təmin edən 2-ci sıra intellekt obrazı (İO-2). 
İnsanın  həyatı  boyu  icra  etdiyi  bütün  dərketmə  və 
təfəkkür fəaliyyətləri, indi haqqında bəhs edilən bu iki və 
dörd elementli intellekt kodları vasitəsilə reallaşır. 
Qeyd  edilən  dörd  elementli  intellekt  kodunun  varlığı 
belə bir yanlış təəssürat yaradır ki, biz hər zaman düşünər-
kən  mütləq  şəkildə  nitqdən  və  ya  sözdən  istifadə  edirik. 
Əslində,  dörd  elementdən  ibarət  intellekt  kodu  ilə  baş 
verən  düşünmə  prosesində  əsas  fikir  axını  birinci  sıra 
intellekt  obrazları  ilə  reallaşır.  Lakin  onlarla  birlikdə 
ikinci  sıra  intellekt  obrazları  və  sözlər  də  aktiv  yaddaşa 
gəlir. Ona görə də belə bir yanlış təəssürat yaranır ki, biz 
sözlə,  nitq  vasitəsilə  düşünürük.  Bu  məsələ  haqqında 
sözün  yaranmasından  və  dilin  mahiyyətindən  bəhs  edər-
kən daha ətraflı danışacağıq.  
Bu izahatlardan sonra artıq monoqrafiyanın giriş hissə-
sində qoyulan: Biz nəyin vasitəsilə başa düşür və ya dərk 
edirik?  sualına  cavab  vermək  mümkündür:  Biz  beyin 
aparatımız tərəfindən yaradılan və yaddaşımızda mühafi-
zə  edilən  intellekt  obrazlarının,  kodlarının  yardımı  və 
iştirakı ilə dərk edir, başa düşür və fikirləşirik.  
 
Dərketmə. 
İndi  də: 
Biz  necə  dərk  edirik  və  ya  dərketmə  nədir?  -
 
sualına cavab verməyə çalışaq.  
Tədqiqatın  bu  mərhələsində  məqsədimiz  gerçəklik 
elementlərinin qəbul və dərk olunmasını, dərk edilmiş ger-
çəklik  elementinə  ekvivalent  olaraq  yaranan  intellekt  ob-
razlarının  iş  prinsipini,  mexanizmini  müəyyənləşdirmək-
dir.  Növbəti  mərhələdə  isə  məqsədimiz  bəzən  bu  tip  psi-


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
57
 
 
xoloji iş və fəaliyyətin vasitəsi
1
, bəzən məhsulu
2
, bəzən də 
həmin iş və fəaliyyətin həm məhsulu, həm də vasitəsi
3
 he-
sab  olunan  söz,  nitq  və  ümumilikdə  dilin  dərketmə  və  ya 
təfəkkür  prosesləri  ilə  qarşılıqlı  əlaqəsni  müəyyənləşdir-
mək olacaqdır.  
Təfəkkür  əməliyyatları  öz-özlüyündə  tam,  bütöv  bir 
axın, fəaliyyət
4
 və ya proses mahiyyəti daşıyır.  Dərketmə 
forma və mahiyyət baxımından bu fəaliyyət və ya prosesin 
ayrılmaz  tərkib  hissəsisidir.  Biz  ümumi  şərh  prosesini 
asanlaşdırmaq məqsədi ilə az qala iç-içə olan dərketmə və 
təfəkkür  kimi  beyin  aktivliklərini  ayrı-ayrılıqda  nəzərdən 
keçirməyi daha məqsədəuyğun hesab edirik. Buna görə də 
gerçəklik  vahidi  ilə  bağlı  məlumatın  qəbulu,  mənimsə-
nilməsi,  qavranılması,  onlarla  apellyasiya  əməliyyatlarını 
da  tək-tək  nəzərdən  keçirəcəyik.  Bundan  əlavə,  hər  bir 
dərketmə  və  təfəkkür  aktını  da  sıra  ardıcıllığı  ilə  cərəyan 
edən  dörd  faza  şəklində  nəzərdən  keçirməyi  daha  məqsə-
dəuyğun hesab edirik.  
Birinci  faza.  Belə  fərz  edək  ki,  biz  Qubada  bir  dağda 
gəzinti  zamanı  gördüyümüz  gözəl  təbiət  mənzərəsinə 
doya-doya  baxır,  bu  gözəlliyin  hər  cizgisindən,  hər  çala-
rından həzz alır, onun sehrinə dalırıq. Mənzərəni seyr edə-
edə  həyatımızda  ilk  dəfə  eşitdiyimiz  çox  gözəl,  həzin  bir 
musiqi parçası, tütəkdə çalınan bir çoban bayatısı dinləyir, 
eyni  zamanda  dadlı,  ətirli  giləmeyvələr  də  yeyirik.  Bu 
zaman biz təbiət mənzərəsi, tütək səsi, giləmeyvə və onun 
                                                           
1
 Vıqotskiy L.S. Psoxologiya... 2000, s. 197. 
2
  Леоньтев  А.А.  Эвристический  принцип  в  восприятии,  порождении  и 
усвоении речи // Вопросы психологии 1974, № 5, с. 34-53. 
3
 Tarasov Y.F, göstərilən əsəri, s. 97. 
4
 Гумбольдт В. Избранные труды по языкознанию. Москва, «Прогресс», 1984, 
с. 61.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
58
 
 
qoxusu,  dadı,  və  s.  kimi  gerçəklik  vahidləri  ilə  vizual, 
vokal, friktual, tastual, attaral təmasda oluruq.  
Kompüterdən  fərqli  olaraq  insan  beyni  heç  bir  “qeyd 
et” komandasına ehtiyac duymadan mənzərəni, tütək səsi-
ni,  meyvənin  dadını,  qoxusunu,  yumşaqlığını  müstəqil 
gerçəklik elementləri kimi “qəbul və qeyd edir”.  
Təbii  ki,  bu  “qəbuletmə”  maddi  şəkildə  baş  vermir, 
yəni  əzəmətli  dağlar,  meşələr,  tütək,  meyvə  beynimizə 
daxil  olmur.  Sadəcə  beynimizdə  gördüyümüz  mənzərəyə, 
eşitdiyimiz  musiqi  səsinə,  meyvənin  dadına,  qoxusuna, 
yumşaqlığına  ekvivalent  olan,  yəni  bu  gerçəklik  vahid-
lərini və onların müxtəlif cəhətlərini əks etdirən məlumat-
lara uyğun intellekt obrazları yaranır. Beləliklə, dərketmə 
prosesinin  birinci  fazası  –  məlumatın  qəbulu  və  intellekt 
obrazına çevrilməsi fazası başa çatır. 
İlk baxışdan çox sadə görünən bu psixoloji prosesi bir 
qədər  araşdırmağa,  yəni  məlumatın  intellekt  obrazına 
çevrilməsi,  daha  doğrusu,  intellekt  obrazının  yaranması 
zamanı beyin aparatının sensomotor şəkildə həyata keçir-
diyi işlərin və ya kodlaşdırmaların sıra  ardıcıllığını, cərə-
yan sxemini bərpa, daha doğrusu, təxmin etməyə çalışaq. 
A.A.Leontyevin  də  qeyd  etdiyi  kimi,  “nitqi  reallaş-
dıran  bütün  proses  və  mexanizmlərin  tam  modelini  ver-
mək elmin müasir səviyyəsində hələ mümkün deyil… bizi 
nitq  prosesinin  fizioloji  detalları  deyil,  əslində,  onların 
prinsipial quruluşu... maraqlandırır”
1

  Qeyd  edək  ki,  “Nitq  fəaliyyəti  nəzəriyyəsi”  tərəfdar-
ları, eləcə də  dərketmə və təfəkkür vahidinin “söz”  oldu-
                                                           
1
  Леонтьев  А.А.  Психолингвистические  единицы  и  порождение  речевого 
высказывания. Москва, “Наука”, 1969, с. 38. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə