Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
156
 
 
ümumi  aktiv sistem termininin əsl  mahiyyəti məhz bu-
dur. Sistem anlayışının sadəcə qrammatik formalarla, yəni 
fonetik,  morfoloji,  sintaktik  vahidlər,  qəliblər,  normalar, 
qanunlar  və  qaydalarla  məhdudlaşdırılması  isə  qəbuledil-
məzdir.  Bunlar  dilin  vahid  sistem  kimi  fəaliyyət  göstər-
məsinə  təsir  edən  başlıca  faktorlardır.  Amma  dil  sistem 
olaraq sadəcə bunlardan ibarət deyil. 
Dilin funksiyaları ilə bağlı R.V.Pazuxinin əsas müddə-
ası budur: 1) dilin tək bir funksiyası var və o da kommu-
nikativlikdir, 2) bütün digər funksiyalar ondan törəmədir
1

Fərqli  bir  fikrə  Q.V.Kolşanskidə  rast  gəlinir.  O,  belə 
hesab  edir  ki,  “Dilin  bir  əsas  funksiyası  vardır  –  o,  da 
təfəkkürün  gerçəkləşməsidir  və  ictimai  hadisədir”.  Hətta 
Q.V.Kolşanskinin  fikrincə,  dilin  bütün  funksiyaları,  o 
cümlədən  ekspressiv  (bunu  müəllif  dərketmə  kimi  qəbul 
edir)  və  kommunikativ  (dil  vasitəsi  ilə  ünsiyyət)  funksi-
yaları da bu funksiyanın içərisindədir
2
.  
Dilin  bir  çox  funksiyaları  olduğu  A.S.Çikobava 
tərəfindən qəbul edilsə də, bütün bu funksiyalar vahid bir 
iyerarxiya daxilində  yerləşdirilir. Bu davranışı ilə A.S.Çi-
kobava da  monofunksionallığa meylini nümayiş etdirir
3

Dili  əmələ  gətirən  ehtiyaclarla  bağlı  V.Hümboldt  belə 
deyir:  “Dil  yalnız  xarici  ehtiyacdan,  yəni  ictimai  əlaqə, 
ünsiyyət  ehtiyacından  deyil,  eyni  zamanda  insanlığın  da-
                                                           
1
  Пазухин  Р.В.  Учение  К.  Бюлера  о  функциях  языка  как  попытка 
психологического  решения  лингвистических  проблем.  –  “Вопросы 
языкознания”, № 2, Москва, “Наука”,  1963. с. 91-113. 
2
  Колшанский  Г.В.  Соотношения  субъективных  и  объективных  факторов  в 
языке. М. 1975, с. 44. 
3
  Чикобава  А.С.  К  вопросу  о  взаимоотношении  мышления  и  речи  в  связи  с 
ролью коммуникативной функции,  “Язык и мышление”, № 2, Москва, 1967, с. 
16-48. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
157
 
 
xili  ehtiyaclarından  yaranmışdır”
1
  və  bununla  da,  dilin 
çoxfunksiyalılığının əsasını qoyur.  
Təxminən  eyni  fikirdə  olan  V.A.Avrorin  yazır:  “Dilin 
kommunikativ  və  ekspressiv  funksiyaları  bir  medalın  iki 
üzüdür”  və  hətta  onun  fikrincə  “dil  ifadə  etmədən  fikir 
yarada bilməz, fikir yaratmadan isə onu ifadə edə bilməz, 
bunu dil formasında təzahür edən vahid fikir prosesinin iki 
cəhəti kimi nəzərdən keçirmək olar”
2

Təxminən eyni fikrin təkrarına R.A.Budaqovda rast gə-
lirik, “kommunikativlik və fikri ifadə funksiyalarının vəh-
dəti olmadan nə dil, nə də dil haqqında elm ola bilməz”
3

L.S.Vıqotski  bir  tərəfdən  yazır:  “ünsiyyət  mütləq 
şəkildə  ümumiləşdirmə  və  sözün  mənasının  təkmilləşdi-
rilməsini  nəzərdə  tutur.  Yəni  ümumiləşdirmə  ünsiyyətin 
inkişafı  nəticəsində  mümkün  olur”.  Digər  tərəfdən  isə, 
qeyd  edir  ki:  “insanlara  xas  olan  ali,  psixoloji  ünsiyyət 
formaları  yalnız  ona  görə  mümkündür  ki,  insan  təfəkkür 
vasitəsilə gerçəkliyi ümumiləşdirilmiş şəkildə əks etdirir”. 
Bu  qəbildən  olan  fikirlər  irəli  sürməklə  L.S.Vıqotski 
“ümumiləşdirmə  və  ünsiyyət,  kommunikasiya  və  tə-
fəkkürün vəhdəti”ni məntiqi şəkildə şərh etməyə çalışır
4

Tamamilə fərqli mövqeyə L.A.Kiselyovada rast gəlirik. 
O,  belə  hesab  edir  ki,  “dilin  dialektik  vəhdət  təşkil  edən, 
sosial  baxımdan  bərabərhüquqlu  olan  bu  iki  funksiyası… 
onların  determinasiyasını  şərtləndirən  təfəkkür  və  ünsiy-
                                                           
1
 Гумбольдт В. О различии организмов человеческого языка и о влиянии этого 
различия на умственное развитие человеческого рода...  Спб, 1859, с. 47.  
2
 Аврорин В.А. Проблемы изучения функциональной стороны языка.  K 
вопросу о предмете социолингвистики. Ленинград, «Наука» 1975, с. 36-40. 
3
 Будагов Р.А. Введение в науку о языке…  1958, с. 13. 
4
 Выготский Л.С. Избранные психологические исследования Москва, “Высшая 
школа”, 1956, с. 51. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
158
 
 
yət adlı ehtiyacların özləri qədər müstəqildir və onları bir-
birinin tərkibinə daxil etmək,  məzmun və  ya forma baxı-
mından  birini  digərinin  hesabına  tamamlamaq  olmaz”. 
Onun  fikrincə,  “dilin  ünsiyyət  və  təfəkkür  funksiyaları, 
ümumiyyətlə,  ünsiyyət  ehtiyacı  və  ümumiyyətlə,  düşün-
mək ehtiyacı kimi, təfəkkürün və ünsiyyətin özü qədər ən 
ümumi  şəkildə  abstraktlaşdırılmadır.  Bəlli  olduğu  kimi, 
real gerçəklikdə ən başlıcaları, ikinci dərəcəliləri və törə-
mələri  də  daxil  olmaqla  ünsiyyət  və  təfəkkür  ehtiyacla-
rının  iyerarxiya  sistemləri  mövcuddur  ki,  bunlar  dilin 
ünsiyyət  və  təfəkkür  funksiyalarının  tip  və  növlərinin 
iyerarxiya sistemlərini… determinasiya edir. Beləliklə, tə-
fəkkür  və  kommunikasiya  funksiyaları  müxtəlif  növlərə 
malik olmaqla müstəqil iyerarxiya sistemi əmələ gətirir”
1
.  
İstinad  etdiyimiz  tədqiqatçıların  hamısı  qəbul  edir  ki, 
dilin  əsas  funksiyası  (və  ya  funksiyalarından  biri)  ünsiy-
yətdir.  Bu  məsələ  ətrafında  mübahisə  yarada  biləcək  heç 
bir  fikir  ayrılığı  yoxdur.  Dilin  fikir  yaratmaq  və  ya  fikri 
formalaşdırmaq funksiyası da həmin tədqiqatçıların böyük 
əksəriyyəti  tərəfindən  dəstəklənmişdir.  Amma  bununla 
belə,  dilin  fikir  yaratmaq  funksiyası  ünsiyyət  funksiyası 
qədər,  yəni  100%-lik  tam  dəstək  almamış,  kiçicik  bir 
şübhə  yeri  qoymuşdur.  Bu  şübhələrin  bizi  haraya  qədər 
apara biləcəyinə nəzər salaq.    
V.A.Avrorinin söylədiyi mülahizəyə bir qədər şübhə ilə 
yanaşaq,  yəni  həqiqətən  də,  “fikri  yaradan  dildirmi?”– 
sualına  cavab  axtaraq.  Bu  məqsədlə  də  fikir  yaratmağın 
psixoloji köklərinə baxaq. 
                                                           
1
 Киселева Л.А. Вопросы теории речевого воздействия. Ленинград, 
Издательство “Ленинградского университета”, 1978, с. 40. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə