Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
80
 
 
söylənməsi mahiyyət etibarı ilə heç nəyi dəyişmir və eyni 
intellekt obrazını əks etdirir. 
2)  Bədii  əsərlərdə  təbiət  mənzərələri  verilərkən  və  ya 
bədii əsərlərin motivləri əsasında peyzaj, miniatür çəkilər-
kən  bu  prosesləri  həyata  keçirən  insanlardan  tam  mənası 
ilə  yaradıcı  təxəyyül  tələb  olunur  və  bu  səbəbdən  həmin 
fəaliyyətlər  sinktual  dərketmə,  yəni  düşünərək  dərketmə 
adlandırılır.  İkinci  bir  tərəfdən,  zaman  axını  daxilində 
stabil  və  dəyişməz  təbiət  mənzərəsi  olmadığı  kimi,  eyni 
bir  mənzərəni  istər  sözlə,  istərsə  də  fırça  ilə  eyni  şəkildə 
təsvir edə bilən iki sənətkar da tapmaq mümkün deyil. 
 
Sinktual  dərketmənin  tətbiqi  ilə  bağlı  bir  əyani  nümu-
nəyə  baxaq:  “Əvvəlcə  Bayıl  dairəsindən  Kristal  Saraya 
qədər uzunluğu 300 metr olan yol çəkildi. Sonra eyni yer-
dən  bu  yola  perpendikulyar  olmaqla  Bayraq  Meydanına 
qədər  uzunluğu  400  metr  olan  ikinci  bir  yol  çəkildi. 
Kristal  Saraydan  Bayraq  Meydanına  qədər  çəkiləcək 
yolun  uzunluğu  nə  qədər  olacaq?”  şəklində  bir  tapşırıq 
verildiyin fərz edək.  
Sinktual  dərketməyə  hazırlığın  birinci  yarımaktında 
tapşırığın  verilmiş  şərti  oxunaraq  yadda  saxlanılır,  yəni 
həmin mətn vizual-vokal dərketmə  yolu ilə dərk olunaraq 
intellekt obrazlarına çevrilir və yaddaşa qeyd edilir.  
Sinktual  dərketməyə  hazırlığın  ikinci  yarımaktında 
aşağıdakılar baş verir:  
İlk növbədə məsələnin şərti xatırlanılır, perpendikulyar 
xətlərin  əmələ  gətirdiyi  bucaq,  tərəflərindən  biri  düz  olan 
üçbucaq,  ədədin  kvadratı,  kvadrat  kökü  ilə  bağlı  əvvəl 
dərk etdiklərimiz, eləcə də Pifaqor teoreminin 
2
2
b
a

=c
2
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
81
 
 
şəklində  olan  düsturu  aktiv  yaddaşa  gətirilir  (üçüncü 
faza); 
Burada  bir  haşiyə  çıxaraq  qeyd  etmək  lazımdır  ki, 
bəzən riyazi işarələr və onları ifadə edən terminlər sadəcə 
ekvivalent  deyil,  tam  mənada  bərabər  vahidlər  hesab 
olunur,  yəni  “+”  işarəsi  ilə  “üstəgəl”  termini,    “-”  işarəsi 
ilə  “çıx”  termini,    “=“  işarəsi  ilə  “bərabər”  termini  eyni 
şey  hesab  edilir    və  belə  bir  arqument  gətirilir  ki,  2+2=4 
də  yazılsa,  “iki  üstəgəl  iki  bərabərdir  dörd”  də  yazılsa, 
bunun həm oxunuşu, həm də ifadə etdiyi məna, mahiyyət 
etibarı  ilə  bir-birindən  fərqlənmir.  Ən  azı  bunu  nəzərə 
almaq  lazımdır  ki,  riyaziyyatda  istifadə  olunan  işarə  və 
əməliyyatlar  heç  bir  dilə  aid  deyil,  çünki  onlar 
ümumiyyətlə  dil  vahidi  deyil.  Termin  isə  beynəlxalq  olsa 
belə,  istənilən  halda  hansısa  bir  dilə  aiddir,  çünki  o,  dil 
vahididir.  Azərbaycan  dilində  işlənən  riyazi  terminlərin, 
böyük bir qismi S.Sadıqovanın qeyd etdiyi kimi, milli dilə 
məxsus  imkanlar  hesabına  formalaşmışdır
1
  və  bu  sə-
bəbdən  kökaltı,  düzbucaqlı  və  s.  terminlər  yalnız 
Azərbaycan dilinə məxsus olan sözlərdir.    
Bundan  sonra  tapşırığın  yaddaşımızdakı  şərti  mətn  və 
ya səs formasından digər bir formaya,  yəni sinktual dərk-
etmənin  həyata  keçiriləcəyi  obrazlar  formasına  transfor-
masiya  olunur:  beynimizdə  Kristal  Saray,  Bayıl  dairəsi, 
Bayraq  Meydanı  üç  nöqtə  kimi,  yollar  isə  bu  nöqtələri 
birləşdirən  xətlər  kimi  təsəvvür  edilməklə  tərəflərindən 
ikisi  məlum,  biri  isə  məlum  olmayan  bir  düzbucaqlı 
üçbucaq  obrazı  yaranır.  Məsələnin  yuxarıdakı  şərti 
                                                           
1
  Daha  ətraflı  bax:  Sadıqova  S.  Azərbaycan  dilində  fizika-riyaziyyat  terminologi-
yasının formalaşması və inkişafı. Bakı, “Elm”, 1997, 191 s. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
82
 
 
2
2
400
300

=x
2
  tənliyinə  transformasiya  olunur  və  daha 
sonra bu tənlik sinktual dərketmə yolu ilə həll edilir.  
Buraya  qədər  deyilənlərdən  göründüyü  kimi,  sinktual 
dərketməyə hazırlıq mərhələsi çərçivəsində tam bir vizual 
dərketmə aktı baş verdi. Bu aktın birinci fazasında gerçək-
lik  elementi  ilə  bağlı  məlumat  qəbul  edildi,  ikinci  fazada 
qəbul  olunmuş  məlumat  intellekt  obrazına  və  koduna 
çevrilərək  yaddaşa  qeyd  edildi,  üçüncü  fazada  həmin 
intellekt kodu (və ya obrazları), eləcə də onunla bağlı olan 
digər  intellekt  obrazları  (və  ya  kodları)  aktivləşdirilərək 
operativ  yaddaşa  gətirildi,  dördüncü  fazada  gerçəklik 
elementi  ilə  bağlı  məlumat  aktiv  yaddaşa  gətirilmiş  digər 
məlumatlarla  birləşdirilərək  sinktual  dərketmənin  həyata 
keçiriləcəyi obrazlar formasına transformasiya olundu.  
Sinktual dərketməyə hazırlıq mərhələsi sona çatdıqdan 
sonra  sinktual  dərketmə  aktı  başlanır.  Sinktual  dərketmə-
nin birinci yarımaktında həmin tənlik həll olunur və nəticə 
yadda saxlanılır. 
İkinci  yarımaktda əldə edilmiş nəticə beyin aparatının 
köməyi ilə mətn formasına transformasiya olunur və tapşı-
rığın cavabı mətn formasında verilir: 
“CAVAB: Kristal Saraydan Bayraq Meydanına çəkilə-
cək  yolun  uzunluğu  500  metr  olacaqdır”.  Bununla  da 
sinktual dərketmə prosesi və tapşırığın həlli başa çatır. 
Göründüyü  kimi,  sinktual  dərketməyə  hazırlıq  mərhə-
ləsinin ikinci  yarımaktında və sinktual dərketmənin ikinci 
yarımaktında  transformativ  modullaşmadan  istifadə  olun-
muşdur.  Transformativ  modullaşmaya  sinktual  dərketmə 
prosesində tez-tez rast gəlindiyinə görə, başqa sözlə desək
sinktual dərketmənin hazırlıq mərhələsində bir qayda ola-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə