ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   25   26   27   28   29   30   31   32   ...   110

64 
 
etnokon-fessional və tarixi baxımdan Azəbaycanla üzvi vəhdət təşkil edən Zaqatala 
və Borçalı bölgələrinin mənsubluğu məsələlərində mahiyyət fərqi də bu məqamda 
idi:  Zaqatala  dairəsinin  əhalisi  bulunduğu  dövlətin  tərkibinə  könüllü  daxil 
olmuşdusa,  Borçalı  qəzası,  əhalinin  ümumi  rəyinə  rəğmən,  xarici-siyasi  faktorun 
təsiri ilə Gürcüstan tərkibinə daxil edilmişdi. 
Fikrimizcə,  Gürcüstanın  1920-ci  ilin  mayınadək  Zaqatalaya  münasibətdə 
iddialarını açıq şəkildə reallaşdırmağa girişməkdən çəkindirən əsas amillərdən biri 
də onun Borçalı məsələsinin aktuallaşmasından ehtiyatlanması idi. 
Fəqət  söylənilənlər  heç  də  Zaqatalaya  gürcü  iddiaları  ilə
 
əlaqədar 
münaqişə süjetinin tamamilə aradan qalxması anlamına gəlmirdi: o ümumən gizli 
surətdə  varlığını  davam  etdirirdi  və  hər  an  açıq  (aktual)  şəkildə  təzahür  etməklə 
hədələyirdi.  Həqiqətən  də,  Azərbaycanın  sovetləşməsi  bu  aktuallaşmaya  təkan 
verdi ki, bu barədə üçüncü fəsildə ətraflı bəhs edəcəyik. 
1918-1920-ci  ilin  ilk  rübündə  mahalla  əlaqədar  bir  başqa  münaqişə  xətti 
də - Zaqatala kənd icmalarının Sığnaq qəzası ərazisində bulunan torpaq sahələrinə 
dair mübahisə inkişaf edirdi. Növbəti fəsildə görəcəyimiz kimi, gürcü hakim dairə-
ləri  Zaqatala  kəndlilərinin  əzəli  torpaqlarına  girişini  əngəlləməklə,  digər 
məqsədlərlə  yanaşı,  bölgəni  öz  siyasi-iqtisadi  orbitinə  cəlb  etmək  məqsədi  də 
güdürdü. 
 
*  * * 
 
Beləliklə,  birinci  fəsilə  yekun  vuraraq,  aşağıdakı  qənaətləri  qeyd  etmək 
istərdik. 
1917-1918-ci  illərdə  Rusiya  məkanında  cərəyan  edən  proseslər  gedişində 
sərt  unifikasiyaedici  strukturun  aradan  qalxması  keyfiyyətcə  yeni  sosial-siyasi 
konfiqurasiyaların, o cümlədən imperiya periferiyasında «millət-dövlətlərin» mey-
dana çıxmasına yol açdı. Bu  tip dövlətlərin təşəkkülü milli (siyasi, ümumdövlət) 
identikliyin yaradılmasını tələb edir ki, onun da ən önəmli komponentlərindən biri 
-  ərazi  identikliyinin  təsbitidir.  Ərazi  identikliyinin  təsbiti  isə  çox  vaxt  ərazi 
ixtilafları  doğururdu,  belə  ki,  yaranmaqda  olan  «millət-dövlətlər»  bəzən  eyni 
əraziyə iddia edirdilər. 
Zaqatala məsələsi 1918-1920-ci illərdə Cənubi Qafqazda meydana çıxmış 
çoxsaylı  ərazi  mübahisələrindən  biri  idi.  Bu  məsələnin  kökləri  əvvəlki  onilliklərə 
gedib çıxırdı: gürcü intellektualları tərəfindən yaradılmış və öz xalqının etnomədəni 
oyanışına  xidmət  etməyə  çağırılmış  «tarixi  konsepsiyada»  Zaqatala  dairəsi 
Gürcüstanın tarixi-coğrafi, siyasi və mədəni məkanının tərkib hissəsi kimi təqdim 
olunurdu.  1917-ci  ildə  bu  konsepsiya  gürcü  milli-demokratlarının  proqramına 
salınmaqla  siyasi  anlam  kəsb  etdi.  1918-ci  ildə,  Cənubi  Qafqazda  müstəqil 
respublikaların  meydana  gəlməsi  ilə  isə  gürcü  siyasətçilərinin  əsassız  iddiaları 
üzündən bölgənin siyasi mənsubluğu məsələsi mübahisə predmetinə çevrildi. 


65 
 
Bu ixtilafın analoji və sinxron münaqişələrdən fərqli cəhəti, yuxarıda qeyd 
etdiyimiz  kimi,  latent  (gizli)  formada  cərəyan  etməsi  idi.  Biz  belə  bir  vəziyyətin 
səbəblərini aşağıdakı şəkildə görürük: 
1)
 
1917-1920-ci  illərdə  regionda  baş  verən  hadisə  və  proseslərin  xarici-
siyasi  (beynəlxalq)  kontekstdən  asılılığını  artıq  qeyd  etmişdik.  Bir  daha 
vurğulayardıq  ki,  istər  Azərbaycan,  istərsə  də  Gürcüstan  öz  qarşılıqlı 
davranışlarında  hegemon  dövlətlərin  məqsəd  və  maraqlarını  nəzərə  almalı  idilər. 
Həmçinin Rusiyada vətəndaş müharibəsində qarşıduran tərəflərin strateji məram və 
taktiki  gedişləri  də  bu  respublikaların  münasibətlərinə  təsir  edirdi.  Qısası,  xarici-
siyasi  çağırışlar  Azərbaycan  və  Gürcüstanın  siyasi  yaxınlaşmasını  və  deməli, 
mövcud ixtilafların arxa plana çəkilməsini zəruri edirdi. 
2)«Zaqatala  məsələsinin»  açıq  və  hətta  zorakı  təzahür  və  cərəyan  etmə 
forması  kəsb  etməsini  əngəlləyən  mühüm  amillərdən  biri  də  yerli  müsəlman 
sosiumunun öz siyasi-dövləti identikliyinin təsbiti (26 iyun 1918-ci il qərarı) və bu 
seçimini  əldə  silah  Qafqaz  İslam  Ordusu  sıralarında  döyüşməsi  ilə  təsdiqləməsi 
oldu. Mahalın ictimai-siyasi elitası və əhalisinin Gürcüstana birləşməyi qəti surətdə 
rədd  etməsi  gürcü  siyasi  dairələrinin  radikal  addımlardan  çəkinməsində  heç  də 
sonuncu rolu oynamadı. 
3) Fikrimizcə, gürcü və Azərbaycan xalqları arasında tarixi keçmişin ağır 
mirası kimi qanlı ixtilaf və ziddiyyətlərin
 
olmaması da öz sözünu dedi: bəhs olunan 
dövrdə iki respublika arasında yaranmış ixtilafları «dəyişkən yekunlu münaqişələr» 
kimi  səciyyələndirmək  olar.  Konfiliktologiya  elmi  «sıfır  yekunlu  münaqişələri» 
«dəyişkən  yekunlu  münaqişələrdən»  fərqləndirir:  əgər  birincidə  nəticə  tərəflərin 
birinin  mütləq  qələbəsi  və  ya  məğlubiyyəti  terminlərində  qavranılırsa 
(Azərbaycanla Ermənistan arasında etnoərazi ixtilaflarında olduğu kimi), ikinci tip 
münaqişələrdə tərəflərin məqsəd və maraqları təzadlı olsa da, tam ziddiyyətli qəbul 
olunmur
157
. Yəni bu halda qarşılıqlı güzəşt və kompromis mümkündür. 
1918-1920-ci illərdə mahalın mənsubluğu ilə bağlı mübahisə, ilk növbədə 
simvolik  sferada  baş  verirdi:  orada  gürcü  və  Azərbaycan  ərazi  ideologiyaları, 
habelə sərhədlərin təsbitinin əsasında duracaq baza prinsipləri daim toqquşurdu. 
Fəqət,  Gürcüstan  Zaqatalanın  Azərbaycan  Respublikası  tərkibinə  daxil 
olması ilə sadəcə de-fakto barışmışdı, de-yure isə vəziyyəti xeyrinə təsbit etməyə 
çalışaraq, müxtəlif sənədlərdə Zaqatala mahalını öz ərazisi kimi qələmə verirdi. 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə