Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   2   3   4   5   6   7   8   9   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
14
 
 
lərin, paradiqmaların hamısı beyin aktivliyi nəticəsində yaranmış 
dil  struktur  vahidləridir.  Qəzetlərdə,  jurnallarda  kitablarda  ... 
yazılan məqalələr, şeirlər, hekayələr, formasından, üslubundan və 
məzmunundan asılı olmadan hər cür yazılar, radioda, televiziyada 
...  yayımlanan  verilişlər  insanın  beyin  fəaliyyəti  nəticəsində  ya-
ranmış yazılı və ya şifahi nitq nümunələridir. Bütün bunlar insan 
tərəfindən  qəbul  olunub  mənimsənilmədikcə,  yəni  yenidən  aktiv 
beyin  fəaliyyətləri ilə birləşmədikcə ağ kağız üzərindəki mənasız 
qara  əyri  xətlərdən  və  efir  boşluqlarında  axan  maqnit  dalğaları 
selindən  başqa  bir  şey  deyil.  Nəzərə almaq lazımdır  ki,  istənilən 
forma və ya nitq beyin aktivliyi nəticəsində yaranır və əsl mahiy-
yətini  beyin  fəaliyyətləri  ilə  yenidən  birləşdikdə  qazanır.  Bu  sə-
bəbdən qətiyyətlə deyə bilərik ki, nitqyaratma prosesinin nəticəsi 
olaraq meydana çıxan nitq, onun mənbəyi funksiyasını daşıyan dil 
struktur  vahidləri,  eləcə  də  onların  bir  fərd  tərəfindən  yaradılıb 
digər  fərd  tərəfindən  mənimsənilməsini  təmin  edən  beyin 
fəaliyyəti və təfəkkür prosesləri də  ümumi və aktiv dil sisteminin 
ayrılmaz tərkib hissələridir. Qısa şəkildə belə deyə bilərik ki, dilin 
struktur vahidləri və beyin fəaliyyəti ümumi və aktiv dil sisteminin 
tərkib hissələridir” (s.164-165).  
 
Tədqiqatın  analizinə  yekun  olaraq  qeyd  etmək  lazımdır  ki, 
M.B.Əsgərov qarşısına qoyduğu vəzifələri uğurla yerinə yetirmiş, 
məqsədinə  nail  olmuşdur.  Onun  müstəqil  psixoloji  və  linqvistik 
əsaslara, minimal vahidlərə və reallaşma mexanizminə malik olan 
linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi  əsasında  təkcə  nitqin  deyil, 
ixtiyari dil struktur vahidinin yaranma və mənimsənmə mexaniz-
mini izah etmək mümkündür. 
 
 
Həbib Zərbəliyev 
Azərbaycan Dillər Universitetinin  
Ümumi dilçilik kafedrasının professoru, 
filologiya elmlər doktoru 
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
15
 
 
LĠNQVĠSTĠKA VƏ PSĠXOLOGĠYANIN 
QOVġAĞINDA YARANAN 
YENĠ ELMĠ ĠSTĠQAMƏT 
Geniş  mənada  insan  şəxsiyyəti  biogenetik,  sosiogenetik  və 
psixogenetik  elementlərin  inteqral  vəhdətidir.  Məlumdur  ki, 
insana münasibətdə müxtəlif anlayış və terminlər işlədilir: insan, 
fərd,  fərdiyyət,  şəxsiyyət.  Görünür,  şəxsiyyət  insan  varlığının 
müəyyən moduludur, yəni onun bir sıra keyfiyyət və vəziyyətinin 
təzahür  formasıdır.  İnsan  ən  ümumi  anlayışdır.  O,  bioloji  növün 
(homo sapiens) klassifikasiyası olmaqla, daha çox biososial kate-
qoriyadır. Bioloji baxımdan “növ” – adam, psixoloji baxımdan isə 
“fərdiyyət”  mənasında  işlənilir.    Fərd  bioloji  varlığın  insan 
növüdür.  Şəxsiyyət  isə  insanı  digər  bioloji  canlılardan  fərqlən-
dirən sosial varlıqdır. Fəaliyyətin sosializasiyası prosesində insan 
şəxsiyyətə çevrilir, yəni şəxsiyyətin keyfiyyətləri sosial mühitdən, 
sosial-iqtisadi  vəziyyətdən,  mədəni  səviyyədən  və  s.  çoxsaylı 
sosial amillərdən asılıdır. 
J.Piaje  öz  çıxışlarından  birində  bildirirdi  ki,  cəmiyyətdə  hər 
dəqiqə  minlərlə  vəhşi  doğulur  və  sivilizasiya  onlardan  sosial 
varlıq  formalaşdırır.  Məhz  bu  deyilənlərdən  də  məlum  olur  ki, 
insan  həm  bioloji,  həm  də  sosial,  yəni  biososial  varlıqdır. 
Fərdiyyət isə insanın özünəməxsus, bənzərsiz, təkrarsız, fizioloji, 
somatik,  psixoloji,  sosial  keyfiyyət  və  xüsusiyyətlərini  özündə 
birləşdirən canlı varlıqdır. 
Göründüyü  kimi,  insan  son  dərəcə  mürəkkəb,  bir  çox 
hallarda ziddiyyətli, hətta özü-özü ilə daim mübarizə vəziyyətində 
olan  varlıqdır.  Ona  görə  də  insanı  öyrənən  elmlərin  sayı  300-ə 
çatsa  da,  insan  haqqında  tam,  bitkin  bir  fikir  söyləmək  mümkün 
olmamışdır.  Minilliklər  boyu  alim  və  mütəfəkkirlər  insan  haq-
qında  yüzlərlə  fikir  və  mülahizə  söyləmiş,  nəzəriyyələr  yarat-
mışdır, lakin hələ də tam mənası ilə hamının qəbul etdiyi mövqe 
ortaya  qoyulmamışdır.  Bəziləri  şəxsiyyətin  formalaşmasında 
irsiyyətin, bəziləri mühitin, bəziləri də tərbiyənin rolunu həlledici 
saymışdır. Bundan başqa, belə bir mövqe də vardır ki, şəxsiyyət 
fəaliyyət və ünsiyyət prosesində formalaşır.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
16
 
 
M.Əsgərovun  “Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi”  adlı 
monoqrafiyası  da  fəaliyyət  və  ünsiyyət  prosesi  əsasında  insanın 
nitqini,  dilini  və  dili  əmələ  gətirən  vahidləri  öyrənməyə  yönələn 
növbəti  bir  cəhddir.  Bu  monoqrafiya,  əsasən,  dil  nəzəriyyəsinə, 
onun  psixoloji  problemlərinə,  daha  dəqiq  desək  psixolinqvistika 
sahəsinə aiddir. Monoqrafiyanın əvvəlində bir sıra psixolinqvistik 
nəzəriyyələr  tənqidi  şəkildə  analiz  edilmiş,  daha  sonra  yeni  bir 
psixolinqvistik  istiqamətin  nəzəri  bazasını  yaratmağa  cəhd 
göstərilmişdir.  Əvvəlcədən  onu  qeyd  edək  ki,  bu  cəhd  kifayət 
qədər uğurlu hesab edilə bilər. 
Məlum  olduğu  kimi,  psixolinqvistikanın  Amerika  və  Av-
ropadakı  ən  yayğın  istiqamətləri  “Biheviorizm”  və  “Neobihevio-
rizm”dir.  “Biheviorizm”in  psixoloji  əsasını  D.Uotson  tərəfindən 
irəli  sürülən  “stimul-reaksiya”  sxemi,  “Neobiheviorizm”in 
psixoloji əsasını isə Ç.Morrisin irəli sürdüyü “stimul-dispozisiya-
reaksiya” sxemi təşkil edir.  
Rusiya  və  keçmiş  MDB  məkanında  isə  “Nitq  fəaliyyəti 
nəzəriyyəsi”  daha  geniş  yayılmışdır.  Bu  nəzəriyyənin  istinad 
etdiyi psixoloji əsaslar L.S.Vıqotski və A.R.Luriyanın irəli sürdü-
yü “fəaliyyət nəzəriyyəsi”dir. Son dövrlərdə koqnitiv psixologiya 
bazasında  “Koqnitiv  psixolinqvistika”  istiqaməti  də  yaranıb 
inkişaf etməkdədir. 
Məşhur alimlər C.Freydman və R.Freyqer yazırlar: “Hər bir 
məşhur  nəzəriyyəçi  insan  təbiətinin  müəyyən  bir  cəhətini 
aydınlaşdırmışdır. Hesab edirik ki, hər bir nəzəriyyəçi özlüyündə 
haqlıdır.  Onların  əksəriyyətinin  səhvi  ondan  ibarətdir  ki,  yalnız 
özlərinin  baxış  və  yanaşmalarının  ümumi,  hərtərəfli,  doğru 
olduğunu  zənn  edirlər.  Fikrimizcə,  nəzəriyyəçilər  bütövün  və  ya 
tamın  bir  hissəsi  haqqında  dərin  təsəvvürə  malikdirlər.  Onlar 
inanmaq  istəmirlər  ki,  dedikləri  tamın  sadəcə  bir  hissəsidir. 
Düşünürlər ki, dedikləri ya tamdır, ya da tamın əsas hissəsidir”. 
Eyni  fikirləri  həm  “Biheviorizm”,  həm  “Neobiheviorizm”, 
həm  “Psixoloji  fəaliyyət  nəzəriyyəsi”,  həm  “Koqnitiv  psixo-
logiya”  tərəfdarlarına,  həm  də  bu  tədqiqat  əsərində  yeni  bir 
istiqamətin nəzəri bazasını yaradan müəllifə aid etmək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə