Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
122
 
 
münasibətləri  əks  etdirir  (məs.:  aşta,  aşçıda,  ekmekte,  ek-
mekçide, sütte, sütçüde və s.).  
Fonetik vahid və qaydaların, sintaktik forma və norma-
ların gerçəklik elementləri və intellekt obrazları ilə yuxa-
rıda izah olunan qrammatik formaların gerçəklik element-
ləri  və  intellekt  obrazları  tamamilə  identik  olduğuna  və 
hətta bu forma, qayda  və normalar qrammatik formaların 
bir növü olduğuna görə, onlar haqqında ayrıca bəhs etmə-
yə ehtiyac duymuruq.  
Onu  da  qeyd  edək  ki,  istənilən  formanın  öyrənilən 
müxtəlif  dillərlə  bağlı  bir  neçə  ikinci  intellekt  obrazı  və 
onlara  ekvivalent  olan  fərqli  dil  vahidləri  olmasına 
baxmayaraq,  beynimizdə  bu  forma  ilə  bağlı  birinci 
intellekt obrazı tək olur.  
Əsas  və  ya  aparıcı  mövqeyə  malik  ikinci  sıra  dil 
struktur vahidi əsas dildəki, yəni ana dilindəki dil struktur 
vahidi olur. Aparıcı mövqeyə malik ikinci intellekt obrazı 
isə,  həmin  dil  struktur  vahidinə,  yəni  həmin  sözə  ekvi-
valent olan intellekt obrazı olur. Digər dillərə aid struktur 
vahidləri  və  onların  yadda  saxlanılmasını  təmin  edən 
ikinci  sıra  intellekt  obrazlarının  mövqeyi  və  ya  sırası  aid 
olduqları  dilin  kommunikant  tərəfindən  bilinmə  səviyyə-
sindən asılı olur.       
 
Azərb. 
Kitab 
Türk. 
Kitap 
Rus. 
Книга 
Alman. 
Buch 
İngilis. 
Book 
ĠO-1 
ĠO-2 
İO-2 
İO-2 
İO-2 
İO-2 
Bu sxem əsasında belə demək mümkündür ki, onun aid 
olduğu kommunikantın ana dili Azərbaycan dilidir. Onun 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
123
 
 
ən yaxşı bildiyi ikinci dil türk dili, ondan bir az zəif bildiyi 
dil  rus  dili,  ondan  da  az  bildiyi  dil  alman  dili,  ən  zəif 
bildiyi dil isə ingilis dilidir. Hətta bunu da deyə bilərik ki, 
bu  şəxs  istənilən  nitqi  və  ya  nitq  söyləmini  Azərbaycan 
dilində  qurur.  Digər  dillərdə  danışmaq  lazım  gələndə 
Azərbaycan  dilində  qurduğu  nitqi  fikrən  həmin  dillərə 
tərcümə edir. 
 
Söyləmin yaranması. 
İndi  də: 
Söyləm  nədir,  necə  yaranır?
  –  sualına  cavab 
verməyə çalışaq. 
İnsan ictimai varlıqdır. Buna görə də onun bir sıra dərk-
etmə və təfəkkür fəaliyyətlərinin birinci və dördüncü faza-
ları  bəzi  hallarda  söz  və  nitqdən  istifadə  yolu  ilə  həyata 
keçir.  Məsələn,  vizual-vokal  dərketmə  zamanı  gerçəklik 
elementinin  mənimsənilməsi  yazılı  və  şifahi  nitqdən  isti-
fadə etməklə reallaşır (birinci aktın birinci fazası); sinktual 
dərketmənin  nəticəsi,  bəzən  yeni  yaranmış  dil  struktur 
vahidi,  bəzən  intellektual  nitq  olur  (ikinci  aktın  birinci 
fazası).  Kommunikativ  nitq  müxtəlif  təfəkkür  aktlarında 
müşahidə  edilən  total  modullaşma  nəticəsində  yaranır 
(birinci aktın üçüncü və dördüncü fazası) və mənimsənilir 
(ikinci aktın birinci və ikinci fazası). 
Forma,  nitq  söyləmi  və  ümumilikdə  dilin  dərketmə, 
təfəkkür  və  fikrin  formalaşması  proseslərindəki  rolunu 
şişirtməyə,  olduğundan  daha  böyük  göstərməyə  ehtiyac 
yoxdur.  Nəzərə  almaq  lazımdır  ki,  sinktual  dərketmədən 
başqa  bütün  digər  dərketmə  və  təfəkkür  proseslərində 
nitqin  rolu  ən  yaxşı  halda  gerçəklik  elementi  haqqında 
vasitəli yolla məlumat almaq və verməkdən başqa bir şey 
deyildir.  Belə  də  deyə  bilərik  ki,  kommunikativ  nitqin 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
124
 
 
yaranması  və  mənimsənilməsi  (istər  yazılı,  istərsə  də 
şifahi),  əslində  dərketmə  və  təfəkkür  proseslərinin  aralıq 
mərhələlərində təzahür edən total modullaşmalardır. 
Fikrin  formalaşması  prosesində  dilin  heç  bir  rolunun 
olmadığını  akademik    Kamal  Abdulla  belə  şərh  edir:  “... 
yer üzündəki bütün insanlar (millət və irqindən asılı olma-
yaraq) eyni məntiq dilində düşünürlər. Hər hansı bir dildə 
- ingilis, rus, türk, Azərbaycan, eskimos, həbəş... dillərin-
düşünmək, prinsip etibarilə mümkün deyil”
1
.   
Bizim  mövqeyimizə,  demək  olar  ki,  tam  dəstək  verən 
bu fikirdə izah edilməsi lazım gələn yeganə cəhət “insan-
lar  məntiq  dilində  düşünür”  ifadəsidir  ki,  məntiq  dilinin 
apellyativ  vahidinin  intellekt  obrazı  olduğunu  qəbul  et-
məklə  akademik  K.Abdullayevin  bizimlə  və  ya  bizim 
onunla tam həmfikir olduğumuzu söyləmək mümkündür. 
K.Abdullayev  fikrini  davam  etdirərək  yazır:  “ümum-
bəşər  dilində  düşünüb,  bu  düşündüklərini  əvvəlcə  daxili 
nitqə, sonra  isə xarici  nitqə,  yəni ünsiyyətin  özünə  köçü-
rürlər. Daxili  xarici nitq kimi “ayırdığımız” məqamlar 
isə,  əslində,  bir  varlığın  iki  üzü  kimidir...  Biz,  əslində, 
ümuminsan  dilində,  yəni  məntiq  dilində  düşünüb  Azər-
baycan dilində danışırıq”
2
.   
L.S.Vıqotskinin  məlum  daxili  və  xarici  nitq  termin  və 
anlayışları, yəni “daxili nitq sözsüz nitqdir”, “daxili nitqin 
xarici  nitqə  çevrilməsi  ilə  fikir  sözdə  tamamlanır”
3
  mü-
lahizələri  ilə  bağlı  fikrimizi  daha  əvvəl  qeyd  etmişdik. 
Burada  sadəcə  onu  deməklə  kifayətlənirik  ki,  bu  deyilən 
fikirlər son məqsədin məhz nitq yaratmaq olduğu hallarda 
                                                           
1
 Abdullayev K. Dilçiliyə səyahət..., 2010, s. 151.  
2
 Yenə orada, 2010, s. 151. 
3
 Vıqotskiy L.S. Psoxologiya... 2000, s.  357. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə