Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
128
 
 
Dördüncü  fazanın  dördüncü  pilləsi:  Aktiv  yaddaşda 
leksik  səviyyədə  hazır  olan  bu  söyləmin  fonetik,  qram-
matik və sintaktik baxımdan bütün boşluqlarını doldurmaq 
tələb olunur. Bunun üçün aktiv kommunikantın əsas yad-
daşında nitq söyləminin yaradılması ilə bağlı mövcud olan 
intellekt kodları operativ yaddaşa gətirilir. Abstrakt təsəv-
vürlərə  ekvivalent  olan  bu  dil  vahidləri  hesabına  həmin 
boşluqlar  doldurulur  və  nitqin  ilk  söyləmi  səsləndirilmək 
üçün  tam  hazır  olur.  Məsələn,  “Kompüter  Word  sənədi 
maus və ya klaviyə ilə yaradılır”.
 
 
 
 
≈ 
 
 
 
 
 
 
→ 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
 
Kompüter 
Word 
sənədi 
maus 
və ya 
klaviyə 
ilə 
yarad 
il 
ir 
 
Nitq  söyləminin  qrammatik  cəhətdən  məhz  bu  şəkildə 
tərtib olunması mütləq deyil. Nitqin unikallığını nəzərə al-
maqla qeyd etmək lazımdır ki, aktiv kommunikant bu söy-
ləmi  qrammatik  cəhətdən  həmin  anda  ona  məlum  olan 
istənilən formada, istənilən intonasiya ilə və istənilən yar-
dımçı vasitələr əhatəsində söyləyə bilər.  
Məsələn,  “Kompüterdə  Word  sənədi  yaratmaq  üçün 
mausdan və ya klaviyədən istifadə edilir”. 
 
 

 
˃ 
≈ 
 
˃ 
∞ 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
Kompüter 
Word 
sənədi 
Yarat 
maq 
üçün 
maus 
dan 
və 
ya 
klaviyə 
dən 
istifadə 
edilir 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
129
 
 
və  yaxud  “Kompüterdə  Word  sənədini  mausdan  və  ya 
klaviyədən istifadə etməklə yaratmaq olar” və s.  
Burada daha iki faktı qeyd etmək istəyirik. 
Birincisi, bizim ayrı-ayrılıqda izah etməyə çalışdığımız 
üçüncü  və  dördüncü  fazalar,  eləcə  də  dördüncü  fazanın 
bölərək  izah  etməyə  çalışdığımız  dörd  pilləsi  mütləq  şə-
kildə burada  qeyd  olunan  sıra  ardıcıllığı  ilə  cərəyan  edir. 
Bu sıranın pozulması və ya pillələrdən hansısa birinin baş 
verməməsi  mümkün  deyil.  Bundan  başqa  danışan  şəxsin 
beynində  yada  salınan  və  transformasiya  olunan  bütün 
məlumatlar  axıradək  ötürülüncəyə  qədər  ardıcıl  olaraq 
dərketmə aktının yalnız 3-cü və 4-cü fazaları gerçəkləşir. 
İkincisi,  tədqiqat  boyu  verdiyimiz  izahatı  bir  qədər 
asanlaşdırmaq, baş  verən proseslərin sırasını, ardıcıllığını 
diqqətə çatdırmaq məqsədilə dərketmə və təfəkkür proses-
ləri ilə bağlı verdiyimiz akt, faza, pillə tipindəki bölgülər 
tamamilə şərti xarakter daşıyır. Belə ki, bütün dərketmə və 
təfəkkür  prosesləri  vahid  bir  fəaliyyət  kimi  cərəyan  edir. 
İlk baxışdan bir qədər xaotik görünən ayrı-ayrı fəaliyyətlər 
isə insan oğlunun olumundan ölümünə qədər davam edən 
ümumi  fəaliyyəti  daxilində  sıralanır,  bir-birini  əvəz  edir 
və tamamlayır.  
Nitqin  yaranması  haqqında  yuxarıda  verdiyimiz  şərhlə 
bağlı  opponentlərimiz  tərəfindən  belə  iradlar  tutula  bilər 
ki,  birincisi,  biz  şüurlu  insanlarıq.  Hər  hansı  bir  nitq 
söyləmini yaradarkən onların dördüncü fazanın ikinci pil-
ləsində  birinci  intellekt  obrazları  kimi  məntiqi sıralanma-
sını hiss etməsək belə, dördüncü fazanın üçüncü pilləsində 
leksik səviyyədə  sıralanmasını  mütləq hiss etməli, şüuru-
muzla qavramalıyıq, amma bunu hiss etmirik. İkincisi, bə-
zən hər hansı bir nitq və ya söyləmi yaratmaq istəmədiyi-


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
130
 
 
miz halda, qəflətən bir məşhurun bir kəlamı, bir şeirin bir 
misrası  ağlımıza  və  dilimizə  gəlir,  bəzən  ciddi  bir  işlə 
məşğul  olduğumuz  halda  və  ya  boş  oturduğumuz  yerdə 
qəflətən bir mahnını zümzümə etməyə başlayırıq. Bu kimi 
hallar  burada  şərh  olunan  nitqyaratma  qaydalarına  və 
mexanizminə  ziddir  ki,  bu  da  nitqin  yaranması  ilə  bağlı 
burada  verilən  şərhlərin  doğruluğunu  və  ya  həqiqətə  uy-
ğunluğunu şübhə altına almağa əsas verir. 
Opponentlərimizə  minnətdarlıq  hissi  ilə  qeyd  etmək 
istəyirik  ki,  əvvəla,  biz  canlı  varlıq  olduğumuza  görə, 
istisnasız  olaraq  bütün  fəaliyyətlərimiz  mövcud  ehtiyac-
larımız və motivləşmə nəticəsində baş verir. Məlumdur ki, 
eyni ehtiyacların ödənilməsinə yönələn fəaliyyətlərin çox-
saylı  və  ardıcıl  təkrarı  bütün  canlılarda  ilk  növbədə  şərti 
reflekslərin  yaranmasına  səbəb  olur.  Şüurlu  varlıq  olan 
insanlarda  isə,  hər  bir  fəaliyyət  əvvəlcə  düşünülmüş, 
planlı  hərəkətlərin  reallaşması  ilə  başlayır,  həmin  fəaliy-
yətlərin standart vəziyyətlərdə təkrarlanması isə avtomatik 
şəkildə  icra  olunan  standart  analogiyaların  formalaşması 
ilə nəticələnir.  
Avtomat  şəkildə  icra  olunan  analogiya  prinsipinə  bən-
zər  fikirlərə  dilin  əlifba  sistemindən  bəhs  edən  akademik 
A.Axundovda  rast  gəlirik:  “Əlifba  fəaliyyətin  dəfələrlə 
təkrarı sayəsində avtomatik icra olunan uzunmüddətli psi-
xoloji proseslə - vərdişlə bağlıdır. Əlifba dəyişimi vərdişin 
itməsi deməkdir. Onu yenidən bərpa etmək (yeni əlifbanı 
mənimsəmək - M.B.Əsgərov) üçün illər lazımdır”
1

Nəzərə  almaq lazımdır ki, nitqyaratma fəaliyyəti insan 
üçün təkrarlanan fəaliyyət səddini çoxdan aşmış, artıq in-
                                                           
1
 Axundov A.A. Dil və ədəbiyyat. II c., Bakı, “Gənclik”, 2003, s 244.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə