Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
107
 
 
yazmaq  felinin  birinci  sıra  gerçəklik  elementindən  tama-
milə fərqlidir.    
Aparılan  müşahidələr  göstərir  ki, bəzən situativ xarak-
terli  nitqin  müvəqqəti,  keçici  ehtiyacları  ilə  bağlı  olaraq 
ilkin variantda ad və ya hərəkət mənasına malik olan söz-
lər ikinci dəfə mücərrəd əşya, ismi və ya feli əlamət və s. 
kimi təqdim olunur ki, buna  dilçilik ədəbiyyatında  ikinci 
təqdimat  və  ya  reprezentasiya  hadisəsi  deyilir
1
.  İkinci 
təqdimat şəklində  meydana  çıxan  epizodik  xarakterli  for-
malar konkret nitq prosesinin situativ ehtiyacı, dilin lako-
nikliyə  olan  meyli  və  nitq  prosesində  ifadə  olunmuş 
ümumi  mənanın  köməyi  ilə  yaranır.  Çox  vaxt  kommuni-
kant nitq prosesində istifadə etdiyi elementlərdən birini və 
ya bir neçəsini xüsusi olaraq nəzərə çatdırmaq məqsədilə 
məntiqi vurğudan, intonasiyadan, sintaktik söz sırasından, 
üslubi məqamlardan və xüsusi formalardan istifadə edir
2
.  
İkinci  təqdimat  nəticəsində  meydana  çıxan  epizodik 
xarakterli  okkazional  formaların,  yəni  leksik-qrammatik 
formaların birinci intellekt obrazı məsələsinə diqqət verək. 
Hətta onların linqvo-psixoloji analizinə bu suallara cavab 
verməklə başlayaq: Leksik-qrammatik formaların müstəqil 
vahid mahiyyəti daşıyan birinci sıra gerçəklik elementi və 
intellekt  obrazı  varmı?  Əgər  varsa,  nə  üçün  onlar  müs-
təqil  söz  deyil?  Yox,  əgər  yoxdursa,  onlar  necə  dərk 
olunmuşdur? 
Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  dildə  mövcud  olan 
                                                           
1
  Гузев  В.Г.  Очерки  по  теории  тюркского  словоизменения:  Глагол  (на 
материале 
староанатолийского 
языка). 
Ленинград, 
Издательство 
“Ленинградского университета” 1990, 168 с. 
2
  Əsgərov  M.B.  Türk  dillərində  zaman  formaları,  advеrbial  fеl  formaları  və  onlar 
arasında funksional-sеmantik əlaqələr. Bakı, “Elm”, 2003, İkinci nəşr, 180 s. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
108
 
 
bütün formaların, o cümlədən, okkazional formaların, həm 
birinci sıra gerçəklik elementi, həm də birinci sıra intellekt 
obrazı,  əlbəttə  ki,  vardır.  Çünki  yalnız  o  gerçəklik  ele-
menti  ilə  bağlı  informasiya  vermək  və  ya  almaq  ehtiyacı 
yarana  bilər  ki,  həmin  gerçəklik  elementi  ya  əvvəlcədən 
dərk edilmiş olsun, ya da birbaşa informasiya mübadiləsi 
anında dərk edilsin
1
. Gerçəklik elementi də  yalnız o vaxt 
dərk olunmuş hesab edilir ki, beyin aparatı vasitəsilə onun 
birinci  intellekt  obrazı  yaradılmış  və  əsas  yaddaşda  qeyd 
edilmiş olsun
2
.  
Bəzi  hallarda  ilkin  variantda  ad  və  ya  feil  kimi  dərk 
olunmuş  gerçəklik  elementlərinin  birinci  intellekt  obrazı 
müvəqqəti  olaraq  okkazional  formaların  birinci  intellekt 
obrazı  funksiyasını  yerinə  yetirir.  Məsələn,  qaçan  tipin-
dəki  okkazional  formanın  birinci  intellekt  obrazı  funksi-
yasını,  əslində,  qaçmaq  hərəkətinin,  qabaqdakı  tipindəki 
okkazional  formanın  birinci  intellekt  obrazı  funksiyasının 
isə  qabaq  isminin  əlamət  və  mücərrəd  əşya  şəklində 
təqdim  olunmuş  birinci  intellekt  obrazı  öz  üzərinə 
götürərək  icra  edir.  Bu  məqamda  həmin  feil  və  isim 
müvəqqəti  olaraq  mücərrəd  əlamət  və  ya  mücərrəd  əşya 
kimi çıxış edir. Bu okkazionallaşma prosesində müvəqqəti 
şəkildə  yaranan  nitq  ehtiyacını  ödəmək  məqsədi  ilə 
qaçmaq  hərəkətinin  birinci  intellekt  obrazı  ağıllı,  qoçaq, 
tənbəl, uzun, qısa sözlərinin birinci intellekt obrazları ilə, 
qabaq  isminin  birinci  intellekt  obrazı  isə  kitab  dəftər, 
qələm, tələbə sözlərinin birinci intellekt obrazları ilə eyni 
                                                           
1
 Əsgərov M.B. Dil və dərketmədə qarşılıqlı əksolunmalar. Elmi axtarışlar, AMEA 
Folklor İnstitutunun elmi toplusu, XXV buraxılış, Bakı, “Səda”, 2006,  111-115. 
2
  Əsgərov  M.B.  Dərketmənin  mexanizmi.  Tədqiqlər,  АМЕА  Dilçilik  İnstitutunun 
elmi toplusu. Bakı, “Elm”, 2006, N 4,  44-59. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
109
 
 
sıraya  daxil  olur.  Müvəqqəti  nitq  ehtiyacı  ödəndikdən 
sonra  isə  qaçmaq  hərəkətinin  və  qabaq  isminin  birinci 
intellekt  obrazları  bu  sıranı  tərk  edir,  yəni  yalnız  əvvəlki 
hərəkət və isim obrazına ekvivalent olaraq qalır
1
.  
Buraya qədər deyilənlərə əsaslanaraq belə nəticəyə gəl-
mək  olar  ki,  leksik-qrammatik  formalar  tam  müstəqil 
mahiyyət  daşımasa  belə,  istənilən  halda  birinci  sıra  ger-
çəklik  elementinə  malikdir.  Haqqında  bəhs  edilən  ger-
çəklik  elementinin  aid  olduğu  gerçəklik  vahidi  real  hə-
yatda müstəqil şəkildə mövcud deyil. Bu gerçəklik vahidi 
müvəqqəti  nitq  ehtiyacı  ödəmək  məqsədi  ilə  ani  olaraq 
yaranır  və  bu  cəhəti  ilə  qrammatik  formalara  bənzəyir. 
Həmin  gerçəklik  elementinin  dərk  edilməsi  nəticəsində 
birinci  sıra  intellekt  obrazı  yaranır  və  o,  birinci  sıra 
gerçəklik elementinin yadda saxlanılmasını təmin edir.   
Leksik-qrammatik  for-
maların gerçəklik elementi 
bir  tərəfdən  leksik  forma-
larda olduğu kimi müstəqil 
əşya,  varlıq,  əlamət  və  s. 
mahiyyəti  daşıyır.  Bu  za-
man onların gerçəklik  ele-
menti  funksiyasını  əmələ 
gəldikləri  leksik  formalar 
müvəqqəti olaraq öz üzəri-
nə götürür. 
 
İO-1 
Qaçan 
İO-2 
 
 
 
                                                           
1
 Daha ətraflı bax: Əsgərov M.B. Türk dillərində zaman formaları, advеrbial fеl for-
maları  və  onlar  arasında  funksional-sеmantik  əlaqələr.  Bakı,  “Elm”,  2003,  İkinci 
nəşr, 180 s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə