ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   33   34   35   36   37   38   39   40   ...   110

81 
 
Balakən camaatlıqlarının Gürcüstan ərazilərinə müdhiş yürüşləri haqqında xatirələr 
gürcü  tarixi  yaddaşına  möhkəm  həkk  olunmuşdu.  Deməli,  yeni  basqın  hazırlığı 
haqqında  xəbər-şayiələr  tarixi  əndişə  hissini  dirçəltməklə  ictimai  şüurda  tələb 
olunan düşmən obrazını canlandırmalı idi. 
Fevralın 27-də Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın diplomatik 
nümayəndəliyinə müraciət edərək, sözügedən məsələ ilə bağlı dərin narahatçılığını 
izhar  etdi.  Lakin  diplomatik  nümayəndəlik  martın  4-də  göndərdiyi  cavab 
məktubunda bu faktı təkzib etdi.
52
 
Gətirilən faktlar bir daha 1919-cu ilin əvvəllərində münaqişə situasiyasının 
yetişməsindən xəbər verirdi. Yeri gəlmişkən
 
analoji vəziyyətlərdə konfliktologiyada 
«tətik»  adı  ilə  qeyd  olunan  insidentlərin  baş  verməsi  münaqişəni  açıq  və  zorakı 
fazaya keçirməyə qadirdir.
53
 1919-cu ilin martın 20-ci günlərində Zaqatala mahalı ilə 
Sığnaq  qəzası  arasında  sərhəddə  yaşanan  gərginlik  «Birinci  Mazımçay  insidenti» 
bu qəbildən olub, tərəfləri ilk dəfə zorakı qarşıdurma həddinə gətirib çıxardı. 
Martın  21-də  Azərbaycan  hökumətinə  Zaqatala  valisi  Haşımbəyovdan 
həyəcanlı  teleqram  daxil  oldu.  Teleqramda  deyilirdi  ki,  Sığnaq  qəzasının  Laqodex 
sərhəd dəstəsinin rəisi Liladze Mazımçayın sağ sahilində qərar tutmuş Azərbaycan 
keşikçi  postuna  ultimatumla  müraciət  etmişdi:  post  təcili  surətdə  götürülsün. 
Gürcülər  həmçinin  Alazan  çayındakı  postlarını  Ulqam  çayının  sağ  sahilinə  (sol 
sahilində  Azərbaycan  sərhəd  mühafizə  dəstəsi  yerləşirdi)  köçürmək  niyyətində 
idilər.
54
    Arayış  üçün  qeyd  edək  ki,  Ulqam  çayı  Mazım  çaydan  bir  qədər  cənub-
qərbdə axaraq, Alazana tökülür və Çiaur meşəliyinin cənub hissəsini Zaqatala kənd 
icmalarından qismən ayırır. 
Haşımbəyovun  teleqramı  Azərbaycan  hökumətinin  iclasında  müzakirə 
edildi  və  olayla  bağlı  xüsusi  qərar  qəbul  olundu;  xarici  və  daxili  işlər  nazirləri 
sərhəddə mövcud vəziyyəti qoruyub saxlamaq üçün müvafiq tapşırıqlar aldılar.
55
 
Martın  24-də  xarici  işlər  naziri  A.Ziyatxanov  Azərbaycanın  Tiflisdəki 
diplomatik nümayəndəliyinə hadisə ilə əlaqədar teleqram vurdu.
56
 Hadisəyə rəsmi 
Azərbaycanın mövqeyini ifadə  edən  bu  sənəd analoji  hallar  üçün  səciyyəvi  tonda 
tərtib  edilmişdi.  Orada  diplomatik  etiket  və  iki  respublika  arasında  artıq  qabarıq 
cizgilər  almaqda  olan  siyasi  yaxınlaşmaya  doğru  oriyentasiya  gözlənilirdi: 
məsələnin  qəti  həllini
 
ehtimal  edilən  beynəlxalq  konfrasadək  «iki  respublikanın 
dost  münasibətləri  naminə»  təxirə  salmaq  təklif  olunurdu.  Lakin,  eyni  zamanda, 
teleqramın  son  cümləsi  Azərbaycan  tərəfinin  hadisələrin  konfrontasion  inkişaf 
ssenarisinə,  yəni  ınünaqişənin  eskalasiyasına  hazır  olduğuna  işarə  vururdu: 
«Mövcud vəziyyətin zorakı yolla dəyişdirilməsinə yönəlmiş hər növ cəhd olduqca 
ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər». 
Analoji  məzmunlu  təliqə  ilə  Haşımbəyov  Sığnaq  quberniya  komissarına 
müraciət  etmişdi.
57
  Zaqatala  qubernatoru  gizli  hədə  ehtiva  edən  bu  sənəddə  ona 
həvalə  edilmiş  vilayətin  sakinlərinin  rəyini  artikulyasiya  edirdi:  yerli  əhali  «baş 


82 
 
verə  biləcək  arzuolunmaz  düşmən  toqquşmalarına  yol  verməmək  üçün  postların 
əvvəlki kimi öz yerlərində qalmasını» tələb edirdi. 
Belə  davranış  yönəlişliyini  (ustanovkasını)  Azərbaycan  hökuməti  özü 
vermişdi:  martın  21-də  olmuş  iclasda  daxili  işlər  nazirinə,  lazım  gələrsə,  silahlı 
qüvvə tətbiq etməklə mövcud vəziyyəti mühafizə etmək tapşırılmışdı.  Daxili  işlər 
naziri  də  bu  vəzifədən  çıxış  edərək,  Zaqatala  valisinə  müvafiq  tədbirlər  almağı 
sərəncam etmişdi.
58
 
Martın  30-da  Gürcüstanın  sərhəd  keşik  dəstəsinin  komandiri  Balakən 
məntəqə  rəisinə  3  gün  ərzində  Mazımçay  postunu  götürmək  haqqında  növbəti 
ultimativ 
tələb 
təqdim 
etdi. 
Danışıqlar  üçün  Haşımbəyov  quberniya 
jandarmeriyasının  rəisi  Ş.Dibirovu  sərhəd  zonasına  ezam  etdi.  O,  gürcü  rəisinə 
postun yerinin dəyişdirilməsinin qeyri-mümkün olduğunu qətiyyətlə bildirdi.
59
 
Beləliklə,  sözügedən  hadisə  münaqişənin  kifayət  qədər  açıq  (manifest) 
fazasına  qədəm  basdığından  xəbər  verirdi.  Özü  də  bu zaman  ixtilafın  başlanması 
üçün tələb olunan şərtlər
60
 də gözlənilirdi: 1) birinci iştirakçı - gürcü tərəfi ultima-
tumu irəli sürməklə digər iştirakçının - Azərbaycan tərəfinin zərərinə olaraq, şüurlu 
surətdə  hərəkət  edirdi,  2)  ikinci  iştirakçı  (Azərbaycan  tərəfi)  göstərilən  əməllərin 
onun mənafeyinə qarşı yönəldiyini dərk edirdi və cavab addımlar atırdı. 
«Mazımçay  olayı»  üzvi  şəkildə  bizim  «mübahisəli  torpaq  sahələri» 
adlandırdığımız  münaqişə  ilə  çulğalaşaraq  həmin  münaqişənin  daha  çox 
konfrontasion  süjet  xəttini  təmsil  edirdi:  bəhs  etdiyimiz  posta  kimin  yiyələnməsi 
barədə  məsələnin  çözümündən,  əslində  bilavasitə  Çiaur  məntəqəsinə  (perspektiv 
planda  isə  həmçinin  Alazanyanı  vadiyə  də)  hansı  dövlətin  və  hansı  etnoərazi 
qrupunun (Zaqatala kəndliləri yaxud gürcü miqrantlarının) nəzarət və idarə edəcəyi 
asılı idi. 
Lakin  1919-cu  ilin  baharında  gürcü  hakimiyyət  strukturları  ixtilafın 
qızışdırılmasına  hələlik  lüzum  görmədilər.  Ş.Dibirovun  apardığı  danışıqlar  öz 
bəhrəsini verdi. Aprelin 5-də Gürcüstan sərhəd qoşunlarının 2-ci Sığnaq bölməsinin 
komandiri  Zaqatala  valisi  Haşımbəyova  təliqə  ilə  müraciət  etdi.  Orada  dövlət 
sərhədinin  qəti  təsbitinə  qədər  postların  öz  əvvəlki  yerlərində  qalması  barədə 
göstəriş  verildiyi  bildirilirdi.
61
  Sığnaq  sərhəd  strukturunun  bu  qərarı  barədə 
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın diplomatik nümayəndəliyinə aprelin 
28-də məlumat verdi.
62
 
Gürcü  hökumətinin  bu  addımı,  sonra  görəcəyimiz  kimi,  sadəcə  taktiki 
manevr  idi  və  ilk  növbədə  həmin  dövrdə  Gürcüstanın  bir  dövlət  kimi 
mövcudluğunu təhdid edən Denikin təhlükəsinin güclənməsindən irəli gəlirdi. Bəlli 
olduğu  kimi,  1919-cu  ilin  fevralında  «Könüllü  Ordu»  həm  Dağıstan  istiqaməti, 
həm  də  Qara  dəniz  sahili  boyunca  hücuma  keçmişdi.  «Könüllülər»  gürcü  hərbi 
hissələrini  Soçi  dairəsindən  sıxışdırıb  çıxararaq,  Qaqra  şəhərini  tutmuş  və 
Suxumiyə doğru irəliləməyə cəhd göstərmişdilər.
63
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə