Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
144
 
 
dəyişdirilə bilir
1

Bu  tədqiqat  çərçivəsində  indiyə  qədər  nitqlə  bağlı  de-
yilənlər, əsas etibarı ilə dərketmə və təfəkkür proseslərinin 
birinci və dördüncü fazalarında  müşahidə olunan və total 
modullaşma  nəticəsində  yaranan  kommunikativ  nitqə, 
yəni  ünsiyyətə  xidmət  edən  nitqə  aid  idi.  İndi  isə,  nitqin 
digər  növləri,  o  cümlədən,  sinktual  dərketmə  nəticəsində 
yaranan  və  bu dərketmənin son  məhsulu olaraq  meydana 
çıxan nitq haqqında danışacağıq. 
L.S.Vıqotski və onun davamçıları tərəfindən nitqyarat-
ma  prosesinin  reallaşmasını  tələb  edən  və  ya  bunu  zəru-
riyyətə  çevirən  faktorların  xaricə  və  daxilə  yönəlmiş  ol-
ması baxımından nitqin iki qrupa bölündüyü iddia olunur.  
Bunlardan  birincisinin,  yəni  xaricə  yönəlmiş  faktorlar 
əsasında  formalaşan  nitqin  aktiv  ünsiyyətə  xidmət  etdiyi 
qeyd olunur. Bu fikirlə tamamilə razılaşmaq olar. Belə ki, 
haqqında danışılan nitq məlumatın ötürülməsi məqsədi ilə 
dərketmə və təfəkkür proseslərinin birinci və dördüncü fa-
zalarında  müşahidə  olunan  və  total  modullaşma  nəticə-
sində yaranan nitqdir.  
Daxilə yönəlmiş faktorlar əsasında yaranan nitqlə bağlı 
L.S.Vıqotski və onun davamçılarının qeyd etdikləri fikir-
ləri isə, şərh olunduğu tərzdə qəbul etmək mümkün deyil. 
Belə ki, L.S.Vıqotski tərəfindən daxilə  yönəlmiş faktorlar 
əsasında  yarandığı  iddia  edilən  və  bəzən  sözsüz  nitq  də 
adlandırılan  dərin  daxili  nitqlə  bağlı  onun  mülahizələri 
analiz  edilmişdir.  Müəyyən  olunmuşdur  ki,  təfəkkür  pro-
seslərinin  nitq  və  ya  söz  vasitəsi  ilə  gerçəkləşməsi  fikri 
əsassızdır.  Biz  dərketmə  prosesinin  növlərindən  (sinktual 
                                                           
1
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 218-226. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
145
 
 
dərketmə) və  ya tərkib hissələrindən, daha doğrusu, onun 
fazalarından  biri  olan  düşünmə  (xatırlama)  prosesinin 
intellekt,  obraz  və  kodları  ilə  reallaşması  fikrini  irəli 
sürmüşük
1
  və  indi  də  bu  fikirdəyik  ki,  düşünmə  və  ya 
düşünərək  dərketmə  prosesi  nitqdən  daha  tutumlu  olan 
intellekt obrazı və ya kodları vasitəsilə həyata keçirilir.  
Bu səbəbdən L.S.Vıqotskinin “daxili nitqin xarici nitqə 
keçidi,  yəni  nitqin  yeni  strukturda  qurulması  -  tamamilə 
bəsit, özünəməxsus sintaksis, daxili nitqə məxsus məna və 
səs quruluşunun xarici nitqə məxsus digər struktur forma-
larına keçməsi ilə reallaşır”
2
 fikrini belə bir şərt daxilində 
qəbul  etmək  olar  ki,  daxili  nitq  birinci  və  ikinci  intellekt 
obrazlarının  qarışıq  kombinasiyası  şəklində  formalaşır. 
Səslənmə və ya yazılma anında okkazional nitq ehtiyacına 
uyğun  olaraq  ikinci  intellekt  obrazlarına  transformasiya 
olunaraq xarici nitqə çevrilir. Bu isə həqiqi mənada nitqin 
xarici  faktor  əsasında  formalaşdığını  və  ünsiyyətə, 
informasiyanın ötürülməsinə xidmət etdiyini göstərir. 
Biz bu fikirdəyik ki, nitqyaratma prosesi həmişə xaricə 
yönələn faktorlar əsasında reallaşır. İnsan  tərəfindən söy-
lənən və ya yazılan hər bir söz, ifadə, cümlə potensial ola-
raq  kiminsə  eşitməsi  və  ya  oxuması  məqsədilə  söylənilir 
və  ya  yazılır.  Bəlli  bir  zaman  kəsiyində  bu  “potensial 
kimsəni” müəyyənləşdirmək mümkün olmadıqda çox vaxt 
belə nitqi yaradan faktorun daxilə yönəlmiş faktor olduğu 
güman  və  iddia  edilir.  Dağlara,  meşələrə,  günəşə,  aya, 
ulduzlara,  ağaclara,  quşlara,  çiçəklərə  xitabən  bədahətən 
deyilən  bayatılar,  şeirlər,  monoloqlar  və  hətta  yazılaraq 
                                                           
1
 Əsgərov M.B. Dil və dərketmədə qarşılıqlı əksolunmalar. Elmi axtarışlar, AMEA 
Folklor İnstitutunun elmi toplusu, XXV buraxılış, Bakı, “Səda”, 2006,  111-115. 
2
 Vıqotskiy L.S. Psoxologiya... 2000, s. 375. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
146
 
 
hamıdan gizlədilən gündəliklər belə, çox vaxt daxilə yönə-
lən  faktorlar  nəticəsində  yaranmış  nitq  hesab  olunur. 
Amma  həmin  nitqin  yaranma  mexanizmini  modelləşdir-
sək, aydın şəkildə görə bilərik ki, əslində, onlar xaricə yö-
nələn faktorlar əsasında yaranmış nitqdir.  
Nitq anına skeptik mövqedən  yanaşılsa və həmin anda 
danışan olduğu halda, dinləyənin olmadığı iddia edilsə be-
lə,  bu  nitqin  passiv  ünsiyyət  modelinə  uyğun  gəldiyini 
görməmək  mümkün  deyildir.  Belə  ki,  informasiya  müba-
diləsində  iştirak  edən  tərəflərdən  sadəcə  biri  var  və  o  da 
aktiv  kommunikantdır.  Bu  fakt  heç  bir  şübhəyə  yer  qoy-
madan dəqiqliklə müşahidə olunur. Dinləyənin məhz mü-
raciət olunan dağlar, meşələr, günəş, ay, ulduzlar, ağaclar, 
quşlar və hətta yazılan gündəliyin özü olduğu qəbul edilsə 
və  ya  nitq  anına  məsafəli  mövqedən  yanaşılsa  və  daha 
sonrakı zaman kəsiyində bu nitqin digər oxucular tərəfin-
dən  oxunacağı  nəzərə  alınsa,  bu  nitqin  aktiv  ünsiyyət 
modelinə aid olduğu əminliklə söylənə bilər.  
Bu  gün  Aşıq  Ələsgərin  “Dağlar”,  M.P.Vaqifin  və 
M.V.Vidadinin “Durnalar”, A.S.Puşkinin “Heykəl”, M.Y. 
Lermontovun  “Yelkən”  şeirlərinin  oxucuları  milyonlarla-
dır.  Amma  həmin  şeirlərin  yazıldığı  zaman  kəsiyində 
onları  dağa,  durnaya,  yelkənə,  heykələ  ünvanlanmış  nitq 
kimi  də  xarakterizə  etmək  olardı.  Deməli,  nitq  anına 
məsafəli  mövqedən  baxılsa,  informasiya  mübadiləsində 
iştirak  edən  tərəflərin  hər  ikisini  görmək  mümkündür. 
Nitq  anına  hansı  mövqedən  yanaşılmasından  və  bu  qə-
bildən  olan  nitqin  aktiv  və  ya  passiv  ünsiyyətə  xidmət 
edən nitq kimi qəbul edilməsindən asılı olmayaraq onların 
xarici faktorların təsiri ilə yarandığı şübhəsizdir.  
Biz  əvvəldə  də  qeyd  etmişdik  ki,  sinktual  dərketmə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə