Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
77
 
 
praktik tətbiqi fazasıdır.  
İnsan  bu  günə  qədər  bizə  məlum  olan  canlılardan  bir 
cəhəti ilə fərqlənir: o, yaradıcı şəkildə düşünmə və ya baş-
qa  sözlə  desək,  sinktual  dərketmə  qabiliyyətinə  malikdir. 
Sinktual  dərketmə  bir  neçə  dərketmə  tipinin  sintezindən 
yaranmış mürəkkəb və çoxtərəfli dərketmə üsuludur.  
Sinktual  dərketmənin  “xammalı”  artıq  məlumat  baza-
sında (baş beyində) mövcud olan informasiyalar arasından 
seçilib  götürülür.  Birbaşa  dərketmə  prosesinin  başlanğıc 
mərhələsində  kənardan  daxil  olan  məlumatlar  da  bu 
dərketmənin “ilkin materialı” rolunu oynaya bilər. Nəzərə 
almaq lazımdır ki, istənilən halda sinktual dərketmə ikinci 
aktın  1-ci  fazasında  gerçəkləşir.  Yəni  sinktual  dərketmə 
üçün lazım olan ilkin məlumat baş beyindən deyil, kənar-
dan  götürüldükdə,  bu  məlumat  vizual,  vokal  və  ya  hər 
hansı digər bir   dərketmə üsulu ilə (sinktual  dərketmədən 
başqa)  qəbul  yarımaktından  (1-ci  və  2-ci  fazalardan) 
keçərək baş beyinə daxil olur. Buna sinktual dərketmənin 
hazırlıq mərhələsinin birinci yarımaktı da deyə bilərik. 
İkinci yarımakt - sinktual dərketmənin ilkin materialı-
nın  aktiv  hala  və  ya  aktiv  yaddaşa  gətirilməsidir.  Birinci 
aktın ikinci yarımaktında sinktual dərketmənin ilkin mate-
rialı  baş  beyində  mühafizə  olunan  məlumatlar  arasından 
seçilib götürülür (xatırlanır). Baş beyində intellekt kodları 
şəklində  mövcud  olan  bu  məlumat  aktiv  yaddaşa  gətiril-
məklə eyni anda beyin aparatının köməyi ilə gerçəklik ele-
mentinin  real  obrazlarına  və  ya  sinktual  dərketmənin  icra 
olunacağı obrazlara çevrilir, yəni bu məlumatlar dərketmə 
prosesinin 3-cü və 4-cü fazalarından keçir.  
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. İntel-
lekt  obraz  və  kodlarının  gerçəklik  elementinin  apellyativ 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
78
 
 
obrazına  çevrilməsi  müxtəlif  şəkillərdə  baş  verə  bilər. 
Yəni  birinci  fazada  hər  hansı  bir  gerçəklik  vahidi  (əşya, 
varlıq) haqqında məlumatın mətn şəklində qəbul edilməsi-
nə  baxmayaraq,  dördüncü  fazada  həmin  məlumat  mətnə 
deyil,  gerçəklik  elementinin  rəsm,  sxem,  riyazi  məlumat 
və s. kimi obrazlarına çevrilə bilər. Eyni qayda ilə birinci 
fazada  gerçəklik  elementinin  rəsm,  riyazi  məlumat,  səs 
formasında olan obrazı dördüncü fazada mətn kimi təqdim 
oluna bilər. Əslində, bütün bu dəyişmələr intellekt obrazı-
nın  modullaşmalarıdır.  İntellekt  obrazlarının  modullaş-
masının  prinsipial  əhəmiyyət  kəsb  edən  bəzi  cəhətlərini 
qeyd etməyi lazım bilirik.  
İntellekt  obrazının  modullaşması  -  mövcud  intellekt 
obrazının  dərketmə  prosesinin  icra  olunacağı  obrazlara 
çevrilməsidir.  Modullaşmanın  iki  başlıca  növü  vardır: 
transformativ modullaşma və reprezentativ modullaşma. 
Transformativ  və  reprezentativ  modullaşma  mahiyyət 
etibarı  ilə  dərketməyə  yaxın  proseslərdir  və  bu  səbəbdən 
bəzən  onlar  da  yanlışlıqla  dərketmənin,  əksər  halda  da 
sinktual dərketmənin növü, bəzən də özü hesab edilir.  
Çox vaxt hər hansı bir riyazi qaydanın, yaxud kimyəvi 
formulun  sözlə  ifadəsi,  məsələnin  şərti  əsasında  riyazi 
tənlik  qurulması,  bədii  əsərlərdə  təbiət  mənzərələrinin 
verilməsi,  bədii  əsərlərin  motivləri  əsasında  karikatura, 
peyzaj,  miniatürlərin  çəkilməsi  kimi  beyin  fəaliyyətləri 
eyniləşdirilir  və  “transformativ  modullaşma  dərketmənin 
bir növüdür” kimi səhv bir qənaətə gəlinir.  
Nəzərə  almaq  lazımdır  ki,  bu  sadalananlardan  riyazi 
qaydanın  və  kimyəvi  formulun  sözlə  ifadəsi,  məsələnin 
şərti  əsasında  riyazi  tənlik  qurulması  modullaşma,  bədii 
əsərlərdə  təbiət  mənzərələrinin  verilməsi,  bədii  əsərlərin 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
79
 
 
motivləri  əsasında  karikatura,  mənzərə  və  miniatürlərin 
çəkilməsi isə sinktual dərketmənin təzahürləridir.  
Bu  deyilənlərlə  bağlı  opponentlərimiz  tərəfindən  belə 
iradlar söylənə bilər: 
a)  riyazi  qaydanın,  kimyəvi  formulun  sözlə  ifadəsi  və 
eləcə  də  bədii  əsərlərdə  təbiət  mənzərələrinin  verilməsi  – 
eyni  şeydir,  yəni  gözlə  görülən  gerçəkliyin  sözlə  ifadəsi-
dir;  
b)  məsələnin  şərti  əsasında  riyazi  tənliyin  qurulması, 
bədii əsərlərin motivləri əsasında karikatura, peyzaj, mini-
atürlərin  çəkilməsi  isə,  sözlə  təsvir  olunmuş  gerçəkliyin 
başqa  növdən  olan  simvollarla  ifadəsidir  və  bunları  bir-
birindən  fərqləndirmək,  ayrı-ayrı  şeylər  hesab  etmək 
doğru deyil. 
Belə  düşünən  opponentlərimizin  nəzərinə  bunları  çat-
dırmaq istərdik: 
1)  Riyazi  qayda  və  kimyəvi  formul  sözlə  ifadə  edilər-
kən,  eləcə  də  məsələnin  şərti  əsasında  riyazi  tənlik  quru-
larkən  insan  tərəfindən  yeni  heç  bir  şey  icad  olunmur  və 
ya  yaradılmır.  Sadəcə,  baş  beyində  mövcud  olan  bir 
simvolik  ifadə  forması  digər  simvolik  ifadə  forması  ilə 
əvəz edilir. Məsələn, (a+b)
2
 = a
2
 + b
2
 + 2ab şəklində olan 
riyazi düsturun sözlə ifadəsində deyilir:  
“İki hədd cəminin kvadratı bərabərdir – birinci həddin 
kvadratı,  üstəgəl  ikinci  həddin  kvadratı,  üstəgəl  birinci 
həddin ikinci həddə hasilinin iki misli”
Göründüyü  kimi,  burada  söhbət  yalnız  əvəzlənmədən 
gedir. İstər bu düstur, istərsə də onun sözlə ifadə şəkli orta 
məktəbdə  oxuduğumuz  illərdən  bəri  əzbər  şəkildə  yadda-
şımıza  həkk  olunub.  İstənilən  insan  tərəfindən  onlardan 
hər  hansı  birinin  təhrifə  yol  verilmədən  düzgün  şəkildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə