Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
138
 
 
 
Dərk  edilən  hər  bir  gerçəklik  elementi  real  həyatın 
müstəqil  bir  vahidini  əks  etdirir.  Bununla  belə  həmin 
gerçəklik  elementi  real  həyatdakı  başqa  bir  müstəqil 
vahidlə  də  assosiativ  şəkildə  bağlı  olur.  Məsələn,  biz 
klaviyə”  deyəndə  və  ya  onun  haqqında  düşünəndə,  istə-
məsək  belə,  assosiativ  olaraq  mausu,  monitoru,  proses-
soru, ümumiyyətlə, kompüteri, vindovs, ofis, internet və s. 
kimi sözlərə ekvivalent olan digər gerçəklik elementlərini 
də xatırlamış oluruq.  
Bunun səbəbini qəbul edilib mənimsənilən nitq söyləm-
lərində  axtarmaq  lazımdır.  Belə  ki,  hər  bir  nitq  söyləmi 
adətən bir gerçəklik elementi haqqında məlumat verir. Bu 
gerçəklik  elementi  həmin  söyləmin  əsasını  təşkil  edir. 
Onun əlamət və xüsusiyyətlərini, digər gerçəklik element-
ləri ilə hər hansı əlaqə və münasibətlərini ifadə edən digər 
dil struktur vahidlərinə ekvivalent olan gerçəklik element-
ləri  isə  bu  söyləmin  periferiyası  və  ya  fonu  mahiyyətini 
daşıyır. Nitq söyləminin mənimsənilməsi həmin əsasın və 
onun  ətrafındakı  fonun  kompleks  şəkildə  qəbulu  yolu  ilə 
baş  verir.  Məsələn,  müəllimin  səsləndirdiyi  –  Klaviyə 
prosessora vilka vasitəsilə birləşdirilir – söyləmi  mərkəzi 
klaviyə  olmaqla  digər  gerçəklik  elementlərinin  fon  funk-
siyası  ilə  birlikdə  qəbul  edilir  və  klaviyə  adlı  gerçəklik 
elementinə  ekvivalent  olan  birinci  intellekt  obrazında 
qeyd olunur, yəni yadda saxlanılır.   
Eyni  bir  gerçəklik  elementi  bir  söyləmin  əsas  vahidi 
olduğu  halda,  digər  söyləmin  fon  funksiyalı  vahidi  ola 
bilər.  Məsələn,  Kompüterdə  Word  sənədi  həm  mausdan, 
həm  də  klaviyədən  istifadə  yolu  ilə  açıla  bilər  –  cümlə-
sində söyləmin əsasını Word sənədi ifadəsi təşkil edir. Bu 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
139
 
 
söyləm  Word sənədi adlı gerçəklik elementinə ekvivalent 
olan birinci intellekt obrazında qeyd olunur. Klaviyə sözü 
isə burada sadəcə fon funksiyasına malikdir.  
Deməli  bir  gerçəklik  elementinin  xatırlanması  nəticə-
sində assosiativ olaraq başqa bir gerçəklik elementinin də 
xatırlanmasının  səbəbi  budur:  əsas  dil  struktur  vahidi  ilə 
bərabər fon funksiyalı dil struktur vahidi də  əsas  yaddaş-
dan operativ  yaddaşa gəlir. Heç bir halda bunun səbəbini 
konneksianist  psixoloqların  dediyi  kimi  dərketmə  və 
təfəkkür  modullarının  hər  birində  iz  qoyan  və  ya  qeyd 
edilən informasiyada axtarmaq lazım deyil
1
.    
Belə fərz edək biz indiyə qədər heç bir zaman təmasda 
olmadığımız  bu  əşyanın  sadəcə  adının  kuller  olduğunu 
bilirik.  Onun  zahiri  görünüşü  ilə  vizual  şəkildə  tanış 
oluruq. Həmin anda beynimizdə onunla bağlı 4 elementli 
intellekt kodu yaranır:  
 
ĠO-1 
ĠO-2  kuller 
Sonradan onun təyinatı ilə bağlı öyrənirik ki, bu mexa-
nizm  aktiv  yaddaş  əməliyyatçısının  sabit  temperaturda 
qalmasına  xidmət  edir  və  onu  əlavə  maqnit  izotoplardan 
təmizləyir; istifadə yeri ilə bağlı öyrənirik ki, aktiv yaddaş 
blokunun  üstünə  bərkidilir;  əsas  hissələri  ilə  bağlı 
öyrənirik  ki,  sərinləşdirici  ventilyator,  maqnit  dalğa  ney-
trallaşdırıcısı,  qoruyucu  gövdə,  sabit  sıxaclar,  birləşdirici 
kabel və s. hissələrdən ibarətdir.  
Kuller adlı gerçəklik vahidi ilə bağlı öyrəndiyimiz yeni 
                                                           
1
 Солсо Р. Когнитивная психология. 6-е изд, СПб, Питер 2011, с. 288. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
140
 
 
məlumatların hər  biri, əslində, bu gerçəklik vahidinə tək-
rar-təkrar  yenidən  müraciətlər  nəticəsində  baş  verir.  Hər 
müraciət əsasında əldə edilən yeni məlumat kompüter mü-
təxəssisinin  bizə  ünvanladığı  nitq  söyləmləri  ilə  yaranır. 
Bizə  ünvanlanan  söyləm  mərkəzi  kuller  olmaqla  digər 
gerçəklik  elementlərinin  fon  funksiyası  ilə  birlikdə  qəbul 
edilir və əsas yaddaşımızda kuller adlı gerçəklik elementi-
nə  ekvivalent  olan  birinci  intellekt  obrazına  qeyd  olunur, 
yəni  yadda  saxlayırıq.  Beləliklə  də,  bizim  əsas  yaddaşı-
mızda  kuller  adlı  gerçəklik  elementinə  ekvivalent  olan 
birinci  intellekt  obrazı  zənginləşir  və  onun  kodunun 
ümumi tutumu genişlənmiş olur. 
Qəbul  edilib  mənimsənilən  nitq  söyləmi  və  ya  bütün-
lükdə  nitq  yaddaşa  dil  struktur  vahidlərindən  ibarət  olan 
silsilə, yəni sözlərin əmələ gətirdiyi mətn kimi qeyd edil-
mir. Sadəcə söyləmin və ya ümumilikdə nitqin əsas vahi-
dinə istinadən və həmin vahidin birinci intellekt obrazının 
məna tutumunun genişlənməsi yolu ilə yaddaşa qəbul olu-
nur.  Bu  səbəbdən  qəbul  edilib  mənimsənilən  nitq  əzbər-
lənmiş  mətn,  şeir  kimi  deyil,  ümumiləşdirilmiş  məzmun 
kimi yadda qalır. Zaman keçdikcə həmin mətnin və hətta 
məzmunun  da  bəzi  fraqmentləri  itə  bilir.  Nitq  vasitəsilə 
mənimsənilmiş  məlumatın  yada  salınması  və  ya  xatırlan-
ması, yenidən nitqə çevrilərək söylənilməsi prosesində ey-
ni  məzmun fərqli  mətnlə ortaya çıxa bilir. Buna  ən bariz 
nümunə  olaraq  iri  həcmli  əsərləri  göstərə  bilərik.  Belə 
əsərləri oxuduqdan və ya onlar əsasında qoyulan tamaşa-
lara,  filmlərə  baxdıqdan  sonra  beynimizdə  ilk  növbədə 
həmin  əsərlərin  adına  (məsələn,  “O  olmasın,  bu  olsun”) 
istinad edən informasiya silsiləsi formalaşmış olur.  
Həmin əsərin daxilində onun əsas personajlarının adına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə