Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
38
 
 
J.Piaje
1
  xətti  üzrə  sırf  psixoloji,  C.Miller
2
,  N.Xomski, 
T.Salama-Kazaku
3
  xətti  üzrə  həm  psixoloji,  həm  də 
linqvistik, yəni qismən də olsa, adına uyğun şəkildə psixo-
linqvistik mahiyyət daşıyır
4

Nitq  fəaliyyəti  nəzəriyyəsi”  adlandırılan  və  yaradıcısı-
nın A.Leontyev olduğu qəbul edilən üçüncü psixolinqvis-
tik  istiqamətin  və  ya  məktəbin  istinad  etdiyi  psixoloji 
əsaslar  L.Vıqotskinin  və  A.R.Luriyanın
5
  irəli  sürdüyü 
“fəaliyyət  nəzəriyyəsi”dir.  Linqvistik  əsaslar  kimi 
L.Vıqotski  tərəfindən  “işə  çevrilmiş  söz”
6
,  A.Leontyev 
tərəfindən  isə  “real  və  virtual  işarə”
7
  anlayışları  irəli 
sürülsə  də,  linqvistik  əsasların  yalnız  adda  mövcud 
olduğunu  desək,  heç  də  səhv  etmərik.  “Nitq  fəaliyyəti 
nəzəriyyəsi”nin  əsas  metodologiyası  sırf  psixoloji  meto-
dologiyadır.  Linqvistik  əsasların  psixolinqvistik  tədqiqat-
lar  üçün  qəbuledilməz  olduğunu  iddia  edən  E.F.Tarasov 
yazır:  “eksperimental  şəkildə  aparılan  psixolinqvistik 
tədqiqatların  əsasında  heç  bir  linqvistik  təsəvvür  dayana 
bilməz”
8
. E.F.Tarasovun fikrincə, “psixolinqvistik araşdır-
dırma aparan  tədqiqatçılara  “Sizin işinizin əsasında  hansı 
                                                           
1
 
Пиаже
 
Ж

Психология
 интеллекта.  – 
В
 кн.:  Избранные 
психологические 
труды. М.: Просвещение, 1969, с. 55-231.
 
2
 Миллер Дж., Галентер Е., Прибрам К. Планы и структура поведения: Пер. с 
англ., Москва, “Прогресс”, 1965, 238 с. 
3
  Салама-Казаку  Т.  Методология  психолингвистики  и  некоторые  ее 
примечания//Психолингвистика за рубежом. Москва, “Наука”, 1972, с. 15-42. 
4
 Daha ətrafl bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 43-46, 56-62. 
5
 Лурия А.Р. Язык и сознание. Москва, “МГУ”, 1979, 320с. 
6
  Выготский  Л.С.  Мышление  и  речь.  Москва,  Издательство  “Высшая  школа”, 
1959, 254 с. 
7
  Леоньтев  А.А.  Эвристический  принцип  в  восприятии,  порождении  и 
усвоении речи // Вопросы психологии 1974, № 5, с. 34-53. 
8
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва, “Наука”, 1987, 
с. 136. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
39
 
 
linqvistik  nəzəriyyə  dayanır?”  deyə  sual  vermək  belə 
qanunauyğun  sayılmamalıdır”
1
.  Bu  nəzəriyyənin  ideya 
atalarının dilindən deyilən bu fakt bir daha  sübut edir  ki, 
“Nitq  fəaliyyəti  nəzəriyyəsi”nin  tətbiqi  ilə  nəzərdən 
keçirilən  və  həll  olunan  bütün  problemlər  sırf  psixoloji 
mahiyyət daşıyır
2
.  
Biheviorizm və neobiheviorizm nəzəriyyələri, eləcə də, 
nitq  fəaliyyəti  nəzəriyyəsi  əsasında  ilk  baxışdan  konkret 
nitq,  mətn  və  ya  söyləmin  şərhinə  həsr  olunan  tədqiqat 
əsərlərində  belə,  sırf  psixoloji  problemlərin  həlli  birinci 
dərəcəli  əhəmiyyət  daşıyan  məsələlər  kimi  ön  planda 
dayanır. Aparılan bütün psixolinqvistik araşdırmaların hər 
sətrindən,  hər  cümləsindən  aydınca  görünür  ki,  bu  tədqi-
qatlarda  linqvistik  problemlərə  ikinci  dərəcəli  məsələlər 
kimi baxılır, psixolinqvistik araşdırmalarda onların həlli o 
qədər də əhəmiyyətli hesab olunmur.  
Biheviorizmə,  neobiheviorizmə  və  nitq  fəaliyyəti 
nəzəriyyəsinə əsaslanan psixolinqvistikada ilkin meyar və 
ya  apellyativ  vahid  olaraq  söz  götürülür,  düşünmə  və 
təfəkkür proseslərinin, dolayısı ilə də dərketmə prosesinin 
əsasında nitqin və ya dilin dayandığı iddia edilir. Belə bir 
mövqe,  təbii  ki,  dilin  və  nitqin  adekvat  analizinin  önünə 
sədd  çəkir.  Çünki  ilkin  meyar  və  ya  apellyativ  vahid 
əsasında  prosesi  izah  etmək  olar.  Amma  proses  əsasında 
apellyativ vahidi və ilkin meyarı izah etmək ümumiyyətlə, 
mümkün deyil. 
Məhz  bu  səbəbdəndir  ki,  psixolinqvistika  öz  tədqiqat 
obyekti  olan  nitqin  yaranma  və  mənimsənilmə  prosesinin 
                                                           
1
 Tarasov Y.F, göstərilən əsəri, s. 135. 
2
 Daha ətrafl bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 65-77. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
40
 
 
ümumi mexanizmini şərh edərkən yalnız psixoloji məsələ-
lərə toxunur. Linqvistik məsələləri isə, ümumiyyətlə, şərh 
edə bilmir. Buna görə də “Nitq fəaliyyəti nəzəriyyəsi nitq 
fəaliyyəti  prosesinin  analizinə  linqvistik  mövqedən  yox, 
sırf  psixoloji  mövqedən  yanaşır”
1
  kimi  açıqlamalarla  bu 
çatışmazlığı ört-basdır etməyə cəhdlər göstərilir. 
Nitq fəaliyyəti prosesinin analizinə sırf psixoloji möv-
qedən  yanaşan,  sadəcə  psixoloji  məsələlərin  həllinə  cəhd 
edən,  linqvistik  məsələlərə  isə,  ümumiyyətlə,  əhəmiyyət 
verməyən  bu  elmi  istiqamətin  nə  üçün  “psixolinqvistika” 
və  ya  “psixoloji  dilçilik”  adlandırılmasının  məntiqi  və 
məramı  isə,  ümumiyyətlə,  aydın  deyildir.  Məhz  bu 
səbəbdən  də  biz  irəli  sürdüyümüz  nəzəriyyənin  adında 
“psixolinqvistik  nəzəriyyə”  ifadəsindən  deyil,  “linqvo-
psixoloji  nəzəriyyə”  ifadəsindən  istifadə  etməyi  daha 
məqsəduyğun hesab etmişik.  
Psixologiya  elmində  konneksiya,  koqnitivologiya 
termin  və  anlayışları  yeni  deyil.  Təxminən  1960-70-ci 
illərdən  başlayaraq  bu  terminlər  biheviorizm  və  neobihe-
viorizmin  daxili  elementləri  kimi  psixologiya  elmində 
işlənməyə  başlanmışdır.  Psixologiyanın  dilçiliyə  güclü 
meyli  də  məhz  bu  dövrlərə  təsadüf  edir.  O  dövrlərdən 
başlayaraq  konneksianist  psixolinqvistika  və  koqnitiv 
psixolinqvistika terminlərinə və ya adına də rast gəlinir.  
Məlum  olduğu  kimi  istənilən  psixolinqvistik  nəzəriy-
yənin  psixoloji  və  linqvistik  əsasını,  reallaşma  mexaniz-
mini əks etdirən sxematik modelinin olması vacib şərtdir. 
Amma  çox  təəssüf  ki,  nə  konneksianist,  nə  də  koqnitiv 
psixolinqvistikanın  müstəqil  istiqamət  kimi  nə  nəzəri 
                                                           
1
 Tarasov Y.F, göstərilən əsəri, s. 97. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə