Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
53
 
 
cəyik.  Dörd  elementli  intellekt  kodunun  yaranma  mexa-
nizmi  və  digər  funksiyaları  haqqında  isə,  bizcə,  sözün 
yaranması  haqqında  danışarkən  bəhs  etməyimiz  daha 
doğru olacaqdır. 
İki  elementli  intellekt  kodunun  yaranması  üçün  ger-
çəklik  vahidi  ilə  təmas  kifayətdir.  İnsan  beyni  kompüter-
dən  fərqli  olaraq  heç  bir  “qeyd  et”  komandasını  gözlə-
mədən təmasda olduğu gerçəklik vahidini yadda saxlayır.  
Məsələn, küçədə gedərkən təsadüfən rast gəldiyimiz və 
o ana qədər kim olduğunu bilmədiyimiz bir adam və ya nə 
olduğunu  bilmədiyimiz  bir  əşya  görürük.  Bir  neçə  gün, 
həftə, ay sonra təkrarən həmin şəxsi və ya əşyanı görəndə 
dərhal  onu  görmüş  olduğumuzu  xatırlayırıq.  Hətta  onu 
gördüyümüz  zaman  nə  üçün  və  hara  getdiyimiz  belə 
yadımıza düşür. 
Yadda saxlama prosesi təxminən belə baş verir: təmas 
anında  beyin  aparatı  gerçəklik  vahidinin  ən  üzdə  olan 
xüsusiyyətləri  əsasında  onun  gerçəklik  elementini  müəy-
yənləşdirir, bu gerçəklik elementinə ekvivalent olan intel-
lekt  obrazı  yaradır,  onları  vahid  bir  intellekt  kodunda 
birləşdirərək əsas yaddaşa qeyd edir.  
Verilmiş şəklə diqqətlə baxın:  
Əgər  bu  şəkildəkinin  nə  olduğunu 
bilirsinizsə,  deməli  onunla  daha  əvvəl 
təmasda  olmusunuz  və  o,  artıq  Sizin 
yaddaşınıza qeyd olunub. Bu səbəbdən 
də  onu  görəndə  nə  olduğunu  xatır-
ladınız.  Əgər  belədirsə,  onun  nə  işə 
yaradığını  və  onunla  sonuncu  dəfə  nə 
vaxt nə  məqsədlə təmasda olduğunuzu 
da xatırlayacaqsınız. 
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
54
 
 
Yox,  əgər  onun  nə  olduğunu  bu  günə  qədər  bilmir-
sinizsə, o halda bu şəkli gördüyünüz an Sizin beyninizdə 
aşağıdakına bənzər iki elementli intellekt kodu yaranmış-
dır.  Bu  kod  həmin  əşyanın  görünüşünə  ekvivalent  olan 
gerçəklik  elementindən  və  onun  yadda  saxlanılmasını  tə-
min edən intellekt obrazından İO-1 ibarətdir. 
Siz həmin kodun köməyi ilə şəkildə 
gördüyünüz  bu  əşyanı  yadda  saxla-
yacaqsınız. Müəyyən müddət sonra bu 
əşya  ilə  təmasda  olanda,  yəni  onu 
təkrarən görəndə, böyük ehtimalla ya- 
 
ĠO-1 
dınıza  düşəcək  ki, onun şəklini bu kitabda görmüşdünüz, 
bəlkə burada yazılan bəzi fikirləri də xatırlayacaqsınız. 
Bunu da qeyd edək ki, bəzən yanlışlıqla gerçəklik ele-
menti  deyərkən  gerçəklik  vahidinin  vizual  obrazı  yəni, 
onun şəkli və ya görüntüsü nəzərdə tutulur. 
Əgər  fikir  versəniz  görərsiniz  ki,  biz  özümüz  də  2 
elementli intellekt kodunu izah edə bilmək üçün yuxarıda 
təqdim  etdiyimiz  sxemdə  sol  tərəfdə  həmin  əşyanın  foto 
şəklini  qoymuş,  sağ  tərəfdə  isə  1-ci  sıra  intellekt  obrazı 
mənasını  ifadə  edən  ĠO-1  qısaltmasını  yazmışıq.  Əslində 
bunların hər ikisi şərtidir. Artıq qeyd etdiyimiz kimi ger-
çəklik  elementi  gerçəklik  vahidinin  ən  üzdə  olan  xüsu-
siyyətləri  ilə  bağlı  abstrakt  təsəvvürdür.  İntellekt  obrazı 
isə, nəinki görünüşü, hətta təbiəti belə elm aləminə məlum 
olmayan dərketmə və təfəkkür vahididir. Bu səbəbdən də 
həmin  kodda  əks  olunan  şəklə  də,  İO-1  yazısına  da  şərti 
yanaşmaq  lazımdır.  Yəni  belə  qəbul  etmək  lazımdır  ki, 
həm gerçəklik elementi, həm də intellekt obrazı mövcud-
dur. Amma onların görünüşləri və təbiəti bu sxemdə və ya 
şəkildə verildiyi kimi deyil. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
55
 
 
Bundan  başqa  bizim  dərk  etdiyimiz  və  yadda  saxla-
dığımız  minlərlə,  səs,  dad,  qoxu  var.  Amma  onların  heç 
birinin  gözlə  görünə  bilən  vizual  obrazı  ümumiyyətlə 
mövcud  deyil.  Əgər  onların  2  elementli  intellekt  kodunu 
bu kitabda təsvir etmək istəsək, təbii ki, birinci qrafaya nə 
qoymaqla  bağlı  uzun-uzadı  düşünməli  olardıq.  Bir  daha 
təkrar edək ki, istər gerçəklik elementi, istərsə də intellekt 
obrazı ilə bağlı yuxarıdakı qrafalara yerləşdirdiyimiz şəkil 
və  yazı  şərti  xarakter  daşıyır  və  sadəcə,  təqdim  edilən 
nəzəriyyənin şərhini, izahını asanlaşdırmağa xidmət edir.   
Dörd  elementli  intellekt  kodu  iki  elementli  intellekt 
kodunun  bazasında  yaranır.  Yəni  artıq  qeyd  etdiyimiz 
kimi,  iki  elementli  intellekt  kodu  dərk  edilən,  amma  adı 
olmayan  gerçəklik  vahidlərinə,  dörd  elementli  intellekt 
kodu  isə,  həm  özü,  həm  adı  dərk  edilən  gerçəklik  vahid-
lərinə  aid  olur.  Bizlərdən  hər  birinin  beynində  kitab  adlı 
gerçəklik  vahidi  ilə  bağlı  təxminən  aşağıdakı  sxemə 
uyğun dörd elementli intellekt kodu vardır. 
 
ĠO-1 
ĠO-2 
KĠTAB 
 
Dörd  elementli  intellekt  kodu  haqqında  sözün  yaran-
masından  bəhs  edərkən  ətraflı  şəkildə  danışacağıq.  O 
səbəbdən  də  burada  əlavə  izahat  vermədən  sadəcə  onu 
qeyd edək ki, dörd elementli intellekt kodunu əmələ gəti-
rən tərkib hissələri bunlardır: 1) gerçəklik vahidinin (GV) 
ən  üzdə  olan  əlamət  və  xüsusiyyətlərinə  ekvivalent  olan 
gerçəklik  elementi  (GE),  2)  gerçəklik  elementinin  yadda 
qalmasını  təmin  edən  1-ci  sıra  intellekt  obrazı  (İO-1),  3) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə