Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
62
 
 
qədər  hər  bir  söz  də  müstəqil  gerçəklik  elementidir  və 
bütün digər gerçəklik elementləri kimi onlar da intellekt 
obrazlarına transformasiya olunaraq dərk edilirlər.  
Bu qənaət “Nitq fəaliyyəti nəzəriyyəsi”nin yanlış bazis 
üzərində qurulduğunu və yanlış bünövrə üzərində qurulan 
hər  bir  nəzəriyyə  kimi,  nəticə  etibarı  ilə  onun  da  uğur-
suzluğa məhkum olduğunu söyləmək üçün kifayətdir. 
Bu  mövqedən  yanaşdıqda  informasiyanı  kompüterin 
yaddaşına daxil edərkən müşahidə olunan ara kodlaşdırma 
və ya aralıq proseslərin mövcudluğunu insani dərketmə və 
təfəkkür  prosesində  axtaran  N.Xomskini  belə  bir  bənzət-
mə  və  ya  analogiyaya  görə  “Nitq  fəaliyyəti  nəzəriyyəsi” 
tərəfdarlarının  nə  üçün  belə  ağır  tənqidlərə  məruz  qoy-
masının əsl səbəbi də aydın olur. Belə ki, “Nitq fəaliyyəti 
nəzəriyyəsi”  tərəfdarları  insani  dərketmə  və  təfəkkür  pro-
seslərində ara kod və ya aralıq proseslərin mövcudluğunu 
heç  bir  halda  qəbul  edə  bilməzdilər.  Əks  halda,  onlar 
dərketmə və təfəkkür  proseslərini söz və  ya  nitq əsasında 
şərh  edə  və  psixoloji  fəaliyyət  nəzəriyyəsinin  nitqə  tətbi-
qini  də,  təbii  ki,  heç  bir  vəchlə  “Nitq  fəaliyyəti  nəzəriy-
yəsi”  adlandıra  bilməzdilər.  Çünki,  əslində,  psixoloji 
proses  və  ya  fəaliyyət  söz,  nitq  vasitəsilə  deyil,  intellekt 
obrazı  və  ya kodu vasitəsilə  baş verir. Buna  görə  məlum 
nəzəriyyəyə  “Nitq  fəaliyyəti  nəzəriyyəsi”  yox,  “İntellekt 
obrazı  nəzəriyyəsi”  və  yaxud  da  “İntellekt  kodu  nəzəriy-
yəsi” adını vermək lazım gələrdi. 
Bu  qısa  şərhlərdən  də  göründüyü  kimi,  forma,  söz  və 
nitq  “Nitq  fəaliyyəti  nəzəriyyəsi”  tərəfdarları  nə  qədər 
israrla  inkar  etsələr  də,  mahiyyət  etibarı  ilə  aralıq  proses-
lərdə  müşahidə  olunan  ara  kodlarıdır,  daha  doğrusu,  kod 
funksiyalı transformativ vasitələrdir.     


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
63
 
 
Burada  bilərəkdən  şərhlərimizin  qavranılması  və  başa 
düşülməsi daha asan olsun deyə yalnız vizual, vokal, frik-
tual, tastual, attaral təmasda olduğumuz, yəni birbaşa hiss 
orqanlarımız vasitəsilə varlığını qəbul etdiyimiz real, əşya, 
obyekt  və  hadisələrin  intellekt  obrazlarının  yaranması 
haqqında  danışdıq.  Başvermə  prinsipi,  üsul  və  qaydaları 
daha mürəkkəb olan sinktual dərketmə, onun mərhələ, akt 
və  fazaları,  belə  dərketmə  nəticəsində  yaranan  intellekt 
obrazları haqqında isə daha sonra danışacağıq.   
Tədqiqatın  bu  mərhələsi  üçün  heç  bir  prinsipial  əhə-
miyyət daşımasa belə, sadəcə “Nitq fəaliyyəti nəzəriyyəsi” 
tərəfdarlarının  yanlış  yolda  olduğunu  bir  daha  sübut  edən 
əyani bir fakt kimi onu da qeyd edək ki, dağ gəzintisi ilə 
bağlı dərk edilən,  meşə, ağaclar,  musiqi, giləmeyvə, quş-
lar,  böcəklər  və  s.  ilə  bağlı  dərketmənin  bu  fazasında 
bizim sözə və ya nitqə heç bir ehtiyacımız olmadı.  
Doğrudur,  bəzən  dərk  olunan  mənzərə,  musiqi  və  ya 
meyvə  ilə  bağlı  nə  isə  deyir  və  ya  düşünürük,  məsələn, 
“nə  gözəl  mənzərədir,  musiqidir,  meyvədir...,  filan  şeyi 
xatırladır”  və  s.  Amma  bu  deyilən  və  ya  düşünülənlərin 
həmin  gerçəklik  vahidlərinə  aid  elementlərin  intellekt 
obrazlarına transformasiyası və qəbul edilməsi ilə heç bir 
əlaqəsi  yoxdur.  O  sözlər  olsa  da,  olmasa  da,  dərketmə 
aktının  birinci  fazası  olan  informasiyanın  qəbulu  prosesi 
öz axarı ilə gedəcəkdir
1

İkinci  faza.  Biz  dağ  gəzintisi  zamanı  gördüyümüz 
ecazkar  mənzərəni,  bənzərsiz  musiqini  və  bu  cənnət  ba-
ğında  yediyimiz  dadlı,  ətirli,  yumşaq  giləmeyvələri  yadı-
                                                           
1
  Əslində,  bu  deyilənlər  “Nitq  fəaliyyəti  nəzəriyyəsi”  tərəfdarlarının,  eləcə  də 
dərketmə və təfəkkür vahidinin “söz” olduğunu iddia edənlərin mövqeyinə vurulan 
sarsıdıcı zərbədir. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
64
 
 
mızda  saxlayır,  bəlkə  də  ömrümüzün  sonuna  qədər 
unutmuruq.  
Dərketmə prosesinin ikinci fazası hesab olunan və yad-
da saxlama fazası adlanan bu mərhələdə beynimizdə haq-
qında  danışılan  dağ  gəzintisi  ilə  bağlı  minlərlə  intellekt 
obrazı  yaranır,  öz  aralarında  birləşərək  vahid  obrazlar 
silsiləsinə  çevrilir  və  baş  beynimizin  müəyyən  hissəsində 
mühafizə  olunur.  Beləliklə,  dərketmənin  ikinci  fazası  və 
ya birinci yarımaktı başa çatır.  
Dərketmənin  ilk  baxışdan  çox  sadə  görünən  ikinci 
fazasında və bütövlükdə birinci  yarımaktında beynimizdə 
hansı psixoloji proseslərin baş verdiyini bir qədər təfərrü-
atlı şəkildə aydınlaşdırmağa çalışaq. 
Yuxarıda gerçəklik elementi və intellekt obrazları haq-
qında danışarkən qeyd etmişdik ki, dərketmə baxımından 
insanın istənilən formada təmasda olduğu bütün ətraf aləm 
yalnız  gerçəklik  elementlərindən  ibarətdir.  Real  və  ya 
irreal  olmasından  asılı  olmayaraq,  ətraf  aləmin  bütün 
vahid və elementləri, eləcə də bu vahid və elementlərə aid 
olan real və ya irreal əlamət və keyfiyyətlərin, bu vahid və 
elementlərə aid olub həqiqətən baş verən və ya baş verdiyi 
güman,  təsəvvür,  ehtimal  edilən  hərəkətlərin  hər  biri 
müstəqil    gerçəklik  elementləridir.  Bütün  bu  gerçəklik 
elementləri insanın beyin aparatı tərəfindən eyni qayda ilə, 
yəni intellekt obrazlarına çevrilərək qəbul edilir.      
Məsələn,  Qubada  dağ  gəzintisi  zamanı  təmasda  oldu-
ğumuz  giləmeyvə  ilə  bağlı  beynimizdə  yaranan  intellekt 
obrazlarını fikrən xatırlamağa çalışaq. 
a. Vizual təmasın nəticələri (görünüşü ilə bağlı): ümu-
mi görünüşü deformasiyalı kürə şəklindədir, ümumi rəngi 
açıq qırmızıdır, gövdəsi kiçik kürəciklərin birləşməsindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə