Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
104
 
 
Keçirdiyimiz  eksperiment  və  sınaq  təcrübələri  belə 
deməyə əsas verir ki, adətən, gerçəklik elementinə ekviva-
lent  olan  intellekt  obrazının  tam  şəkildə  xatırlanmasına 
baxmayaraq, onun dil struktur vahidinə ekvivalent olan in-
tellekt obrazının xatırlanması prosesindəki gecikmələr ana 
dilindəki yeni sözlər və ya terminlərlə bağlı olur.   
Dilin  struktur  vahidinə  ekvivalent  olan  intellekt  obra-
zının  tam  şəkildə  xatırlanmasına  baxmayaraq,  onun  ger-
çəklik elementinə ekvivalent olan intellekt obrazının xatır-
lanması prosesindəki gecikmələr isə, əsasən, xarici dillərin 
öyrənilməsi  ilə  bağlı  müşahidə  edilir.  Belə  hallarda  biz 
dəqiqliklə  xatırladığımız  həmin  əcnəbi  sözü  dəfələrlə 
təkrarlayır və onunla bağlı olan gerçəklik elementini, onun 
birinci intellekt obrazını və ya bu obrazın ana dilimizdəki 
söz  qarşılığını,  yaxud  da  bu  sözə  ekvivalent  olan  ikinci 
intellekt obrazını xatırlamağa çalışırıq. 
 
Bu  fəsildə  verilən  şərhlərimizdə  indiyə  qədər  sadəcə 
leksik səviyyəli sözlərin və ya formaların yaranması haq-
qında  danışdıq.  Bütün  nümunələrdə  kök  morfem  tipində 
olan leksik formalardan istifadə etdik. Qeyd edək ki, kök 
və  şəkilçıdən,  eləcə  də,  iki  kökdən  ibarət  olan  leksik 
səviyyəli  formaların  yaranma  mexanizmi  kök  morfem 
tipində  olan  leksik  formaların  yaranma  mexanizmi  ilə 
tamamilə eynidir.  
Verilən  nümunələrdən  (masa,  kitab)  də  aydın  şəkildə 
göründüyü  kimi,  bir  kökdən  ibarət  olan  leksik  səviyyəli 
söz  formasının  aid  olduğu  gerçəklik  vahidi  müstəqil  ger-
çəklik elementinə, birinci sıra intellekt obrazına, müstəqil 
söz səviyyəli ada və ikinci sıra intellekt obrazına malikdir. 
Eynilə onun kimi, kök və şəkilçidən (dəmir+çi), həmçinin 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
105
 
 
iki  və  daha  artıq  sözün  birləşməsindən  ibarət  olan  leksik 
səviyyəli  söz formalarının (ağac+dəl+ən)  aid  olduğu ger-
çəklik vahidi də müstəqil gerçəklik elementinə, birinci sıra 
intellekt obrazına, müstəqil söz səviyyəli ada və ikinci sıra 
intellekt obrazına malikdir: 
 
ĠO-1  ĠO-2 
Dəmirçi 
 
ĠO-1  ĠO-2  Ağacdələn 
Əvvəlki  tədqiqat  işimizdə  düzəltmə  və  mürəkkəb 
quruluşa malik olan leksik səviyyəli söz formaları haqqın-
da  ətraflı  şəkildə  bəhs  etdiyimizə  görə
1
  burada  həmin 
fikirləri təkrarlamağa ehtiyac duymuruq. 
Dildə  mövcud  olan  və  ya  nitqdə  istifadə  edilən  sözlər 
yalnız leksik səviyyəli formalardan ibarət deyil. Amorf və 
ya kök dillərdən başqa heç bir dildə yalnız leksik səviyyəli 
formalarla  nə  ünsiyyət  tam  təmin  oluna,  nə  də  axıcı  nitq 
qurula  bilməz.  Ünsiyyətin  tam  şəkildə  təmin  edilməsi, 
dolğun və lakonik nitqin yaranması üçün leksik-qramma-
tik və qrammatik formaların iştirakı da vacibdir
2
.  
Dillərin müasir səviyyəsində hər hansı yeni əşya, varlıq 
və ya məfhum adını bildirən sözlər, əksər hallarda isə ter-
minlər bəzən bir nəfərin (istisna hal kimi), bir sıra hallarda 
isə xüsusi komissiyanın müzakirəsi və qərarı ilə dilə gəti-
rilə bilir
3
. Amma leksik vahidlərin ixtisarı  yolu ilə qram-
                                                           
1
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 148-156.  
2
  Кононов  А.Н.  Грамматика  современного  турецкого  литературного  языка. 
Москва-Ленинград, “Издательство Академии Наук СССР”, 1956, 569 с. 
3
  Sadıqova  S.  Azərbaycan  dili  terminologiyasının  nəzəri  problemləri.  Bakı,  “Elm”, 
2002, 230 s. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
106
 
 
matik  formaların  yaranması,  onların  leksikləşməsi,  eləcə 
də  leksik  formaların  qrammatikləşməsi  qəfildən  və  bir 
vahid qərarla baş vermir. Belə dəyişkənliklərin  yolu  müt-
ləq  şəkildə  okkazionallıq  və  polifunksionallıqdan  keçir. 
Bəzi hallarda dildə mövcud olan hər hansı bir forma, hətta 
bütövlükdə  tam  bir  kateqoriya  eyni  zamanda  həm  leksik, 
həm də qrammatik məna və funksiyalara malik ola bilir.  
Bəzən eyni bir nitq hissəsi çərçivəsində sözün formaca 
dəyişməsi  nəticəsində  yaranan  yeni  məna  çalarının  söz-
yaratma,  yoxsa  ki,  sözdəyişmə  hesab  edilməsi  məsələsi 
mübahisələrə səbəb olur. Türk dillərində fellərin növ kate-
qoriyası  məhz  belə  mübahisə  obyektlərindən  biridir.  Belə 
ki,  bu  günün  özündə  belə  müxtəlif  fel  köklərinə  artırıl-
maqla  yeni  məna çaları  yaradan -in, -n, -il, -l, -iş, -ş, -dır 
və s. şəkilçilərin sözdüzəldici, yoxsa sözdəyişdirici olması 
haqqında  hamı tərəfindən qəbul edilən  yekun qərar veril-
məmişdir.  Bəzən  bu  şəkilçilər  qrupunu  feilin  qrammatik 
növ kateqoriyasına aid olan sözdəyişdirici şəkilçi, bəzənsə 
feildən  feil  düzəldən  sözdüzəldici  şəkilçi  hesab  edirlər. 
Yəni  yazmaq,  yazılmaq,  yazışmaq,  yazdırmaq,  yazdıril-
maq  sözləri  bəzən  tamamilə  müstəqil  leksik  vahidlər, 
bəzən  isə  eyni  bir  felin  müxtəlif  qrammatik  formaları 
hesab olunur. Əslində Məktubu onlar yazdılar və Məktub 
onlar  tərəfindən  yazıldı  cümlələrində  işlənən  yazmaq  və 
yazılmaq  formalarını  qrammatik  forma,  Mən  məktub 
yazdım  və  Mən  Yeni  Azərbaycan  partiyasına  yazıldım 
cümlələrindəki yazdım və yazıldım formalarını isə müstə-
qil  leksik  vahidlər  hesab  etmək,  bizcə,  daha  düzgündür. 
Çünki  sonuncu  cümlədəki  yazıldım  sözü  üzv  oldum 
mənasındadır  və  yazmaq  mənasından  tamamilə  fərqlənən 
yeni  anlayışdır.  Onun  birinci  sıra  gerçəklik  elementi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə