87
islahatın gedişi və məntiqindən irəli gəlirdi. Belə ki, iqtidar partiyası kimi
menşeviklərin formalaşmaqda olan gənc gürcü dövlətinə və onun siyasi sisteminə
həyati dayanıqlıq vermək istəyi onları siyası spektrin müxtəlif qüvvələri, o
cümlədən aqrar aristokratiyanın mənafelərinin ifadəçisi olan «sağlarla» uzlaşma
saxlamağa məcbur edirdi; bu isə qeyd etdiyimiz məntiqi şərtləndirirdi.
6. Azərbaycan-Gürcüstan hərbi-siyasi müttəfiqliyi
fonunda münaqiĢənin artan xətt üzrə inkiĢafı.
Ġkinci Mazımçay insidenti
1919-cu ilin yayında gürcü hökumət dairələrinin münaqişəyə münasibətdə
hərəkət xəttində müəyyən məntiqi ardıcıllıq sezilməkdə idi: ötən paraqrafda qeyd
etdiyimiz kimi, ilk öncə zaqatalalıların mübahisəli rayonlara girişinə maneələr
törədilməyə başlanıldı. Daha sonra aqrar islahat çərçivəsində həmin rayonlarda
torpaq bölgüsünə və deməli, yeni miqrantlar partiyasının oraya köçürülməsinə
iqdam edildi. Müəyyən mənada Zaqatala sakinlərinin zoraki formada əks-
təsirlərinin təhrikinə hesablanmış bu addımlar öz məqsədinə çatdıqdan sonra isə
Gürcüstanın xarici siyasət idarəsi hərəkətə keçdi: 1919-cu ilin iyulun 29 və 30-da
Azərbaycan diplomatik nümayəndəliyinə iki təliqə təqdim edildi.
84
Həmin
sənədlərdə Mazımçay postunun Enfiaciansın bağından çayın sol sahilinə
keçirilməsi əvvəlcə xahiş, sonra isə tələb olunurdu. Bu təliqələrdə gürcü
hakimiyyətinin davranışında yeni bir nüans diqqəti cəlb edir: əgər mart insidenti
zamanı gürcü hökuməti prosesləri səhnə arxasından idarə edir və ixtilafın
təşəbbüsçüsü kimi Laqodex sərhəd dəstəsini irəli çəkirdisə, yay aylarından etibarən
artıq açıq-aşkar hərəkət etməyə üstünlük verir.
Gürcüstanın, belə demək mümkünsə, diplomatik həmləsinin ikinci dalğası
1919-cu ilin sentyabrına - İkinci Mazımçay insidenti ərəfəsinə təsadüf edirdi.
Həmin ayın əvvəllərində Azərbaycanın baş naziri N.B.Yusifbəylinin Tiflisə rəsmi
səfəri gedişində ikitərəfli dostluq və müttəfiqlik haqqında ən xoş sözlərin
səsləndiyi günlərdə Gürcüstan Xarici İşlər Nazirliyi yeni diplomatik demarşla çıxış
etdi. Bu qurumun 4, 5, habelə 26 sentyabr tarixli təliqələrində qabaqçöllülər gürcü
məskunlarına basqınlarda, onları qarət etməkdə, dəyərli meşə ağaclarını
doğramaqda, torpaq sahələrini qəsb etməkdə ittiham olunurdular.
85
İrəli sürülmüş
ittihamlar, zənnimizcə, artıq hazırlıq işləri başa çatmaqda olan «Mazımçay
əməliyyatına» mənəvi-hüquqi haqq qazandırmalı idi. Halbuki təliqələrdə qeyd
olunan eksseslər qarşılıqlı xarakter daşıyır.. Zaqatala sakinləri gürcü məskunlarının
hücumlarına heç də az məruz qalmırdılar.
86
Biz sözügedən münaqişənin Azərbaycan-Gürcüstan siyasi münasibətləri
kompleksinin bir epizodu olduğunu artıq qeyd etmişik. Ona görə də bəhs etdiyimiz
88
dövrdə münaqişə dinamikasını düzgün anlamaq və izah etmək üçün həmin
münasibətlərin məzmun, səviyyə və xarakterinə təsir göstərən xarici-siyasi faktora
bir daha nəzər salmağa lüzum görürük.
1919-cu ildə Azərbaycan-Gürcüstan siyasi münasibətlərinin vektoru
dinamik dəyişən regional geosiyasi konfiqurasiya çərçivəsində real məzmun kəsb
edirdi. Bu konfiqurasiyada həlledici rol, əvvəlki fəsildə də geniş surətdə bəhs
etdiyimiz kimi, xarici-siyasi aktorlara mənsub idi. Burada bir ştrixi əlavə etməyi
lazım bilirik. Biz xarici-siyasi aktorlar siyahısına Rusiya bolşevik və antibolşevik
(monarxist) düşərgəsini müəyyən şərtiliklərlə aid edirik: zira, bir tərəfdən Cənubi
Qafqazın Rusiya siyasi, iqtisadi, sosiomədəni məkanından ayrılması bitkin hüquqi
və mental təsbitini tapmamışdı. Digər tərəfdən isə, burada baş verən hadisələr,
Rusiya aktorlarının nəzərində imperiya genişliklərində vüsət almış iç (vətəndaş)
savaşın sadəcə bir epizodu idi. 1920-21-ci illərdə regionun bərpa olunmuş və
yeniləşmiş imperiya ümumiliyinə yenidən daxil edilməsi də zənnimizi təsdiqləyir.
1919-cu il region üçün Denikin təhlükəsi işarəsi altında keçmişdi. Öncə
qeyd etdiyimiz kimi, 1919-cu ilin fevralından, yəni könüllülər tərəfindən Soçi və
Qaqranın tutulmasından başlanaraq, təxminən iyunun 11-dək - Britaniya
komandanlığının demarkasiya xətti müəyyən etməsinə qədər Gürcüstan
Respublikası ilə «Rusiyanın Cənubunun Silahlı Qüvvələri» (denikinçilər) arasında
münaqişənin ən gərgin anları yaşanılmaqda idi. Əslində tərəflər arasında xırda
silahlı toqquşmalar diplomatik çəkişmələr bir an da olsa ara vermirdi.
87
Denikinin
məsələn, Suxum dairəsinin Gürcüstanın yurisdiksiyasından çıxarılmasını və neytral
zona elan edilməsini qətiyyətlə tələb edirdi.
88
Birinci fəsildə biz Böyük Britaniyanın Rusiya məkanında iki məqsəd
güddüyünü, sözdə «vahid və bölünməz Rusiya» ideyasını dəstəkləsə də, əməldə
imperiya xərabəliklərində meydana çıxmış yeni dövlət qurumlarına himayə
etməsini yazmışdıq. Bu tendensiya 1919-cu ildə Denikinlə Cənubi Qafqaz
respublikaları arasında yaranmış münaqişədə də özünü bariz şəkildə göstərirdi.
1919-cu ilin mayın 8-də Böyük Britaniyanın hərb naziri Çörçill icmalar
palatasında bəyan etmişdi: «Biz general Denikinə Gürcüstan üzərinə hücum
etməyə icazə vermirik və əksinə. Gürcüstana Denikin üzərinə hücum etməyə
imkan vermərik».
89
Əslində bu bəyanat Denikinə qarşı yönəlmişdi, belə ki, hücuma
meyilli və qadir tərəf məhz «Könüllü Ordu» idi.
Denikin hökumətinin başçısı general A.S.Lukomski öz xatirələrində
Britaniya hökumətinin və komandanlığının Cənubi Qafqaz respublikalarına iltifatlı
münasibətini dönə-dönə qeyd edirdi. İngilislərin Azərbaycana münasibətdə siyasi
kursunu o belə dəyərləndirdi: «Britaniya nümayəndələrinin Gürcüstana
münasibətində olduğu kimi, burada da hiss olunurdu ki, Böyük Britaniya gələcəkdə
Rusiya ilə... Türkiyə və İran arasında bufer zona yaranacağı hal üçün Azərbaycan
və Gürcüstanın maraqlarını xüsusi olaraq dəstəkləməyi nəzərdə tuturdu...
Dəqiq təəssürat yaranırdı ki, Britaniya hökuməti Bakının neft zənginliklərinə
Dostları ilə paylaş: |