Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
110
 
 
Bu  halda  leksik-qrammatik  formalar  mahiyyət  etibarı 
ilə leksik formalara bənzər olurlar. 
Digər  tərəfdən  isə  bu  forma-
ların  gerçəklik  elementi  onların 
əmələ  gətirdiyi  leksik-qrammatik 
kateqoriyanın  ümumi  mənası  ilə 
bağlı  olan  abstrakt  təsəvvür  ma-
hiyyəti daşıyır.  
Bu  məqamda  isə  leksik-qram-
matik  formalar  qrammatik  for-
malara yaxınlaşır. 
 
İO-1 
-an,  
-ən 
İO-2 
əlamətə 
çevrilən
hərəkət
  
 
Leksik-qrammatik  formaların  birinci  sıra  gerçəklik 
elementi  daha  çox  onların  bir  kateqoriya  kimi  abstrakt 
təsəvvür  mahiyyətini  əks  etdirir.  Bu  səbəbdən  də  leksik-
qrammatik  formaları  leksik  kateqoriyalarla  deyil,  qram-
matik  kateqoriyalarla  eyni  müstəvidə  nəzərdən  keçirmək 
daha məqsədəuyğun hesab edilir
1
.  
Leksik-qrammatik  formaların  ikinci  sıra  gerçəklik  ele-
menti şəkilçi tipində olan dil struktur vahidləri, ikinci sıra 
intellekt  obrazı  isə  bu  şəkilçilərin  yadda  qalmasını  təmin 
edən dərketmə vahidləridir. 
Dilin ilkin qolunu təşkil edən şifahi nitq leksik, leksik-
qrammatik, qrammatik formalar ardıcıllığı ilə yaranmış və 
təkamül etmişdir – fikri, demək olar ki, bütün tədqiqatçılar 
tərəfindən qəbul olunur. Dillərin diaxron aspektdə tədqiqi-
nə  həsr  olunmuş  araşdırmalar  ilkin  mərhələdə  nitqin  kök 
sözlər  və  sırf  leksik  vahidlərdən  ibarət  olması  fikrinə 
                                                           
1
  Daha  ətrafı  bax:  Гузев  В.Г.  …  Диссертация  на  соискание  ученой  степени 
доктора филологических наук. Ленинград, 1986, 356 с. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
111
 
 
dəstək verir
1
.   
Burada L.V.Şerbanın bir mülahizəsini yada salmaq ye-
rinə düşər. O yazır: “Qrammatika nitq fəaliyyəti ilə bağlı 
qaydalar  toplusudur  ...  və  danışan  şəхs  ifadə  еtmək 
istədiyi  fikrə  uyğun  dеyimləri  fоrmalaşdırarkən  оna 
əsaslanır.  Əgər  bizim  linqvistik  təcrübəmiz  qrammatika 
adlandırdığımız sistem şəklində formalaşmış olmasaydı, о 
halda,  bizim  eşitdiklərini  təkrarlayan  və  başa  düşən 
tutuquşundan heç bir fərqimiz оlmazdı”
2

İndi də dərketmə proseslərinin izi ilə qrammatik forma-
ların  birinci  və  ikinci  sıra  gerçəklik  vahidlərinin  mahiy-
yətini müəyyən etməyə və onlara aid olan birinci və ikinci 
sıra intellekt obrazlarının yaranma mexanizmini izləməyə 
cəhd  göstərək.  İlk  növbədə  onu  qeyd  edək  ki,  digər  dil 
vahidləri kimi, qrammatik, o cümlədən, leksik-qrammatik 
formalara və kateqoriyalara aid olan bütün şəkilçi variant-
ları  ayrı-ayrı  olmaqla  dil  daşıyıcıları  tərəfindən  dərk 
edilmişdir.  Yəni  qrammatik  forma  olan  şəxs  kateqoriya-
sının bütün şəkilçiləri, o cümlədən birinci şəxs üzrə -ım
4
, -
m,  -ımız
4
,  -mız
4
,  ikinci  şəxs  üzrə  -ın
4
,    -n,  -ınız
4
,  -nız
4

üçüncü  şəxs  üzrə  
4
,  -sı
4
,  -ları
2
  şəkilçiləri  və  yaxud  da 
leksik-qrammatik forma əmələ gətirməyə qadir olan -il
4
, -
dir
4
  şəkilçiləri  və  s.  müstəqil  gerçəklik  elementləri  kimi 
dərk  edilərək  ikinci intellekt obrazı  şəklində  yaddaşımıza 
həkk  olunmuşdur.  Əks  halda,  bu  və  ya  digər  sözə  lazım 
gələn  şəkilçi  variantını  düzgün  artıra  bilməzdik.  Deməli, 
                                                           
1
  Məhərrəmli  B.  Türk  dillərində  bir  saitdən  ibarət  köklərin  semantik  inkişafı. 
“Dilçilik  İnstitutunun  əsərləri”.  АМЕА  Dilçilik  İnstitutu.  Bakı,  “Elm”,  2009,  209-
218.; Rəcəbli Ə. Göytürk dilinin leksikası. Bakı, “Nurlan”, 2004, 428 s.; Rzasoy S. 
Oğuz mifinin paradiqmaları. Baki. “Səda”, 2004, 200 s. 
2
 Şerba L.V, göstərilən əsəri, s  47-48. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
112
 
 
baş  beynimizdə  ikinci  sıra  gerçəklik  elementi  mahiyyəti 
daşıyan  hər  bir  şəkilçi  variantının  dərk  olunması 
nəticəsində yaranmış ikinci intellekt obrazı mövcuddur. 
Əcnəb  tələbələrlə  apardığımız  eksperimentlər  nəticə-
sində belə məlum olmuşdur ki, leksik söz qəliblərinin mə-
nimsənilməsinə  baxmayaraq,  ayrı-ayrı  qrammatik  mor-
femləri  müstəqil  gerçəklik  elementi  kimi  mənimsəməyən 
dinləyicilər  müxtəlif  leksik  və  qrammatik  vahidləri  (for-
maları) yarada bilmirlər.  
Məsələn,  öyrənilən  dildə  leksik  vahid  kimi  “kitab”, 
“dəftər”,  “qonşu”,  “güzgü”,  “ana”  sözlərini  və  mənsu-
biyyət  kateqoriyasının  qəlibi  kimi  “söz+mənsubiyyət  şə-
kilçisi”  formulunu  bilməsinə  baxmayaraq,  birinci  şəxsin 
mənsubiyyət  şəkilçilərinin  tam  paradiqmasını  (-ım,  -im,  -
um,  -üm,  -m)  müstəqil  gerçəklik  elementləri  kimi  dərk 
edib  yadda  saxlamayan  dinləyici  həmin  sözləri  mənsu-
biyyət şəkilçiləri ilə düzgün işlədə bilmir. Yəni bu sözlərə 
konkret  olaraq  nə  əlavə  etmək  lazım  gəldiyini  bilmir. 
Sözləri  də,  şəkilçiləri  də  ayrı-ayrılıqda  dərk  etmiş  din-
ləyici saitlərin ahəngini müstəqil gerçəklik elementi və ya 
kodu kimi dərk etməyibsə, yenə də həmin sözləri mənsu-
biyyət  şəkilçiləri  ilə  düzgün  işlədə  bilmir.  İndi  də  hansı 
sözə şəkilçilərin konkret olaraq hansı variantının artırılma-
sının lazım gəldiyini müəyyənləşdirməkdə çətinlik çəkir.  
 Yuxarıda qeyd etdik ki, dilin ilkin təşəkkülü prosesində 
qrammatik və leksik-qrammatik formalar leksik formalar-
dan yaransa da, onların birinci və ikinci intellekt obrazla-
rında ümumi bənzərlikdən başqa heç bir eyniyyət yoxdur.  
Burada  haqqında  danışılan  mənsubiyyət  şəkilçiləri, 
eləcə də ismi və feili xəbər formaları ilə işlənən şəxs son-
luqları və tarixən onların əmələ gəlmiş olduğu şəxs əvəz-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə