Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
147
 
 
məlumatların  sadəcə  qəbulu,  qruplaşdırılıb  yerləşdirilmə-
si,  bölüşdürülməsi  və  s.  deyildir.  Sinktual  dərketmənin 
nəticəsi  yalnız  novatorluq,  elmi  yenilik,  kəşf  və  ya  ixtira 
ola bilər. Bunu bir daha xatırlatmağımızın səbəbi sinktual 
dərketmə  nəticəsində  yaranan  nitq ilə digər  təfəkkür  pro-
seslərinin  birinci  və  dördüncü  fazalarında  total  modul-
laşma  nəticəsində  yaranan  nitq  arasındakı  fərqi  xüsusi 
olaraq nəzərə çatdırmaqdır.  
Sinktual  dərketmə,  yəni  düşünərək  dərketmə  nəticə-
sində  yaranan  hər  bir  intellekt  obrazı  həmin  dərketmənin 
başvermə  anına  qədər  bu  prosesi  icra  edən  fərdin  özü 
tərəfindən  də  dərk  olunmamışdır.  Bu  gerçəklik  elementi 
yalnız həmin dərketmə anında və həmin dərketmə prosesi 
nəticəsində dərk olunaraq yaranır və mənimsənilir. 
Hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, dilin bütün 
struktur  vahidləri  dili  əmələ  gətirən  elementlər  olmaqla 
yanaşı, eyni zamanda məhz insan tərəfindən yaradılmış və 
dərk olunmuş gerçəklik elementləridir.  
Dərketmə baxımından dil struktur vahidləri ilə obyektiv 
aləmin  digər  gerçəklik  vahidləri  arasında  heç  bir  fərq 
yoxdur.  Ardıcıl  şəkildə  baş  verən  dərketmə  prosesləri  və 
birinci  intellekt  obrazının  dildə  əks  olunaraq  dil  struktur 
vahidinə və həmin dil struktur vahidinin yenidən müstəqil 
gerçəklik  elementi  kimi  dərk  olunaraq  intellekt  obrazına 
çevrilməsi yolu ilə ikinci intellekt obrazı yaranır
1
.  
Bu  deyilənləri  də  nəzərə  almaqla  yuxarıda  sinktual 
dərketmə ilə bağlı söylənən mülahizəni sinktual dərketmə 
yolu ilə nitqyaratma prosesinə şamil edək:  
                                                           
1
 Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. Tədqiqlər, АМЕА Dilçilik 
İnstitutunun elmi toplusu. Bakı, “Elm”, 2004, № 2,  60-64. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
148
 
 
Sinktual dərketmə nəticəsində yaranan nitq həmin nitq-
yaratmanın başvermə anına qədər mövcud olmamışdır, bu 
prosesi icra edən fərd tərəfindən yaradılmamışdır, bu nitq 
yalnız  həmin  anda  və  həmin  nitqyaratma  prosesi  nəticə-
sində yaradılaraq mənimsənilir.  
İstənilən  dərketmə  prosesi  birinci  və  ya  əsas  intellekt 
obrazı  vasitəsilə,  dil  struktur  vahidinin  yaranması  və 
onunla bağlı təfəkkür prosesləri isə ikinci intellekt obraz-
ları vasitəsi ilə həyata keçirilir. Dərketmə prosesində fərd 
tərəfindən  məhz  gerçəklik  elementi  dərk  olunur  və  mə-
nimsənilərək  qəbul  edilir.  İstənilən  üsulla,  o  cümlədən 
sinktual  dərketmə  yolu  ilə  nitqin  yaranması  prosesinin 
həm  ilkin  məqsədi, həm də  son nəticəsi  məhz  nitq  yarat-
maqdır.  Məhz  bu  baxımdan  güzgülər  prinsipinə  əsasən 
gerçəklik  elementinin  dil  struktur  vahidinə  ekvivalent 
olduğu qəbul edilir. 
Qeyd edilən bu anlayış dəyişkənlikləri ilə bağlı şərhlər 
həm  sinktual  dərketmə  yolu  ilə  nitqyaratma  prosesinin 
mahiyyətini açmağa, həm də onun nümunələrinin şifahi və 
ya  yazılı  mətn  şəklində  formalaşan  fərdi  yaradıcılıq 
məhsulu  olduğunu  iddia  etməyə  imkan  verir.  Həcmindən 
və  məzmunundan,  janrından  və  üslubundan asılı olmaya-
raq  hər  cür  nəsr  və  nəzm  əsərləri  sinktual  dərketmə  yolu 
ilə yaranan nitqdir. Həqiqətən də, şifahi və ya yazılı mətn 
şəklində  formalaşan  bu  əsərlər  nitqyaratmanın  başvermə 
anına  qədər  heç  kim  tərəfindən,  hətta  bu  yaradıcılıq 
prosesini  icra  edən  fərdin,  müəllifin  özü  tərəfindən  belə 
yaradılmamış  və  ya  yazılmamışdır.  Belə  əsərlər  yalnız 
həmin  nitqyaratma  anında  və  həmin  nitqyaratma  prosesi 
nəticəsində  yaranır  və  mənimsənilir.  Onları  olduğu  kimi 
təkrar yaratmaq mümkün deyil.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
149
 
 
Gündəlik  həyatda  istifadə  etdiyimiz  nitq  adətən  total 
modullaşma və sinktual dərketmə nəticəsində yaranan nitq 
formalarının qarışıq kombinasiyasından ibarət olur. Başqa 
sözlə  desək,  gündəlik  həyatda  istifadə  etdiyimiz  nitqdə 
total  modullaşma  və  sinktual  dərketmə  nəticəsində  yara-
nan  nitq  formaları  növbəli  şəkildə  bir-birini  əvəz  edir, 
ümumi  nitq  axını  daxilində  məntiqi  şəkildə  birləşir  və  bu 
tədqiqat çərçivəsində həmin nitqə kombinal nitq deyirik.  
Bu qarşılıqlı əvəzlənmələrdəki keçidlər o dərəcədə axı-
cı, birləşləmələr o dərəcədə üzvi və təbii olur ki, çox vaxt 
ümumi  nitq  axınında  əvəzlənmə  və  birləşmələrin  sərhəd-
lərini  müəyyənləşdirmək  mümkün  olmur.  Bu  səbəbdən 
konkret  bir  nitqin  və  ya  onun  konkret  bir  hissəsinin 
növünü  müəyyənləşdirərkən  müxtəlif  prinsip  və  metod-
lardan,  o  cümlədən  həlledici  əksəriyyət  prinsipi  və  ya 
modelləşdirmə metodundan istifadə olunur.  
Həlledici əksəriyyət prinsipinə əsasən informasiya  mü-
badələsinə xidmət edən istənilən söhbət, hətta ədəbi, elmi 
müzakirə, simpozium və disput xarakterli mübahisələr be-
lə  total  modullaşma  nəticəsində  yaranan  nitq  kimi  qəbul 
edilir  və  bu  tədqiqat  çərçivəsində  həmin  nitqə  kommu-
nikativ nitq deyirik.  
İri  həcmli povest, roman, dastan,  epopeya  tipində olan 
əsərlərin, elmi dissertasiya və monoqrafiyaların həm sink-
tual dərketmə, həm də total modullaşma nəticəsində yara-
nan  nitq  formalarının  qarışıq  kombinasiyasından  ibarət 
olduğu şübhəsizdir. Amma artıq qeyd edildiyi kimi, bədii 
və  elmi  yaradıcılıq  məhsulu  olan  istənilən  əsər  ümumi-
likdə  bir  bütöv,  bölünməz  bir  vahid  olduğuna  və  onların 
əksər hissəsi məhz sinktual dərketmə nəticəsində yarandı-
ğına  görə  həlledici  əksəriyyət  prinsipinə  əsasən  həmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə