Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
119
 
 
“xəbər”  deyəndə  radio-televiziya  xəbərlər  proqramını 
düşünən  81  yaşlı  qoca  da,  əlifbanın  ilk  hərfini  belə 
tanımayan 4-5  yaşlı uşaq da,  demək olar ki, bütün qram-
matik formalardan təxminən bizim qədər dəqiq və düzgün 
istifadə  edə  bilir.  Müvafiq  söz  sıralarını  yarada  bilmək 
üçün lazım olan qaydaların bu kontingent tərəfindən mə-
nimsənilmiş olması bir yana, sadəcə eşidilmiş olmasını dü-
şünmək belə inandırıcı deyil. 
Bu  səbəbdən  də  C.Millerə  bəslədiyimiz  dərin  rəğbətə 
baxmayaraq,  qeyd  etməliyik  ki,  qrammatik  formanın  mə-
nimsənilməsi  prosesi  ilkin  mərhələdə  qaydalar  vasitəsilə 
deyil, azyaşlı uşaqlarda olduğu kimi  yanlış və doğru ana-
logiyalar əsasında baş verir. Həmin formadan hər növbəti 
istifadə isə, ilkin mərhələdə əldə edilmiş təcrübənin dəqiq-
ləşdirilməsi və  təkmilləşdirilməsi  yolu ilə reallaşır.  Məhz 
bu səbəbdəndir ki, yeni dil açan körpələr ilkin mərhələdə 
“al” əvəzinə də, “ver” əvəzinə də “ah” (yəni, “al”) deyir, 
sənin”  söylədiyi  tərzdə  də  “mənin”  (“mənim”  əvəzinə) 
söyləyir.  Sonradan  böyüklərin  yardımı,  dəfələrlə  uşağa 
təkrarlatması nəticəsində həmin formanın düzgün analogi-
yası formalaşır
1

Eksperiment  və  təcrübələr  göstərir  ki,  bəzi  formaların 
yanlış və ədəbi dil normalarından fərqli şəkildə işlədilməsi 
halı  təhsili  olmayan  yetkin  yaşlı  insanlarda  bütün  ömrü 
boyu müşahidə olunur. Yəni onlar həmişə öz dialekt və ya 
şivələrində  danışırlar.  Hətta  ali  filoloji  təhsil  almasına 
baxmayaraq, doğulub-böyüdüyü regionun ləhcəsi ilə danı-
şan  insanlara  da  rast  gəlirik.  Bu  bir  daha  sübut  edir  ki, 
bütün  formaların,  o  cümlədən  də  qrammatik  formaların 
                                                           
1
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 187-194. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
120
 
 
ilkin  mənimsənilməsi  analogiya  prinsipi  əsasında  baş 
verir. Uzunmüddətli istifadə nəticəsində daşlaşmış olan bu 
yanlışdan  bütünlüklə  yaxa  qurtarmaq  o  qədər  də  asan 
olmur.  Belə  insanlar  lazım  gələndə  öz  nitqlərində  bütün 
ədəbi dil normalarına, yəni qrammatik və sintaktik qayda-
lara  əməl  etsələr  də,  ekstremal  vəziyyətlərdə,  məsələn, 
qorxanda əsəbiləşəndə özlərindən asılı olmayaraq yenidən 
hafizələrinə  həkk  olmuş  dialektizmlərə  qayıdırlar.  Belə 
yanlış analogiyalardan tam azad olmağın yeganə yolu hə-
min yanlış analogiyanın doğru analogiya ilə əvəzlənməsi, 
eyni  tərzdə  “daşlaşdırılmasıdır”.  Bu  isə  gərgin  əmək  və 
diqqət tələb edən uzunmüddətli prosesdir. 
Qrammatik  formaların  birinci  intellekt  obrazı  və  ger-
çəklik elementi, onların mahiyyəti və yaranma mexanizmi 
ilə bağlı buraya qədər deyilənləri ümumiləşdirərək belə bir 
qərara gələ bilərik: Qrammatik formaların birinci sıra ger-
çəklik  elementi  ilkin  mərhələdə  alışqanlıq,  vərdiş  və 
analogiyalar  əsasında  formalaşan,  sonrakı  hər  kontakt 
nəticəsində  dəqiqləşdirilən  və  təkmilləşdirilən  abstrakt 
təsəvvürlərdir  ki,  onların  da  dərk  olunması  nəticəsində 
həmin formaların birinci intellekt obrazı yaranmış olur.   
Təbiidir ki, qrammatik formanın birinci intellekt obrazı 
göz  önündə  canlandırılan  və  ya  təsəvvür  olunan  heç  bir 
real  və  ya  vizual  obraza  ekvivalent  deyil.  Bu  cəhəti  ilə 
qrammatik formalar mücərrəd isimləri xatırladır.  
Qrammatik  forma  yalnız  müstəqil  bir  tam  mahiyyəti 
daşıyan digər (adətən leksik formaların) intellekt obrazları 
ilə birləşdikdə həmin intellekt obrazının ekvivalent olduğu 
gerçəklik elementinin digər gerçəklik elementləri ilə əlaqə 
və  münasibətlərini  əks  etdirir.  Ayrılıqda  isə  qrammatik 
formanın  gerçəklik  elementi  abstrakt  təsəvvürdən  başqa 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
121
 
 
bir şey deyildir. Məsələn, Azərbaycan dilində ismin yerlik 
hal  şəkilçisi  olan  -da
2
  şəkilçisi  ilə  bağlı  mövcud  olan 
abstrakt təsəvvürlərdən bəziləri aşağıdakı kimidir: 
1) Orta məktəbin ilk 4 sinfini oxumuş 81 yaşlı təqaüdçü 
Yaqub Abdullayevin abstrakt təsəvvürünə görə, “-da, -də 
artırılan söz, iş görən adamın yerini göstərir
1
”. 
2)  Orta  məktəb  həcmində  verilən  abstrakt  təsəvvürə  
görə,  “İsmin  yerlik  halı  əşya  və  ya  hərəkətin  yerini  bil-
dirir... -da
2
  şəkilçisi ilə düzəlir”
2

3)  Ali  məktəb  həcmində  verilən  abstrakt  təsəvvürə 
görə, “İsmin yerlik halı, başlıca olaraq yer məzmunu ifadə 
edir.  Bu  halda  işlənən  sözlər  ya  iş  və  hərəkətin,  ya  da 
əşyanın yerini bildirir”
3
 və s. 
Müxtəlif  mənbələrdən  götürülmüş  bu  şərhlər  bir  daha 
sübut edir ki, bu və ya digər qrammatik formanın gerçək-
lik  elementi  abstrakt  təsəvvür  olmaqla  yanaşı,  kommuni-
kant  kontingentindən  və  onlarda  formalaşmış  analogiya-
lardan  asılı  olaraq  fərqliliklərə  malikdir,  daim  dəyişir  və 
inkişaf edir. Bununla belə, həmin abstrakt təsəvvür aid ol-
duğu kontingent tərəfindən müvafiq qrammatik formadan 
lazımi səviyyədə istifadə oluna bilməsi üçün kafidir.    
Eyni  bir  kateqoriyaya  aid  şəkilçilərlə  düzələn  bütün 
qrammatik  formalar  artırıldığı  bütün  kök  və  ya  əsaslarda 
eyni məna çaları yaradır, yəni bağlandığı əsas intellekt ob-
razına ekvivalent olan gerçəklik elementi ilə digər gerçək-
lik  elementləri  arasında  mövcud  olan  eyni  tipli  əlaqə  və 
                                                           
1
 Abdullayev Yaqub Hacı oğlu, Oğuz rayon sakini, 81 yaşında.   
2
  Nağısoylu  M.  Azərbaycan  dili  (Ali  təhsilə  hazırlıq  kurslarının  dinləyiciləri  üçün 
dərslik). Bakı, “Zirvə yayınları”, 1999, s. 42.   
3
  Hüsеynzadə  M.  Müasir  Azərbaycan  dili.  Morfologiya.  III  hissə.  Bakı.  “Maarif”, 
1983, s. 61. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə