Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
134
 
 
Əgər  nitq  söyləmindəki  bütün  dil  struktur  vahidlərinin 
həm  ikinci,  həm  də  birinci  intellekt  obrazları  dinləyən 
şəxsin  beynində  mövcuddursa  və  onlardan  hər  biri  baş 
beyində  əvvəlcədən  var  olan  bir  gerçəklik  elementinə 
bağlıdırsa,  o  halda  eşidilən  nitq  söyləmi  dinləyən  şəxs 
tərəfindən  tam  şəkildə  dərk  olunaraq  mənimsənilir  və 
onun məzmunu əsas yaddaşa qeyd edilir.        
Əgər  nitqi  qəbul  edən  şəxsin  beynində  nitq  söyləmini 
əmələ gətirən bu və ya digər dil struktur vahidinə ekviva-
lent olan ikinci intellekt obrazı olmazsa, həmin dil struktur 
vahidi  bu  şəxs  tərəfindən  tanına  bilmir  və  həmin  nitq 
söyləmi  ara  boşluqları  ilə  qəbul  edilmiş  olur.  Məsələn, 
fərz edək ki, müəllim belə bir söyləm səsləndirir: 
 “Mausun vilkası prosessorun razyomuna sancılır”.  
Şagirdin  beynində  bu  söyləmi  əmələ  gətirən  iki  dil 
struktur  vahidinə  (vlika,  razyom)  uyğun  nə  birinci,  nə  də 
ikinci  intellekt  obrazı  olmaya  bilər.  Yəni  bu  iki  sözü 
şagird bu günə qədər eşitməmiş ola bilər. Bu halda həmin 
nitq  söyləmi  həmin  şagird  tərəfindən  iki  ara  boşluğu  ilə 
qəbul edilir, “Mausun ... prosessorun ... sancılır”. 
 
Mausun 
vilkası  prosessorun  razyomuna  sancılır 
ĠO-1 
?? 
ĠO-1 
?? 
ĠO-1 
ĠO-2 
?? 
ĠO-2 
?? 
ĠO-2 
 
???
 
 
???
 
→ 
Şagird təxmin edə bilər ki, burada söhbət mausun han-
sısa hissəsinin prosessorun hansısa bir hissəsinə sancılma-
sından gedir. Şagird yəqinlik əldə etmək və söyləmdəki bu 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
135
 
 
boşluqları doldura, bu söyləmi tam şəkildə anlaya bilmək 
üçün  müəllimdən  vilka  və  razyom  sözləri  haqqında  əlavə 
izahat istəyə bilər. 
Belə fərz edək ki, müəllim mausun vikasını və proses-
sorun razyomunu əyani şəkildə şagirdə göstərir. Onun bu 
davranışı  nəticəsində  şagirdin  beynində  həm  adı,  həm  də 
gerçəklik  elementi  indi,  məhz  nitqin  qəbulu  zamanı  for-
malaşan  yeni  dörd  elementli  intellekt  kodunun  yaran-
masına səbəb olur.     
 
ĠO-1  ĠO-2 
Vilka 
 
ĠO-1  ĠO-2 
Razyom 
Müəllim  onu  da  əlavə  edir  ki,  vilka  xüsusi  formalı 
çəngəl, razyom isə eyni formalı tıxacdır. Onun verdiyi bu 
əlavə  izahat  nəticəsində  şagirdin  beynində  bir  az  əvvəl 
yaranmış  olan  dörd  elementli  intellekt  kodunun  struktu-
runda əsaslı dəyişkənliklər baş verir. Daha doğrusu həmin 
dörd elementli intellekt kodları əldə edilən bu  yeni  məlu-
matlar  əsasında  yenidən  təşkil  olunur.  Belə  ki,  tıxac  və 
çəngəl  adlı  gerçəklik  elementləri  elektrik  avadanlıqları 
kimi  şagird  tərəfindən  daha  əvvəl  dərk  olunub  və  onun 
dörd elementli intellekt kodu şagirdin beynində artıq var.   
İndi  öyrənilən  bu  yeni  ad  və  fərqli  görüntü  həmin 
intellekt kodlarının tutumca böyüməsinə səbəb olur. 
 Belə  ki,  bu  məlumat  nəticəsində  bir  tərəfdən  çəngəl-
vilka və tıxac-razyom  sinonim cütləri, bəlkə  də dubletləri 
əmələ gəlir. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
136
 
 
 
ĠO-1 
ĠO-2 
Vilka 
Çəngəl 
 
ĠO-2 
Digər  tərəfdən  isə  onların  vizual  obrazlarına  əlavələr 
edilir.  
 
ĠO-1 
ĠO-2 
Razyom  
Tıxac 
 
ĠO-2 
Amma sxemlərdən də göründüyü kimi bütün bu dəyiş-
kənliklərə baxmayaraq istər vilka-çəngəl, istərsə də tıxac-
razyom cütlərinin birinci sıra intellekt obrazı tək olur. 
Beləliklə,  söyləm  daxilindəki  bütün  dil  struktur  vahid-
ləri,  onların  ekvivalent  olduğu  ikinci  və  birinci  intellekt 
obrazları ilə qarşılaşdırılır.    
Bu  beyin  fəaliyyəti  nəticəsində  nitq  söyləmindəki  dil 
struktur  vahidləri,  nitq  söyləmini  qəbul  edən  şəxsin  əsas 
yaddaşında  olan  və  həmin  dil  struktur  vahidlərinə  ekvi-
valent olan ikinci intellekt obrazlarından ibarət silsilə for-
masına transformasiya olunur. Bu zaman hər bir dil struk-
tur  vahidinə  ekvivalent  olan  ikinci  intellekt  obrazı  eyni 
koddakı  birinci  intellekt  obrazı  ilə  qarşılaşdırılaraq  onun 
da aktivləşməsini təmin edir. Aktivləşmiş  birinci  intellekt 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
137
 
 
obrazları  qəbul  edilmiş  mətnin  dil  struktur  vahidlərinə 
uyğun şəkildə sıralanır və beləliklə də, nitq və ya söyləm, 
yəni  onlar  vasitəsilə  ifadə  edilən  gerçəklik  elementləri 
haqqında verilən informasiya mənimsənilmiş olur. 
 
Mausun 
vilkası  prosessorun  razyomuna  sancılır 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
ĠO-2 
 
 
 
 
→ 
Qeyd edək ki, qəbul edilən məlumatlar bitincəyə qədər, 
yəni müəllimin məlumat vermə prosesi başa çatıncaya qə-
dər passiv kommunikantın beynində ardıcıl olaraq dərket-
mə aktının yalnız 1-ci və 2-ci fazaları gerçəkləşir. 
Müəllimin verdiyi və şagirdlərin qəbul etdiyi məlumat-
larla  bağlı cərəyan  edən dərketmə  fazalarının analizindən 
də  gördüyümüz  kimi,  məlumatın  ötürülməsi  məqsədi  ilə 
istifadə edilən nitqyaratma və qəbul prosesi dərketmə aktı-
nın  sadəcə  birinci  və  dördüncü  fazalarında  total  modul-
laşma şəklində müşahidə olunur.   
Nitq  söyləminin  mənimsənilməsi  mexanizmi  ilə  bağlı 
çox yığcam şəkildə verilmiş bu şərhdə həmin prosesin ma-
hiyyəti tam şəkildə açılmışdır. Bununla belə,  təqdim olu-
nan nəzəri mövqeyimiz yenidir, eyni zamanda digər nəzəri 
mövqelərə  əsaslanmaqla  bu  şərhin  başqa  şəkildə  izahına 
cəhd  göstərilmə  ehtimalı  da  vardır.  Bu  baxımdan  nitq 
vasitəsilə  verilən  məlumatın  məhz  necə  mənimsənilməsi, 
beyində  nəyin əsasında  və  hansı formada  mühafizə  olun-
ması məsələsini daha yaxından izləyək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə