Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
101
 
 
hafizə  olunduğu kodlar qrupuna  qeyd olunur (yadda  sax-
lanılır) və beləliklə, həmin tərəvəz gerçəklik elementi kimi 
dərk edilir. Birinci aktın üçüncü fazasında həmin tərəvəzin 
birinci  intellekt  obrazı  bənzər  vizual  və  funksional  xüsu-
siyyətlərə malik digər gerçəklik elementlərinin baş beyin-
də  mühafizə  olunan  intellekt  obrazları  və  ya  kodları  ilə 
birlikdə  aktiv  yaddaşa  gətirilir,  yəni  yada  salınır,  xatırla-
nır. Dərketmə prosesinin ümumi qaydalarına uyğun olaraq 
birinci  aktın  üçüncü  fazasında  aktiv  yaddaşa  gətirilən  in-
tellekt  obrazları  dördüncü  fazada  modullaşaraq  sonrakı 
beyin  aktivliklərinin  icrası  üçün  ən  uyğun  olan  obraz  və 
simvollara çevrilir
1
.  
Bu fazadan sonra icra olunan sinktual dərketmə prosesi 
ilə həmin tərəvəzə ad veriləcəyinə görə, birinci aktın dör-
düncü  fazasında  həmin  tərəvəzin  birinci  intellekt  obrazı 
həm vizual şəkildə, həm də onun forma və funksiyalarının 
təsvirindən  ibarət  olan  mətnlər  şəklində  aktiv  yaddaşa 
gətirilir. Onunla bərabər bənzər vizual və funksional xüsu-
siyyətlərə malik olan digər gerçəklik elementlərinin birin-
ci intellekt obrazları da həm vizual şəkildə, həm də həmin 
tərəvəzlərin  forma  və  funksiyalarının  təsvirindən  ibarət 
olan  mətnlər  şəklində,  ikinci  intellekt  obrazları  isə  bu 
gerçəklik  elementlərinin  adlarına  ekvivalent  olan  sözlər, 
yəni kələm, qoza, nar sözləri kimi aktiv yaddaşa gəlir.  
Sinktual dərketmənin birinci fazasında forması, funksi-
yası,  təbiəti  və  s.  cəhətləri  nəzərə  alınmaqla  həmin  tərə-
vəzə ad verilir. Bənzərlik və analogiya prinsiplərinə uyğun 
olaraq bu tərəvəzə qırxıqbaş və ya narağzı adı da vermək 
olardı. Amma başqa analogiya və bənzərlik, eyni zamanda 
                                                           
1
 Daha ətraflı bax: Əsgərov M.B. Dərketmənin mexanizmi..., 2006, N 4, s. 44-59. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
102
 
 
bir  sıra  digər  linqvistik  cəhətlər  də  nəzərə  alınmaqla 
ənginar adı verilmişdir.  
Sinktual dərketmənin ikinci fazasında bu tərəvəzin yed-
di hərfdən ibarət olan adının ənginar şəklində yazılışını və 

ənginar

  kimi  tələffüzünü  əks  etdirən  sözə  ekvivalent 
olan  ikinci  intellekt  obrazı  yaranır  və  həmin  tərəvəzin 
birinci  intellekt  obrazı  ilə  birləşərək  vahid  kod  əmələ 
gətirir. Bu kod bənzər vizual və funksional xüsusiyyətlərə 
malik  digər  gerçəklik  elementlərinin  intellekt  obraz  və 
kodlarının  baş  beyində  mühafizə  olunduğu  kodlar  silsilə-
sinə qeyd edilir (yadda saxlanılır).  
Beləliklə,  həmin  tərəvəzin  adı  ənginar  kimi  dərk 
edilmiş  olur  və  bununla  da,  ikinci  intellekt  obrazının 
yaranması ilə bağlı sinktual dərketmə prosesi başa çatır. 
Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  istənilən  dərketmə 
prosesinin  ikinci  yarımaktı,  daha  əvvəl  qəbul  edilmiş 
intellekt  obrazının  və  ya  kodunun  yenidən  aktiv  yaddaşa 
gətirilməsi və ondan praktik şəkildə istifadədir.    
Gerçəklik  elementlərinə  hansı  adın  verilməsindən  asılı 
olmayaraq,  istənilən  halda  nəzərə  almaq  lazımdır  ki, 
gerçəklik  elementinə  verilən  ad,  dildə  həmin  gerçəklik 
elementinə  ekvivalent  olan  dil  struktur  vahididir.  Başqa 
sözlə desək, gerçəklik elementinin dil güzgüsündəki əksi-
dir. Verilən adın məhz nə olmasına baxmayaraq, yetər ki, 
həmin ad  eyni dil daşıyıcıları tərəfindən eyni tərzdə  dərk 
olunsun  və  ya  mənimsənilsin.  Çünki  L.V.Şerbanın  qeyd 
etdiyi  kimi, dil sisteminin vahidliyi, eyni  məzmunla bağlı 
bənzər reaksiyaların yaranmasını şərtləndirir
1
.   
                                                           
1
  Щерба  Л.В.  Языковая  система  и  речевая  деятельность.  Ленинград.  “Наука”, 
1974, с. 28. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
103
 
 
Bu və ya digər gerçəklik vahidinə verilən ad gerçəklik 
vahidinin  dərketmə  güzgüsündəki  obrazının  dil  güzgü-
sündəki  əksi  olmaqla  yanaşı,  dilin  maddi  hissəsini  təşkil 
edən struktur vahididir.  
Başqa sözlə desək, hərf və ya səslərdən ibarət materiya 
formasıdır,  yəni  ikinci  sıra  gerçəklik  vahididir.  Bu 
səbəbdən  ikinci  sıra  gerçəklik  vahidi  olan  söz  yenidən 
vizual-vokal  dərketmə  yolu  ilə  dərk  edilərək  ikinci 
intellekt obrazının yaranmasına səbəb olur.  
Beləliklə,  özü  də,  adı  da  obyektiv  aləmdə  var  olan  və 
tərəfimizdən dərk edilən eyni bir gerçəklik vahidi ilə bağlı 
beynimizdə  iki  gerçəklik  elementi  və  iki  intellekt  obrazı 
mövcud olur. 
Bunlardan  birincisi  gerçəklik  vahi-
dinin özünə ekvivalent olan birinci in-
tellekt obrazıdır. İkincisi isə, gerçəklik 
vahidi ilə bağlı məlumat vermək məq-
sədi ilə  yaradılmış dil struktur vahidi, 
yəni  söz  şəklində  mövcud  olan  ikinci 
sıra  gerçəklik  elementinin  dərk  olun-
ması  nəticəsində  yaranan  ikinci  intel-
lekt obrazıdır.  
 
İO-1 
Kitab  
İO-2 
 
 
Hər  iki  intellekt  obrazı  həmişə  eyni  bir  intellekt  ko-
dunda olur və onlardan birinin xatırlanması avtomatik ola-
raq  digər  intellekt  obrazının  da  xatırlanmasına  və  aktiv 
yaddaşa gətirilməsinə səbəb olur.  
Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin adındakı vəhdət 
sözü məhz bu birliyi, bu üzvi birləşməni nəzərdə tutur.    
Bəzən  ayrı-ayrılıqda  bu  obrazlardan  birinin  aktiv  yad-
daşda tam şəkildə xatırlanmasına baxmayaraq, digər obra-
zın xatırlanmasında gecikmələr olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə