Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
44
 
 
psixoloji  proseslər  də  ümumi  tədqiqatın  tərkibinə  daxil 
edilir.  Bu  mövqe  və  tendensiya  konneksianist  psixolin-
qvistikada  da  müşahidə  olunur.  Amma  biheviorizm  və 
klassik  neobiheviorizm  bunu  birmənalı  şəkildə  qəbul-
edilməz hesab və elan edirdi.  
Monoqrafiyanın  bu  fəslində  linqvo-psixoloji  vəhdət 
nəzəriyyəsinin şərhinə  onun minimal vahidlərinin tanıdıl-
ması ilə başlayıb, nəzəriyyənin ümumi sxeminin müəyyən 
olunması və reallaşma mexanizminin nümayişi ilə davam 
edəcəyik,  psixoloji  və  linqvistik  əsaslarının  izahı  ilə  bu 
nəzəriyyənin  şərhini  tamamlayacağıq.  Növbəti  fəsildə  isə 
bu nəzəriyyənin tətbiqi ilə sözün, nitqin və dil sisteminin 
linqvo-psixoloji mahiyyətini açmağa çalışacağıq.    
Məlum olduğu kimi istənilən nəzəriyyə özünə məxsus 
olan minimal vahidlərəilkin əsaslara və reallaşma mexa-
nizminə  malik  olmalıdır.  Bu  baxımdan  təqdim  edilən 
linqvo-psixoloji vəhdət nəzəriyyəsinin şərhinə onun mini-
mal vahidlərinin tanıdılması ilə başlayırıq.  
İlkin  meyar  və  apellyativ  vahidin  seçilməsi,  düzgün 
əsaslandırılması və tədqiqatın əvvəlində xüsusi olaraq izah 
edilməsi çox vacibdir. Bu, həm tədqiqatın bütün mərhələ-
lərinin uğurla davam etdirilməsi, həm də tədqiqat və onun 
nəticələrinin anlaşıqlı bir şəkildə başqalarına şərh edilməsi 
üçün müstəsna dərəcədə əhəmiyyət kəsb edir. Çünki əsas 
məsələni  həll  etmədən,  ikinci  dərəcəli  məsələlərlə  bağlı 
problemlərin düzgün qoyuluşu belə mümkün deyil. 
Söylənən fikrin düzgünlüyünün sübutu və əməli tətbiqi 
məsuliyyətindən yaxa qurtarmaq üçün “Nitq fəaliyyəti nə-
zəriyyəsi”nin yaradıcıları olan A.A.Leontyev və E.F.Tara-
sov kimi də davranmaq olardı. Amma biz bu tədqiqatçılar 
kimi  psixolinqvistik  tədqiqatda  ilkin  meyar  və  apellyativ 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
45
 
 
“vahidləri müəyyən etmək olmaz və buna ehtiyac da yox-
dur”
1
 deyərək bu problemdən yan keçə bilmərik.  
Bir  çox  tədqiqat  əsərlərində  “dərk  olunan  minimal 
vahid”  və  “dərketmə və  təfəkkür  proseslərinin reallaşma-
sına şərait yaradan minimal apellyativ vahid” eyni bir şey 
kimi  qəbul  edilir  və  onların  hər  ikisini  ifadə  etmək  üçün 
eyni bir anlayışdan, “dərketmə vahidi” anlayışından və ya 
terminindən  istifadə  olunur.  Bunun  yarada  biləcəyi  xaos 
və  anlaşılmazlığın  qarşısını  almaq  üçün  biz  bu  tədqiqat 
çərçivəsində  həmin  terminin  əvəzinə  öz  mahiyyətinə  və 
funksiyasına  uyğun  olaraq  iki  fərqli  termindən  istifadə 
etməyi daha düzgün hesab edirik.  
Haqqında  bəhs  edilən  problemi,  yəni  müəyyən 
edilməsi  lazım  gələn  minimal  vahidləri  ən  sadə  şəkildə 
belə ifadə edə bilərik: “dərk olunan minimal vahid” deyər-
kən,  biz  hər  nəyi  dərk  ediriksə,  məhz  onu,  yəni  dərk 
olunan  şeyi  nəzərdə  tuturuq;  “dərketmə  və  təfəkkür 
proseslərinin  reallaşmasına  şərait  yaradan  minimal  apel-
lyativ  vahid”  deyəndə  isə,  biz  nəyin  köməyi  ilə  dərk 
ediriksə,  onu,  yəni  dərketməni  təmin  edən  şeyi  nəzərdə 
tuturuq. 
 
Gerçəklik elementi. 
İlkin  olaraq  bu  suala  cavab  verməyə  çalışaq: 
Biz  nəyi 
dərk  edirik  və  ya  başa  düşürük,  dərk  edilən  və  ya  yadda 
qalan şey nədir?  
V.P.Zinçenkoya  görə,  “...  dərketmə  vahidi  dedikdə 
subyekt  tərəfindən  həyata  keçirilən  bu  və  ya  digər  əməli 
tapşırığı  yerinə  yetirərkən  müəyyənləşdirilən  məzmun 
                                                           
1
 Tarasov Y.F, göstərilən əsəri, s. 136-137. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
46
 
 
başa düşülür. Belə vahidlər işıqlılıq səviyyəsi, xarici görü-
nüş,  əşyaların  digər  əlaməti  və  ya  əlamətlər  kompleksi, 
bütöv  əşyalar,  nəhayət,  əşyaların  məzmunu  və  onlar  ara-
sındakı münasibətlər ola bilər”
1
. Burada terminoloji olaraq 
“dərketmə  vahidi”ndən  danışılsa  da,  şərhlərin  mahiyyəti 
bizim  təklif  etdiyimiz  dərk  olunan  minimal  vahid 
anlayışına  daha  uyğundur  və  bu  baxımdan  müəyyən 
mənada bizim fikirlərimizi dəstəkləyir.  
Dərk olunan minimal vahid ətraf aləmdə mövcud olan 
əşya, varlıq və hadisələrin insan beynində inikasını təmin 
edən minimum cəhətləri, xüsusiyyətləridir desək, yəqin ki, 
səhv  etmərik.  Miqyasından,  əhəmiyyət  dərəcəsindən  asılı 
olmayaraq,  hər  hansı  bir  xüsusiyyət  əşyanın,  varlığın  və 
hadisənin ən sadə  və  bəsit şəkildə olsa belə,  təsəvvürünü 
yaradırsa,  həmin  xüsusiyyəti  müvafiq  əşya,  varlıq  və 
hadisənin dərk olunan minimal vahidi hesab etmək olar.  
Ayaqlar  üstünə  bərkidilmiş  lövhə  “masa”nın  dərk 
olunmasını təmin edirsə, bu əlaməti masanın “dərk olunan 
minimal  vahid”i  hesab  etmək  olar.  Masa  ilə  bağlı 
yaddaşımızda olan ən ümumi cəhət də elə məhz budur.  
 
 
 
 
 
Masanın 1, 2, 3, 4, 5, 6 və s. ayaqlı olması, böyük və 
kiçik olması, metaldan, şüşədən, ağacdan və ya plastikdən 
olması,  yazı,  mətbəx,  ofis,  bağ  üçün  olması  heç  bir 
əhəmiyyəti kəsb etmir. Hər bir konkret masa ən qeyri-adi 
və ya fərqli xüsusiyyətlərə malik olsa belə, o bizim yadda-
                                                           
1
  Daha  ətraflı  bax:  Зинченко  В.В.  Психология  восприятия.  Москва, 
Издательство “Московского университета”, 1973, 246 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə