Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
86
 
 
keçir  və  həmin  anda  aktiv  yaddaşın  təmasda  olduğu 
məlumata,  yaxud  da  gerçəklik  elementinə  az  və  ya  çox 
dərəcədə  uyğun  gələn  intellekt  kodlarını  ani  olaraq  aktiv-
ləşdirir.  Kompüter    analogiyasına  uyğun  şəkildə  desək, 
“axtarış”  rejimi  daxilində  operativ  yaddaşa  yerləşdirilmiş 
“açar-kod”  əsas  yaddaşdakı  bütün  uyğun  məlumatları 
aktivləşdirir və ya onlara istinadlar verir.  
Yuxarıda  verilmiş  nümunələrdən  də  göründüyü  kimi, 
vizual, vokal, friktual, tastual, attaral mənimsəmə yolu ilə 
dərketmə  və  təfəkkür  proseslərinin  nəzərdən  keçirilən 
fazalarının heç  birində nə sözə, nə də, nitqə  ehtiyac duy-
madıq. Məlum oldu ki, dərketmə prosesinin bütün fazaları 
söz  və  ya  dil  vasitəsilə  deyil,  dildən  daha  yığcam  və 
tutumlu  olan  intellekt  obrazları  və  kodları  ilə  həyata 
keçirilir. 
Deməli, insanın bilavasitə və bilvasitə təmasda olduğu 
bütün  gerçəklik  elementləri  beyin  aparatı  tərəfindən  in-
tellekt obrazlarına çevrilir və qəbul edilir (qəbul prosesi). 
Qəbul  olunmuş  məlumat  intellekt  kodları  şəklində  infor-
masiya  bazasında  (beyində)  mühafizə  olunur  (yadda  sax-
lama  prosesi),  tələb  edilən  müvafiq  intellekt  obrazı  və  ya 
kodu  aktiv  yaddaşa  gətirilir  (xatırlama  prosesi)  və  aktiv 
yaddaşdakı  intellekt  obrazı  və  ya  kodu  beyin  aparatının 
köməyi  ilə  yenidən  gerçəklik  elementinin  və  ya  onun 
hissələrinin adekvat obrazlarına çevrilir (tətbiq prosesi).  
İnsanın bilavasitə və bilvasitə təmasda olduğu gerçək-
lik  elementləri  deyərkən,  bir  tərəfdən  insanın  özünün  bir-
başa  gerçəklik  elementini  real  həyatda  gözü  ilə  görməsi, 
əli  ilə  toxunması,  dadını,  qoxusunu  və  s.  hiss  etməsi 
(bilavasitə təmas), digər tərəfdən isə gerçəklik elementinin 
özünü yox, onun fotoşəklini, diafilmini, televizorda və ya 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
87
 
 
böyük  ekranda  o  haqda  film  görməsi,  onun  özü,  dadı, 
qoxusu, xarici görünüşü haqqında məlumat oxuması və ya 
söhbətlər eşitməsi və s. (bilvasitə təmas) nəzərdə tutulur.  
Bunlardan, bilavasitə təmas yolu ilə dərketmədə bütün-
lüklə,  bilvasitə  təmas  yolu  ilə  dərketmənin  isə  foto,  dia-
film,  film  vasitəsilə  dərketmə  qisimlərində  dil,  ümumiy-
yətlə,  iştirak  etmir.  Bu  mülahizəmiz  heç  bir  şübhə  və 
tərəddüd  doğura  bilməz.  Məlumat  oxumaq  və  söhbətlər 
eşitməklə dərketməyə gəlincə isə, burada dil vahidlərinin, 
nitqin  iştirak  etdiyini  görürük.  Doğrudan  da,  oxunan 
məlumat  yazılı,  eşidilən  söhbət  isə  şifahi  nitqdir.  Burada 
dilin  iki  ən  başlıca  ünsürünün  dərketmədə  iştirak  etdiyini 
görürük.  
Bu faktı bir daha qeyd edək ki, dərketmənin birinci fa-
zasının  “vəzifəsi”  gerçəklik  elementi  haqqında  məlumat 
alıb ikinci fazada onu intellekt obrazına çevirmək və yad-
daşa qeyd etməkdir. Birinci fazada gerçəklik haqqında alı-
nan  məlumatın  üsulunun  (dərketmə  üsulu)  və  növünün 
(rəsm,  mətn,  səs  və  s.)  heç  bir  prinsipial  əhəmiyyəti 
yoxdur.  L.S.Vıqotskinin  fikrincə,  söz  gеrçəkliyi  özünə-
məxsus şəkildə əks еtdirir, onun forması və mənası daima 
dəyişir,  inkişaf  edir
1
.  Gеrçəkliyin  sözlə  ifadəsi  alınan 
məlumatın keyfiyyət və tamlığına təsir edən faktordır.  
Beləliklə,  birinci  fazada  gerçəklik  elementi  haqqında 
məlumat  həmin  elementi  canlı  təbiətdə  görməklə,  onun 
rəsminə  baxmaqla,  bu  element  haqqında  yazılmış  təsviri 
oxumaq,  dinləməklə  və  s.  üsullarla  əldə  oluna  bilər. 
İstənilən  halda  bu  gerçəklik  elementi  haqqında  məlumat 
almaq  yolu  və  ya  üsuludur.  Onun  əldə  olunmasının 
                                                           
1
 Vıqotskiy L.S. Psoxologiya... 2000, s. 468. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
88
 
 
yeganə  məqsədi  isə  bu  məlumat  əsasında  gerçəklik 
elementinə  ekvivalent  olan  abstrakt  təsəvvür  yaradıb  onu 
intellekt obrazına çevirməklə qəbul etməkdir.  
Məsələn,  biz  orta  məktəbdə  oxuyarkən  molekulyar 
fizikanın tədqiqat obyekti olan atom, elektron, proton və s. 
haqqında  müəyyən  biliklərə  yiyələnmişik.  Təbii  ki,  orta 
məktəbdə  atom,  elektron,  proton  və  s.  kimi  zərrəciklərin 
özü ilə birbaşa təmasda olmamışıq, yəni onları gözümüzlə 
görməmişik,  əlimizlə  toxunmamışıq  və  s.  Sadəcə,  onlarla 
bağlı  kitablar  oxumuşuq,  film  və  slaydlara  baxmışıq, 
molekul sxemlərini və maketlərini seyr etmişik, müəllimin 
müvafiq  izahatını  eşitmişik.  Beləliklə,  beynimizdə  mole-
kul, atom, elektron, proton və s. ilə bağlı müvafiq intellekt 
obrazı yaranmışdır.    
Dərketmənin  dördüncü  fazası  birinci  fazanın  əksinə 
cərəyan edən bir fazadır və bu fazanın “vəzifəsi” intellekt 
kodu  şəklində  operativ  yaddaşa  gətirilən  (xatırlanan) 
məlumatı  gerçəklik  elementinin  adekvat  modelinə,  onun 
haqqında  məlumata  çevirməkdir.  Bu  fazada  gerçəklik 
elementi haqqında verilən məlumatın da üsul və növünün 
heç  bir  prinsipial  əhəmiyyəti  yoxdur.  Bu,  birinci  faza  ilə 
bağlı  qeyd  olunduğu  kimi,  yalnız  verilən  məlumatın 
keyfiyyət  və  tamlığına  təsir  edən  faktordur.  İndi  molekul 
və  onun  elementlərini  düşünərkən  ilk  növbədə  gözümüz 
önündə  məhz  orta  məktəb  illərində  gördüyümüz  həmin 
sxem və maketlər, fırlanan və  ya titrəyən kiçik kürəciklər 
canlanır, oxuduğumuz və eşitdiyimiz bəzi şeylər yadımıza 
düşür.  Yəni  dərketmənin  dördüncü  fazasında  gerçəklik 
elementinin görünüşü haqqında məlumat rəsm, mətn və s. 
formalarda  verilə  bilər.  İstənilən  halda  bu  gerçəklik 
elementi  haqqında  məlumat  verməkdən  başqa  bir  şey 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə