ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   24   25   26   27   28   29   30   31   ...   110

62 
 
diniyyələrini  (dini  səbatlılıqlarını  -  Ş.R.)  görüb,  Zaqatala  vilayətində  Gürcüstana 
qoşulmaq istəyən heç bir fərd olmayacağına qəti surətdə» əminliyini ifadə edirdi. 
Kiçikxanov  yuxarıda  bəhs  olunan  məqsədlərlə  bahəm,  qeyd  etdiyimiz 
kimi,  bilavasitə  oxucuları  o  günlərdə  bölgədə  vüsət  almış  gürcü  təbliğatı  barədə 
məlumatlandırmaq  niyyətini  də  güdürdü.  Onun  bilgilərinə  əsasən,  martın 
əvvəllərində  Zaqatalanın  strateji  cəhətdən  araşdırılması  bəhanəsi  ilə  oraya  gürcü 
hərbi  topoqrafı  Pavliyev  göndərilmişdi.  O,  tezliklə  Telavi  qəzasında  məntəqə 
komandanı Tartaraşvili və Xutsiyevi (onların hər ikisi əslən qaxlı idilər) Laqodexə 
dəvət  edərək,  buradan  məntəqə  komandanı  Nadirov  və  daha  dörd nəfərlə  birlikdə 
Zaqatalaya  yollanmışdı.  Bu  qrupun gəlişi  yerli  Zaqatala  ziyalılarında narahatçılıq 
doğurmuş, lakin hakimiyyət orqanlarına müraciətlər nəticəsiz qalmışdı. 
Məqalə müəllifinin  sözlərinə  görə,  Pavliyevin qrupu  silahlı idi  və  vilayət 
daxilində  yetərincə  sərbəst  fəaliyyət  göstərirdi:  gürcü  təbliğatçılar  Əlibəyli, 
Qorağan,  Tasmalı,  Əliabad,  Qax  və  s.  kəndlərdə  «Azərbaycandan  bir  şey 
çıxmayacağını,  Zaqatala  əhalisinin  siyasətan  və  iqtisadan  mənafeyi  ancaq 
Gürcüstan hökumətinə  tabe  olmada  olduğunu  və  tez  bir  zaman  içində  Zaqatalanı 
istila  üçün  gürcü  əsgərləri  göndərəcəyi»  barədə  şayiələr  yayırdılar.  Kiçikxanov 
gürcü  təbliğatçılarının  fəallaşmasını  Zaqatala  vilayəti  sərhədinə  yaxın 
məntəqələrdə - Laqodex və Haçaqaya qəsəbələrində gürcü əsgərlərinin toplaşması 
ilə  əlaqələndirirdi.  Prinsipcə,  müəllif  vəziyyəti  düzgün  qiymətləndirirdi:  1919-cu 
ilin  fevral-mart  aylarında  Zaqatala  mahalı  və  Sığnaq  qəzaları  arasında  sərhədyanı 
zonada, «mübahisəli torpaq sahələri» məsələsi ilə əlaqədar gərginlik yaşanmışdı ki, 
ikinci fəsildə bu barədə bəhs edəcəyik. 
Zaqatala  ətrafında  gedən  mübahisələr  Ü.Hacıbəylinin  də  marağına  səbəb 
olmuşdu. Onun «Zaqatala məsələsi» adlı məqaləsində
155
  ixtilafın  başlıca predmeti 
kimi bölgənin iqtisadi resursları göstərilirdi: «Bizcə iş tarix üstündə deyildir. Təbii 
sərvətlərə malik olan Zaqatala ölkəsi Gürcüstan üçün bir növ zəxirə (azuqə - Ş.R.) 
və ərzaq anbarıdır». 
Üzeyir  bəy  Azərbaycan  hakimiyyətinin  mahal  ilə  əlaqədar  strateji 
məqsədini belə təsəvvür edir: «...bizim borcumuz budur ki, Zaqatala ölkəsini, bir 
tərəfdən  gürcü  təərrüzlərindən  (hücumlarından  -  Ş.R.)  qorumaq  və  digər  tərəfdən 
Azərbaycan mərkəzinə  o  qədər  mərbut  etmək  ki,  bu  ölkə məmləkətimizin hər  bir 
surətdə təbii olaraq layənfək bir cüzi mahiyyətini haiz olsun». 
Müəllifə  görə,  bu  məqsəd  Zaqatala  mahalının  Azərbaycan  siyasi-iqtisadi 
sisteminə  inteqrasiyası  üçün  aşağıdakı  vəzifələri  diktə  edirdi:  1)  siyasi  vəzifə: 
«...bu iş bu növ ilə möhkəm ola bilər ki, Zaqatala ölkəsi dəxi Qarabağ kimi xüsusi 
bir  general-qubernator  təhti-idarəsinə  verilib,  məhəlli  islahata  dair  hər  bir 
məsələnin  həlli  general-qubernatorun  yədi-ixtiyarında  olsun»,  çünki  «Azərbaycan 
hökumətinin Zaqatala ölkəsindəki idarəsi olduqca zəif və boş bir haldadır». Üzeyir 
bəyin fikrincə, yerli hakimiyyətin möhkəmlənməsi «əhalini mərkəzə mərbut (bağlı 
- Ş.R.) edər». 


63 
 
2) İqtisadi vəzifə: «Zaqatala əhalisi... məhsulatın... fəzləsini Gürcüstan ilə 
Dağıstana  satmağa  adət  etdiklərindən,  aralarında  bu  iki  ölkə  ilə  iqtisadi  əlaqə  və 
mərbutiyyət  hasil  edilmişdir:  deməli,  bu  fəzlə  məhsulatın  alıcısı  hökumət  özü 
olarsa,  o  halda  maddi  mənfəətdən  başqa  siyasi  mənfəət  dəxi  əmələ  gəlib,  iqtisad 
cəhətincə biganələrlə (burada: xaricilərlə -Ş.R.) əlaqəyə ehtiyac qalmaz». 
Zaqatala  vilayətinin  iqtisadi  cəhətdən  mənimsənilməsi  fikri  həmin 
bölgənin fəal ictimai-siyasi xadimlərindən biri, xalq məktəbləri müfəttişi İslam bəy 
Qəbulov  tərəfindən də  dəstəklənirdi.  Onun  «Konfrans  dolayısı  ilə  Zaqatala məsə-
ləsi»  adlı  məqaləsində  mahalın  Azərbaycan  iqtisadiyyatında  əhəmiyyəti  belə 
qiymətləndirilirdi:  «...nefti  olan  Bakı  uyezindən  sonra  hökumətə  mədaxil 
xüsusunda  tamam  Azərbaycanda  Zaqatala  okruğu  ikinci  yer  gərək  hesab 
olunsun».
156
 
Gətirilən məqalələr narrativ nümunələrini təmsil edirlər: onlarda Zaqatala 
mahalının siyasi taleyi ilə bağlı müəyyən təhkiyə xətti yürüdülürdü. Bu mətnlərin 
leytmotivini  belə  müəyyən  etmək  olar:  1)  Zaqatala  bölgəsi  etnokonfessional  və 
sosiomədəni  nöqteyi-nəzərdən  Azərbaycanın  «cüzi-layənfəkidir»  (ayrılmaz 
hissəsidir), 2) yerli əhali Azərbaycana birləşmək barədə məlum qərarı ilə öz siyasi 
müqəddəratını  təyin  etmişdir.  Yəni,  əgər  gürcü  tərəfi,  özünün  bölgəyə  haqlarını 
legitimləşdirməli olan «tarixi konsepsiyaya» müraciət edirdisə, Azərbaycan siyasi-
intellektual  dairələri  analoji  məqsəd  üçün  bir  qayda  olaraq  mövcud  reallıqlara 
istinad edirdilər. 
Beləliklə,  1919-cu  ilin  əvvəllərində  baş  vermiş  hadisələr  -  «sənəd 
qalmaqalı»,  «təbliğat  müharibəsi»,  sərhəddə  vəziyyətin  gərginləşməsi 
Azərbaycanın  ictimai-siyasi  şüurunda  Zaqatala  məsələsini  aktivləşdirdi  və 
aktuallaşdırdı: bölgə, onun tarixi, siyasi mənsubluğu kimi mövzular ilk dəfə idi ki, 
Azərbaycan  mətbuatında  belə  açıqlıqla  disskusiya  olunmağa  başlanıldı.  İqtibas 
gətirdiyimiz  məqalələrdə  Zaqatala  mahalının  sərhədyanı  bölgə  kimi  Azərbaycan 
üçün simvolik əhəmiyyəti təsbitlənirdi: mahal, indidən belə ictimai şüurda ölkənin 
siyasi,  mədəni  və  coğrafi  məkanının  ayrılmaz  üzvi  hissəsi  kimi  öz  qəti  təsdiqini 
tapırdı. 
1919-cu  ilin  ilk  aylarında  yuxarıda  qeyd  etdiyimiz  hadisələrlə  əlaqədar 
yaranmış  gərginlik  səngidikdən  sonra  Azərbaycan-Gürcüstan  münasibətlərində 
bilavasitə  Zaqatala  mahalının  mənsubluğuna  dair  məsələ  nisbətən  aktuallığını 
itirdi.  Bu,  bir  qədər  sonra  bəhs  etdiyimiz  kimi,  xarici-siyasi  amil  ilə  bağlı  idi: hər 
iki respublikanın fiziki mövcudluğuna real təhlükə doğuran Denikin faktoru onları 
yaxınlaşmağa  sövq  edirdi.  Gürcü hakimiyyət  orqanları  «Qruziya»  qəzetinin  etira-
fına  görə,  «baş  vermiş  faktla»  -  mahalın  Azərbaycan  tərkibində  qalması  ilə 
barışmalı  olmuşdular.  Azərbaycan  da  Borçalıya  münasibətdə  analoji  surətdə 
hərəkət  etmək  məcburiyyətində  qalmışdı:  halbuki  bu  qəzanın  Azərbaycanın  iddia 
etdiyi  məntəqələrinin  əhalisi  türklərdən  ibarət  idi  və  həmin  əhali  dəfələrlə  öz 
müraciətlərində  Azərbaycana  birləşmək  arzusunu  izhar  etmişdi.  Yeri  gəlmişkən, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə