Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
68
 
 
tının  yardımı  ilə  intellekt  obrazları  silsiləsi  şəklində  bir-
ləşərək yaddaşımıza həkk olunur. 
Nəzərə alaq ki, konkret bir gerçəklik elementinə ekvi-
valent  olan  intellekt  obrazından  fərqli  olaraq,  intellekt 
obrazları  silsiləsi  yönü və  məqsədi baxımından  şəhərdəki 
çoxmənzilli  binalardan  ibarət  mürəkkəb  sistemi  və  ya 
həmin  sistemlərin  birləşməsindən  əmələ  gələn  meqapolis 
sxemini xatırladır. Belə  ki, çoxmənzilli bina, bir tərəfdən 
müxtəlif  dil,  din,  irq,  peşə  və  sənət  sahiblərinin  yaşadığı 
binalardan  biri  kimi,  digər  tərəfdən  də,  konkret  qrupların 
(məsələn, rusların, xristianların və  ya hərbi qulluqçuların) 
yaşadığı çoxsaylı binalardan biri kimi meqapolisdəki çox-
mənzilli binalar sistemində nəzərdən keçirilə bilər.  
Ayrılıqda  götürülmüş  hər  bir  intellekt  obrazları 
silsiləsinə  bir  tərəfdən  konkret  bir  hadisə  ilə  bağlı  (mə-
sələn,  Qubada  dağ  gəzintisi),  eləcə  də  həmin  silsiləyə 
daxil  olan  ayrı-ayrı  elementlərlə  bağlı  (məsələn,  dağ  gə-
zintisi,  mənzərə,  musiqi,  dad,  qoxu  və  s.)  müraciət  oluna 
bilər.  Başqa  sözlə  desək,  intellekt  obrazları  silsiləsinin 
yaranması  və  ona  istinad  məsələsində  fərdilik  və  ortaq 
cəhətlilik prinsipləri nəzərə alınmalıdır.  
Konkret  olaraq  haqqında  danışılan  dağ  gəzintisi  ilə 
bağlı  yaranan  intellekt  obrazları  silsiləsi  bir  tərəfdən 
müstəqil  “Quba  gəzintisi”  silsiləsi  kimi  formalaşır.  Digər 
tərəfdən  isə  həmin  silsilədəki  obrazların  bir  qismi  digər 
“Vizual  təmas”  silsilələri  ilə,  bir  qismi  digər  “Friktual 
təmas”  silsilələri  ilə,  bir  qismi  digər  “Tastual  təmas” 
silsilələri ilə, bir qismi digər “Attaral təmas” silsilələri ilə 
birləşərək ən böyük meqapolis sxemlərindən daha mürək-
kəb sistem yaradır.  
İntellekt  obrazları  silsilələrinin  əmələ  gətirdiyi  siste-


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
69
 
 
min  mürəkkəbliyini  tam  olaraq  təsəvvür  edə  bilmək  üçün 
bir  faktı  da  nəzərə  alaq  ki,  intellekt  obrazları  heç  də  bu 
sxemdə  göstərildiyi  kimi  stabil  dördbucaqlı  formasına 
malik deyil və onların əmələ gətirdiyi sistem heç də həmin 
dördbucaqlıların  kəsişməsi  formasında  təzahür  etmir. 
Böyük  ehtimalla  intellekt  obrazlarının  əmələ  gətirdiyi 
silsilənin  real  mənzərəsini  təsəvvür  edə  bilmək  üçün  ilk 
növbədə  fəza  müstəvisindən  və  təbii  ki,  mürəkkəb  xarici 
görünüşə  malik  fəza  fiqurlarından  qarışıq  şəkildə  istifadə 
etmək daha doğru olardı. Çünki intellekt obrazlarının bir-
ləşməsindən  yaranan  silsilə,  bizim  təxəyyül  gücümüzün 
ən mürəkkəb sistem anlayışı ilə bağlı təsəvvür edə biləcə-
yi  ən  çoxşaxəli  və  qarışıq  sxemlərdən  belə  dəfələrlə 
mürəkkəbdir.  
Yenə  də  analogiya  prinsipindən  istifadə  edərək  belə 
deyə bilərik ki, intellekt obrazlarının birləşməsi nəticəsin-
də  insan  beynində  yaranan  dərketmə  və  təfəkkür  sistemi 
bütün  serverləri,  saytları  və  protokolları  nəzərə  alınmaqla 
vahid dünya internet sisteminə bənzəyir. Amma bu sistem 
dünya  internet  sistemindən  də  dəfələrlə  mürəkkəb  və 
zəngindir,  istifadə  imkanları  baxımından  isə,  ondan  dəfə-
lərlə effektiv, sürətli və asan idarə olunandır.      
Dərketmə  aktının  ikinci  fazasının  və  ya  birinci  yarım-
aktının analizinin nəticələrinə  əsaslanaraq belə  deyə  bilə-
rik  ki,  insanın  beyin  aparatı  tərəfindən  təmasda  olduğu 
bütün gerçəklik elementlərinə ekvivalent olan intellekt ob-
razları  yaradılır.  Yadda  saxlama  məhz  intellekt  obrazları 
vasitəsilə həyata keçirilir.  
Qeyd edək ki, haqqında danışılan gerçəklik elementləri 
ilə bağlı yaranan intellekt obrazlarının yadda saxlanılması 
fazasında da dilə heç bir ehtiyac duyulmur. Əks halda, söz 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
70
 
 
qarşılığı  olmayan  gerçəklik  elementlərinin  dərk  olunaraq 
yadda saxlanılması mümkün olmazdı.  
Doğrudan da, əgər dərketmə və təfəkkürün vahidi söz 
və  ya  nitq  olsaydı,  o  halda  adı  məlum  olmayan  əşya, 
varlıq  və  hadisələri  dərk  edə  bilməzdik.  Gözümüzlə  gör-
düyümüz,  əlimizlə  toxunduğumuz,  gözlərimizi  yumarkən 
belə,  dəqiq  obrazını  bütün  təfərrüatları  ilə  xatırladığımız, 
amma  adını  bilmədiyimiz  əşya  və  varlıqları  dərk  etdiyi-
mizi inkar etməli olardıq. Bu da nə normal məntiqə, nə də 
elmə sığan bir məsələ deyil. 
Üçüncü faza. Haqqında danışılan gəzintidən sonra illər 
keçir.  Bir  dəfə  təsadüfən  hiss  etdiyimiz  bir  çiçək  qoxusu, 
duyduğumuz melodiya, dad, yaxud gördüyümüz başqa bir 
mənzərə həmin “Quba gəzintisi” zamanı eşitdiyimiz musi-
qini,  yediyimiz  meyvəni  və  ya  bütövlükdə  həmin  dağ 
gəzintisi  ilə  bağlı  bütün  təfərrüatları  bizə  xatırladır. 
Beləliklə, dərketmə və təfəkkür prosesinin xatırlama və ya 
yada  salma  adlanan  üçüncü  fazası  reallaşmış  olur.  Bu 
fazada  baş  verən  psixoloji  prosesləri  bir  qədər  aydınlaş-
dırmağa çalışaq.    
Əvvəlki  yarımaktın  şərhində  insan  beynində  yaranan 
dərketmə  və  təfəkkür  sisteminin  dünya  internet  sisteminə 
bənzədiyini qeyd etmişdik. Eyni fikri davam və inkişaf et-
dirərək deyə bilərik ki, yaddaşımızdakı hər hansı məluma-
tın  tapılması və ondan istifadə, bir növ “Google” xidmə-
tindən  istifadə  yolu  ilə  internet  sistemində  olan  müvafiq 
məlumatın  axtarılıb tapılmasına və ondan istifadəyə bən-
zəyir. Fərq yalnız ondadır ki, internetdə olan lazımi məlu-
matı  tapmaq  üçün  “Google”  axtarış  xidməti  proqramına 
daxil  olmaq,  axtarılan  məlumatla  bağlı  “açar  kod”u  daxil 
etmək  və  “axtar”  komandası  verməklə  proqramı  işə  sal-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə