Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
59
 
 
ğunu iddia edənlər, həmçinin bu vahidlə bağlı “işə çevril-
miş  söz”  meyarından  çıxış  edənlər  bəzən  məqsədyönlü 
şəkildə, bəzənsə özləri də hiss etmədən dərketmə və təfək-
kür proseslərində ara kodlaşdırmaların və ya aralıq proses-
lərin  mövcudluğunu  bütünlüklə  inkar  edirlər.  Bunun  bir 
sıra köklü səbəbləri var və başlıcaları aşağıdakılardır. 
Psixoloji  fəaliyyət  nəzəriyyəsinin  “işə  çevrilmiş  söz”
1
 
mülahizəsində  öz  əksini  tapan  əsasını  psixologiya  elminə 
L.S.Vıqotski gətirmişdir. Həmin əsası elan edərkən o, belə 
bir  fikir  də  irəli  sürmüşdür  ki,  “nitqəqədərki  təfəkkür  və 
təfəkkürəqədərki nitq mövcud olmuşdur”
2
.  
Amma  A.N.Leontyev  tərəfindən  nitq  fəaliyyəti  nəzə-
riyyəsi  yaradılarkən  bu  əsaslar  təhrif  olunmuşdur.  Əks 
halda  dərketmə  və  təfəkkür  proseslərində  ara  kod-
laşdırmaların  və  ya  aralıq  proseslərin  mövcudluğunu  qə-
bul və ya etiraf etmək, yanlış bazis üzərində qurulmuş bu 
nəzəriyyənin  domino  daşlarından  düzəldilmiş  bir  fiqur 
kimi  uçulub  dağılmasına  səbəb  olardı.  Belə  ki,  bu  halda 
sözün və ya nitqin özünün reallıqla təfəkkür arasındakı va-
sitə  rolu  üzə  çıxardı  və  onu  da  etiraf  etmək  lazım  gələrdi 
ki, söz və ya nitq reallıqla təfəkkür arasındakı aralıq vasitə 
və  ya  proseslərin  yalnız  biri,  reallıqdan  təfəkkürə  doğru 
yüksələn növbəti pilləsidir.   
Psixoloji  fəaliyyət  nəzəriyyəsinin  ilkin  əsaslarını  psi-
xologiya  elminə  gətirməklə  böyük  xidmətlər  göstərən 
L.S.Vıqotski sözün və onun mənasının təfəkkür aktındakı 
funksional  rolundan  danışarkən  qeyd  edir  ki,  “təfəkkür 
fəaliyyətinin  fikirdən  sözə  doğru  hərəkətinin  özü  inkişaf-
                                                           
1
 Vıqotskiy L.S. Psoxologiya... 2000, s. 471, 891. 
2
 Vıqotskiy L.S. Psoxologiya... 2000, s. 463. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
60
 
 
dır.  Fikir  sözlə  ifadə  olunmur,  o  sözdə  tamamlanır”
1

Bununla  da,  L.S.Vıqotski  ”Nitq  fəaliyyəti  nəzəriyyəsi” 
tərəfdarlarını dibsiz uçuruma aparan yanlış bir yolun ilkin 
başlanğıcını qoyur.  
Əleyhinə söylənmiş fikirlərdə belə, öz fikirlərinin təs-
diqini  tapmağı  bacaran  A.A.Leontyev  L.S.Vıqotskinin 
işarə ilə bağlı yalnız bir fikrinin, kommunakativlik fikrinin 
dil  işarələri  üçün  məqbul  olduğunu  göstərir.  A.A.Le-
ontyev  özü  isə  dil  işarələrini  stimul-vasitə  adlandırır  və 
göstərir  ki,  “stimul-vasitə  və  ya  işarə  real  əşya  obyekti 
olmamalıdır.  Çünki  nəticə  etibarı  ilə  real  obyekt  də  sti-
mul-vasitə kimi çıxış etdikdə o, obyektin psixoloji ekviva-
lentini  əks  etdirir.  Yəni  fəaliyyət  prosesində  obyekt  və 
əşyanın bütün xüsusiyyətlərini deyil,  yalnız  bu fəaliyyətə 
uyğun ayrı-ayrı cəhətlərini əks etdirir”
2
.    
Həm  L.S.Vıqotskinin  və  istinad  etdiyi  digər  tədqiqat-
çıların  fikirlərinə  münasibətdə,  həm  də  “Nitq  fəaliyyəti 
nəzəriyyəsi”ni  qurarkən  A.A.Leontyevin  məharətlə  istifa-
də etdiyi bu yarıgerçək müddəaları layiqincə dəyərləndirə 
bilmək  üçün  onun  təkcə  bu  son  fikrini  diqqətlə  analiz 
etmək kifayətdir.  
Əvvəla,  A.A.Leontyev  “real  obyekt  də  stimul-vasitə 
kimi  çıxış  etdikdə,  o,  obyektin  psixoloji  ekvivalentini  əks 
etdirir” deyərkən hansı “psixoloji ekvivalenti” nəzərdə tut-
duğunu, bu psixoloji ekvivalentin söz və ya nitq olmasının 
mümkün olub-olmadığını nəzərdən keçirək. Təbii, bu psi-
xoloji  ekvivalent  söz  ola  bilməz.  Psixoloji  ekvivalent,  bi-
zim  terminlərimizdən  istifadə  etsək,  intellekt  obrazı  kimi 
                                                           
1
 Vıqotskiy L.S. Psoxologiya... 2000, s. 469. 
2
 Леонтьев А.А. Слово в речевой деятельности. Москва,“Наука”, 1965, с. 22-26. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
61
 
 
başa  düşülməlidir.  Çünki  fəaliyyət  prosesində  “obyekt  və 
əşyanın  bütün  xüsusiyyətlərini  deyil,  yalnız  bu  fəaliyyətə 
uyğun  ayrı-ayrı  cəhətlərini  əks  etdirmək”  qabiliyyəti 
məhz  intellekt  obrazına  məxsusdur.  “Söz”  və  ya  “sözə 
çevrilmiş iş”in belə bir qabiliyyəti və ya imkanı yoxdur. 
Məsələn,  sadəcə  “ay”  dedikdə  gecələr  göydə  parlayan 
səma  cisminin  ümumi  obrazından  başqa  bir  şey  xatır-
lamırıq.  Əgər  danışığın  obyekti  ayın  üzərindəki  ləkələr-
dirsə,  mütləq  şəkildə  nitqimizdə  ən  azı  “ay”  və  “ləkə” 
sözlərini  işlətməliyik.  Danışığın  obyekti  təqvim  ayının 
əvvəlində, ortasında və ya sonunda ay planetinin müxtəlif 
forma  və  görüntülərə  malik  olmasıdırsa,  o  halda,  mütləq 
şəkildə  nitqimizdə  ən  azı  “ay”  və  “görünüş”  sözlərini 
müxtəlif semantik və qrammatik əlaqələrlə yan-yana işlət-
məliyik. Ayrılıqda götürülmüş “ay” sözü müvafiq planetin 
bütün xüsusiyyətlərini  canlandırmaq, əks etdirmək iqtida-
rında  deyil.  Belə  bir  xüsusiyyət  yalnız  intellekt  obraz-
larının birləşməsindən yaranan intellekt kodunda vardır.        
İkinci  bir  tərəfdən,  əgər  A.A.Leontyevin  dediyi  kimi 
stimul-vasitə  və  ya  işarə  (yəni,  söz  –  M.Əsgərov)  real 
əşya  obyekti  olmamalıdır”sa  və  müstəqil  gerçəklik  ele-
menti  kimi  kommunikant  tərəfindən  dərk  olunmursa,  o 
halda  ayrı-ayrı  söz  formaları  arasından  düzgün  olanının 
necə seçilməsi bir müəmmadır.  
Əgər  biz  sözləri  müstəqil  gerçəklik  elementləri  kimi 
dərk etmiriksə, o halda “ata” sözünün “aat”, “taa”, “aata”, 
“ataa”  və  ya  “atta”  şəklində  deyil,  məhz  “ata”  şəklində 
deyildiyini və ya yazıldığını necə müəyyən edirik?  
“Nitq  fəaliyyəti  nəzəriyyəsi”  tərəfdarlarının  bütün  id-
dialarına  baxmayaraq,  qeyd  etmək  lazımdır  ki,  obyektiv 
aləmdə  mövcud  olan  bütün  əşya,  varlıq  və  hadisələr 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə