Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
116
 
 
yanın  varlığı  haqqında  məlumat  verilir.  Bu  zaman  dinlə-
yicinin  beynində  bu  dil  vahidlərinin  hər  birinə  ekvivalent 
olan  ikinci  sıra  intellekt  obrazları  yaranır  operativ  yad-
daşda  birinci  sıra  gerçəklik  elementi  və  intellekt  obrazı 
qeyri-müəyyən olan müvəqqəti bir kodda saxlanılır. 
Dilin  psixoloji  və  linqvistik  problemlərinə  həsr  olunan 
araşdırmalarımızda qeyd etmişdik ki, dərk olunan gerçək-
lik  elementlərinin  tipindən  asılı  olmayaraq,  onlarla  bağlı 
bütün  dərketmə  və  təfəkkür  prosesləri  analoji  vahidlər 
vasitəsilə və analoji ardıcıllıqla cərəyan edir
1
. Həmin fikri 
davam  və  inkişaf  etdirərək  belə  deyə  bilərik  ki,  bütün 
gerçəklik  elementləri  ilə  bağlı  dərketmə  və  təfəkkür  pro-
seslərinin  həm  apellyativ  vahidləri,  həm  də  cərəyan  ardı-
cıllıqları tam identikdir.  
Dilin struktur vahidlərini obyektiv aləmin birbaşa təbiət 
tərəfindən  yaradılan  əşyalar,  varlıqlar,  faktlar,  hadisələr 
kimi  birinci  sıra  gerçəklik  elementləri  arasında  axtarmaq 
ən azı sadəlövhlük olardı. Çünki dilin struktur vahidi aktiv 
bir  sistemin  vahidi  olaraq  insanın  beyin  aparatı  vasitəsilə 
yaradılır  və  həmin  aktiv  sistemin  aktiv  vahidi  xüsusiyyə-
tini  məhz  yenidən  beyin  aparatı  ilə  birləşdikdə  qazanır. 
İnsanın beyin aparatından kənarda mövcud olan forma və 
ya  nitq  isə  mənasız  səslərdən  və  ya  işarələr  zəncirindən 
başqa bir şey deyildir.   
Yeri gəlmişkən qeyd edək ki, söylədiyimiz bu mülahizə 
N.Xomskini  “transformativ  qrammatika”  və  ya  “koqnitiv 
köklər” kimi yanlış nəzəri əsaslara yönəldən analoji müla-
hizələr qədər təhlükəli bir sərhəddə dayanır. Bəlkə də, bu 
                                                           
1
  Əsgərov  M.B.  Dərketmə  və  təfəkkürün  vahidləri.  Azərbaycan  Dövlət  Pedaqoji 
Universitetinin  Xəbərləri,  Humanitar  elmləri  seriyası,  Bakı,  “ADPU”,  2006,  №  4,  
115-119 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
117
 
 
mülahizə yanlışla gerçək arasındakı sərhədin özüdür.  
Yenidən  söz  formasına  ekvivalent  olan  gerçəklik  ele-
menti  məsələsinə  qayıdaraq  qeyd  edək  ki,  dillərin  müasir 
səviyyəsində  ilk  baxışdan  elə  görünə  bilər  ki,  formaya 
ekvivalent olan birinci sıra gerçəklik elementi həmin for-
manın  şəkli  əlamətidir,  yəni  cəmlik  məzmunu  ifadə  edən 
qrammatik  formaya  ekvivalent  olan  əsas  gerçəklik  ele-
menti məhz  -lar, -lər şəkilçisidir. Belə düşünmək səhvdir.  
Dərkolunma  və  ya  mənimsəmə  üsulundan  asılı  olma-
yaraq, formanın şəkli əlaməti bu formanın ikinci intellekt 
obrazına ekvivalent olan ikinci sıra gerçəklik elementidir. 
Başqa  sözlə  desək, cəmlik  məzmununu ifadə  edən  -lar,  -
lər  şəkilçisi  bu  formanın  ikinci  intellekt  obrazına  ekvi-
valent olan ikinci sıra gerçəklik elementidir.  
Biz  insanlar  cəmiyyətin  fərdi  kimi  daima  nitq  vasitəsi 
ilə  ünsiyyətdə  olduğumuza  görə,  bizə  elə  gəlir  ki,  qram-
matik formanın birinci intellekt obrazı təfəkkür və düşün-
cəmizdə izahedici mətn formasında mövcuddur. Eyni qay-
dada  “xəyal”,  “fikir”,  “düşüncə”  kimi  mücərrəd  isimlərin 
birinci  intellekt  obrazını  da  izahedici  mətn  formasında 
təsəvvür edirik.  
Nəzərə  almaq  lazımdır  ki,  mətnin  özündə  belə  həmin 
leksik və ya qrammatik formanın bütün xüsusiyyət və ça-
larlarını  əhatə  edən  bitkinlik,  hərtərəflilik  yoxdur.  Bu 
mətn  birinci  intellekt  obrazı  yox,  onun  bəzi  cəhətlərinin 
dil güzgüsündəki əksinin sözlərlə ifadəsidir. Həmin xüsu-
siyyətləri  nə  qədər  çox  saysaq  da,  bu  mətni  nə  qədər 
uzatsaq da, bizə elə gəlir ki, həmin leksik və ya qrammatik 
formanın  tam  təsvirini  verə  bilməmişik.  Kənardan  bizi 
müşahidə edənlər də, istənilən vaxt və istənilən məzmun-
da  dediyimiz  sözlərə,  həmişə  nə  isə  daha  bir  xüsusiyyət 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
118
 
 
əlavə edə bilir.  
Bu,  bir  tərəfdən  onu  göstərir  ki,  dərk  olunmuş  heç  bir 
gerçəklik elementi ilə bağlı, hətta gündə yüz dəfə təmasda 
olduğumuz kitab, dəftər, qələm kimi  maddi sferaya  malik 
gerçəklik  vahidlərinin  bütün  çalar,  məzmun  və  xüsusiy-
yətlərini  əhatə  edən  bitkin,  hərtərəfli    məlumata  malik 
deyilik.  İkinci  bir  tərəfdən  də  sübut  edir  ki,  həmin  əşya-
larla  bağlı  ən  zəngin  məlumat  belə  müxtəlif  insanlarda 
müəyyən  cəhətləri  ilə  bir-birindən  fərqlənir  və  istənilən 
vaxt onlara yeni ştrixlər əlavə oluna bilər. Çünki dərketmə 
və  mənimsəmə  prosesləri  gerçəklik  vahidlərinin  bütün 
çalar,  məzmun və xüsusiyyətlərini tam əhatə edən bitkin, 
hərətərəfli  məlumat  əsasında  deyil,  ən  aparıcı  və  başlıca 
xüsusiyyətlər  əsasında  gerçəkləşir.  Gerçəklik  vahidi  haq-
qında  məlumat  onunla  hər  yeni  təmas  əsasında  daha  da 
zənginləşir.  Əgər  belə  olmasaydı,  dərketmə  və  mənim-
səmə  prosesləri  heç  bir  zaman  həyata  keçə  bilməzdi. 
Çünki  təmasda  olduğumuz  gerçəklik  vahidi  haqqında  ilk 
andan etibarən geniş məlumat əldə etmək mümkün olma-
dığı kimi, heç  bir  gerçəklik vahidi haqqında  da  hərtərəfli 
və tam məlumat əldə etmək mümkün deyil.  
C.Millerə  görə,  qrammatika  və  ya  dil  sistemi  bizim 
mənimsədiyimiz  bəlli  söz  sıraları  deyil,  müvafiq  söz 
sıralarını yarada bilmək üçün lazım olan qaydalardır
1
.    
Yetkin  insanlarda,  böyüklərdə  və  məktəb  yaşlı  uşaq-
larda  deyilənlərin  məhz  bu  şəkildə  baş  verməsi  məqbul 
sayıla bilər. Amma heç bir təhsili, savadı olmayan, “isim” 
deyəndə  öz  adını,  “sifət”  deyəndə  öz  üz  cizgilərini, 
                                                           
1
 Миллер Дж., Галентер Е., Прибрам К. Планы и структура поведения: Пер. с 
англ., Москва, “Прогресс”, 1965, с. 30. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə