Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
92
 
 
çəklik elementi) və hər iki gerçəklik elementinə ekvivalent 
olan  intellekt  obrazı  (O
1
,  O
2
  –  birinci  və  ikinci  intellekt 
obrazı) eyni bir intellekt kodunda (K) birləşərək (G
1
+G
2

O
1
+ O
2
=K) baş beynimizdə mühafizə olunur.  
Göründüyü  kimi,  linqvo-psixoloji  proses  və  fəaliyyət-
lərin məcmusu tam şəkildə D= G

+ S

+ O

+ F

+ S

+ G

+ O

+ F
2
 sxemi əsasında reallaşır.  
İlk  baxışdan  elə  görünə  bilər  ki,  ilkin  gerçəklik  ele-
mentinin və dil struktur vahidinin yaranması və dərk olun-
ması prosesinin burada verilən şərhi bəzi cəhətləri ilə ilkin 
sxemə sığmır. Burada (G
1
+G
2
)=G; (S
1
+S
2
)=S;(O
1
+O
2
)=O;  
(F
1
+F
2
)=F  olduğunu  nəzərə  alsaq,  tərəfimizdən  təklif 
olunan  ilkin  sxemin  dərketməni  bütünlüklə  əks  etdirdiyi-
nin şahidi oluruq, yəni G+S+O+F=D  (gerçəklik + stimul 
+ obraz + fəaliyyət = dərketmə).  
Onu  da  nəzərə  alsaq  ki,  G
1
+G
2
+O
1
+O
2
=  K  o  halda 
görərik  ki,  təklif  olunan  sxem  istənilən  dərketmə 
prosesinin şərhi baxımından özünü doğruldur və buradakı 
yeganə  fərq  dərketmənin  intellekt  obrazları  ilə  deyil, 
intellekt kodları ilə reallaşmasıdır:  
S+K+F=D (stimul + kod + fəaliyyət = dərketmə). 
Bu tədqiqatın linqvistik əsası ondan ibarətdir ki, okka-
zional  şəkildə  ünsiyyət  ehtiyacından  yaranan  dil  struktur 
vahidləri və söyləmlər əks etdirdiyi gerçəklik elementinin 
yaddaşdakı intellekt obrazları və ya kodları ilə birləşdikdə 
dilə  çevrilir.  Yəni  dil,  bir  tərəfdən  öz  struktur  vahidləri 
olan  forma  və  nitq  söyləmləri  ilə  birlikdə  təfəkkür  pro-
seslərinin  son  məhsulu  kimi  meydana  çıxır,  ikinci  bir 
tərəfdənsə,  bir  güzgü  kimi  məhz  dərk  olunmuş  gerçəklik 
elementlərini əks etdirir.  
Dil  həm  yaranması,  həm  də  funksiyası  baxımından 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
93
 
 
sözün  tam  mənasında  linqvo-psixoloji  mahiyyət  daşıyır. 
Bu səbəbdən təsviri, funksional və struktur dilçilikdə apa-
rılan  tədqiqatlarda  obyekt  olaraq  seçilən  nitq  söyləmləri-
nin  və  ya  bütövlükdə  mətnin  analizi  prosesində  dilin 
linqvistik yönləri ilə yanaşı, psixoloji cəhətlərini də nəzərə 
almaq  lazımdır.  Əks  halda,  əldə  edilən  nəticələrin  ən  azı 
tamlığı  və  dolğunluğu,  etimoloji  və  funksional-semantik 
araşdırmalarla bağlı bəzi konkret hallarda isə, hətta nəticə-
lərin doğruluğu belə şübhə altına alına bilər.  
Bir faktı da qeyd etmək lazımdır ki, hal-hazırda bu və 
ya  digər  dildə  mövcud  olan  formaların,  nitqin,  eləcə  də 
ümumilikdə  dil  sisteminin  linqvo-psixoloji  və  ya    psixo-
linqvistik  analizi,  əslində,  gerçəklikdə  baş  vermiş  dərk-
etmə  aktlarının  və  ya  təfəkkür  proseslərinin  əks  ardıcıl-
lıqla  izlənməsidir.  Bunu  nəzərə  alaraq  dilin,  habelə  onun 
real  həyatda  yeganə  tətbiqi  şəkli  olan  nitqin,  həm  dilin, 
həm  də  nitqin  yeganə  mövcudluq  şəkli  olan  struktur 
vahidlərinin,  yəni  forma,  qəlib  və  normaların  yaranması, 
eləcə  də  ümumi təfəkkür prosesində  onların rolu  məsələ-
lərini  linqvistik  və  psixoloji  cəhətdən  nəzərdən  keçirə-
cəyik.  Leksik,  leksik-qrammatik  və  ya  qrammatik  forma, 
nitq və söyləm şəklində çıxış edən dil vahidlərinin yaran-
ması  və  mənimsənilməsi  mexanizmini,  funksiyalarını 
araşdıracaq,  əldə  edilən  nəticələr  əsasında  dilin  struktur 
vahidlərini və nitqi modelləşdirməyə çalışacağıq.  
Dilin  ümumi  və  aktiv  sistem  kimi  struktur  tərkibi, 
forma  və  məna  vəhdəti,  inkişaf  tendensiyaları  əsasında 
onun  linqvo-psixoloji  mahiyyətini  müəyyənləşdirməyə 
cəhd göstərəcəyik. 
Elm tarixində dilin, nitqin, yoxsa formanın daha əvvəl 
yaranması  məsələsinə  münasibətlər  müxtəlifdir.  Formanı 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
94
 
 
səs  və  söz,  nitqi  söyləm  və  danışma  prosesi,  dili  isə 
formanın  və  ya  nitqin  yaranmasını  tənzimləyən  qaydalar 
toplusu  hesab  etmək,  əslində,  əvvəlcə  formanın,  sonra 
nitqin, daha sonra dilin yaranmış olduğunu  ya birbaşa,  ya 
da dolayı yolla ifadə etmək deməkdir.  
Biz bu fikirdəyik ki, insan toplumu və ya cəmiyyətinin 
yarandığı  ilk  gündən  etibarən  toplumun  və  cəmiyyətin 
üzvlərinə  hər  hansı  məlumatı  vermək  məqsədi  ilə  insan 
oğlunun çıxartdığı ən ilkin, ən bəsit və ən sadə səslər belə 
həmin  insanlar  üçün,  eyni  zamanda,  həm  “dil”,  həm 
“nitq”, həm də “forma” funksiyasını yerinə yetirmişdir.  
Toplumun,  qəbilə  və  tayfanın  dilində  cəmi  bir  söz, 
məsələn,  “o”  sözü  olduqda  belə,  bu  yeganə  söz  həmin 
toplumun  həm  dili,  həm  nitqi,  həm  də  dilindəki  və 
nitqindəki  yeganə  forma  olmuşdur.  Başqa  sözlə  desək, 
yaranan ilk forma ilə eyni zamanda insanın nitqi və dili də 
yaranmışdır.  
Əlbəttə  ki,  ibtidai  nitq  və  ya  dil  müasir  səviyyədə  tə-
masda  olduğumuz  nitq  və  dildən  zənginlik,  informasiya 
ötürmə  imkanları  baxımından  müqayisəyəgəlməz  dərəcə-
də  fərqlənir.  İstənilən  halda,  bu  dil  və  nitq  çox  primitiv 
şəkildə  də  olsa,  müasir  dillər  kimi  ünsiyyətə,  bu  və  ya 
digər məlumatın ötürülməsinə xidmət etmişdir. 
Bu  deyilənlərə  əsaslanaraq  insan  toplumunun  sonrakı 
təkamül  və  inkişafı  nəticəsində  “o”  formasından  başqa, 
məsələn,  “sən”  və  “mən”  formalarının  da  yaranması,  dil 
və  nitqin  yenidən  yaranması  kimi  başa  düşülməməlidir. 
Çünki  artıq  qeyd  etdiyimiz  kimi,  “dil”  və  “nitq”  birinci 
formanın  yaranması  ilə  eyni  vaxtda  təşəkkül  tapmışdır. 
Sonrakı hər bir formanın yaranması isə, artıq mövcud olan 
dilin və nitqin zənginləşməsi prosesidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə