79
dekabrında göndərdiyi təliqəsində iddia edirdi ki, Çiaur meşəliyi və onun Beşkən
adlı sahəsinə qabaqçöllülərin servitut hüququ heç zaman olmamışdır, onlar
meşədən yalnız müəyyən edilmiş biletlər üzrə istifadə edə bilərdilər və indi də edə
bilərlər. Bu iddiaya Haşımbəyov etiraz edərək, bildirirdi ki, biletlə meşədən
istifadə heç də həmin meşələrin Gürcüstana mənsubluğu mənasını vermir.
43
Haşımbəyov sözügedən meşədən qabaqçöllülərin istifadəsini təmin etmək
məqsədi ilə 1919-cu ilin əvvəllərində iki dəfə Gürcüstanla sərhədə getmiş və orada
yerli gürcü hakimiyyəti nümayəndələri ilə görüşmüşdü. O, qabaqçöllülərin
meşədən istifadə etməsinə dair Sığnaq qəzası hakimiyyətinin razılığını da almışdı.
Zaqatala qubernatorunun yazdığına görə, Gürcüstanla dövlətlərarası sərhədlərin
təsbitinə qədər bundan artığına nail olmaq mümkün deyildi.
44
Fəqət gürcü hökumətinin bu məsələyə dair addımları, o cümlədən
Azərbaycan nümayəndəliyinə ünvanladığı yuxarıda xatırladığımız təliqəsi faktiki
olaraq yerli gürcü hakimiyyətinin bu səylərini heçə endirirdi. Haşımbəyov daxili
işlər nazirinə 1919-cu ilin fevralın 12-də həyəcanla yazırdı: Çiaur meşəliyində,
Beşkən məntəqəsində və onun ətrafında gürcü hökumətinin sərəncamına əsasən,
meşə qırılırdı və onun yerində məskənlər salınırdı.
45
Yeri gəlmişkən, qeyd edək ki, mübahisəli əraziləri öz soydaşları ilə
məskunlaşdırarkən, gürcü hökuməti başlıca olaraq iki məqsəd güdürdü: I) həmin
ərazilərin etnik balansını dəyişdirməklə, ona və onun iqtisadi resurslarına
yiyələnmək; və 2) o illərdə Gürcüstanda gerçəkləşdirilən aqrar islahatın qarşısında
duran mühüm sosial vəzifəni həll etmək. Məsələ onda idi ki, mübahisə predmeti
olan ərazilərə, ilk növbədə Kutaisi quberniyasından - Gürcüstanın aqrar iğtişaşları
ilə məşhur qərb rayonlarından,
46
habelə əsasən tuşinlərin yaşadığı dağlıq
bölgələrindən torpaqsızlıqdan əziyyət çəkən kəndlilər köçürülürdü. Bu amil
qabaqçöllülərin 1919-cu ilin sentyabrın 27-də valiyə ünvanladığı ərz-halda da
təsdiqini tapır: «Hərçənd gürcü hökuməti Çiaur meşəliyindən maneəsiz istifadə
haqqında sərəncam versə də, həqiqətdə nə yerli hakimiyyət, nə əhali (gürcülər
nəzərdə tutulur-Ş.R.) adı çəkilən məntəqəni ayrı-ayrı sahələrə bölməkdən və oranı
gəlmə gürcülərlə məskunlaşdırmaqdan əl çəkmirdi. Onlar öz əməllərini onlarda baş
verən aqrar islahatla izah edirdilər...»
47
Gətirilən faktlar söyləməyə əsas verir ki, konfliktologiyada «təşəbbüsçü»
deyə adlandırılan tərəf - yəni münaqişəni törətmək təşəbbüsünü öz üzərinə götürən
subyekt
48
qismində gürcü hakimiyyət orqanları çıxış edirdi. Məhz onlar münaqişə
ocağında özlərinin konfrontasiya səciyyəli mütəmadi hərəkətləri ilə vəziyyəti
gərginləşdirirdilər.
Gürcü hökumət strukturları ilə müqayisədə Azərbaycan hakimiyyət
orqanları daha çox güzəştə, kompromisə meylli mövqe tuturdular və
konfrontasiyadan qaçmağa çalışırdılar: Haşımbəyovun hələ ixtilafın kifayət qədər
latent (gizli) formada olduğu dövrdə (1918-ci ilin sonu-1919-cu ilin əvvəlində)
atdığı addımlar söylədiklərimizi sübut edir.
80
Münaqişənin artıq bu stadiyasında (mərhələsində) ixtilaf tərəflərinin
davranış xəttində fərqlər nəzərə çarpırdı: gürcü tərəfinin tərz-hərəkəti siyasi
səfərbərliyin hücum (proektiv) tipini təmsil edirdi, belə ki, gələcəkdə qrup
nemətlərinə nail olmaqdan ötrü siyasi məqamın imkanlarından yararlanmağa
çalışırdı.
Azərbaycan tərəfinin hərəkətlərini isə siyasi səfərbərliyin müvafiq olaraq
müdafiə (reaktiv) tipinə aid etmək mümkündür: o, sadəcə, özünün köklü
maraqlarına yönəlmiş təhlükəni dəf etməyə çalışırdı.
49
4. Birinci Mazımçay insidenti: (1919-cu il, mart-aprel)
1919-cu ilin martından etibarən «mübahisəli torpaq sahələri» deyə
işarələdiyimiz münaqişə çərçivəsində yeni süjet xətti - Mazımçay postu uğrunda
mübarizə başlayır. İxtilafın bu epizodu kifayət qədər əlamətdar idi: o, tərəflərin
psixoloji gərginliyinin və münaqişəli davranışının eskalasiya xətti üzrə cərəyan
etməsindən xəbər verirdi. 1919-cu ilin mart-aprel və sentyabr-oktyabr aylarında
baş vermiş və şərti olaraq Birinci və İkinci Mazımçay olayları adlandırdığımız
hadisələr konfliktoloji baxımdan insident kimi səciyyələndirilə bilər: onlar
tərəflərin ilk açıq toqquşmaları idi. Qeyd etdiyimiz olaylar, ələlxüsus da ikinci
insident, hətta iki dövləti hərbi konfrontasiya astanasına gətirib çıxarmışdı.
Məsələnin mahiyyəti qısaca olaraq aşağıdakılardan ibarət idi: hələ
rus hakimiyyəti dövründə Alazan çayının qollarından olan və şimal-qərb səmtində
Zaqatala dairəsi ilə Sığnaq qəzasının arasında qismən inzibati sərhəd kimi çıxış
edən Mazım çayın sağ sahilində, yəni Sığnaq qəzasına düşən hissədə,
«Enfiaciansın bağı» adlanan yerdə hərbi-keşikçi postu yerləşdirilmişdi. Bu ərazinin
Azərbaycan, Dağıstan və Gürcüstanın hüdudlarının kəsişməsində mövqe tutması
ilə əlaqədar strateji əhəmiyyətini, həmçinin Qabaqçöl və Balakən sakinlərinin
faktiki istifadə torpaqlarına daxil olmasını nəzərə alan Azərbaycan hökuməti hələ
1918-ci ildə orada öz postunu qoymuşdu.
50
İlk vaxtlar öz daxili işlərinə başı
qarışmış gürcü tərəfi bu fakta əhəmiyyət verməmişdi. Lakin 1919-cu ilin əvvəl-
lərində o, yaranmış daxili və xarici-siyasi vəziyyəti əlverişli hesab edərək, həmin
mövqeni zəbt etməkdən ötrü hərəkətə keçir. Birinci Mazımçay insidenti ərəfəsində
gürcü hakimiyyət dairələri Zaqatala əhalisinin mənəvi diskreditasiyasına yönəlmiş
addım atdılar: 1919-cu ilin fevralında gürcü qəzetlərində Zaqatala «ləzgilərinin»
gürcü kəndlərinə basqın etmək məqsədi ilə «partizan dəstələri» təşkil etmələri
barədə Laqodexi komissarının hərbi nazirə məlumatı dərc edildi.
51
Zaqatala
«ləzgilərinin» gürcü kəndlərinə basqını motivinin bu kontekstdə səslənməsi
təsadüfi deyildi: o gürcü tarixi-siyasi şüurunda dərin kök salmış müəyyən
fobiyalara (xoflara, qorxulara) müraciət etməklə müvafiq ictimai rəyin və psixoloji
durumun formalaşmasına hesablanmışdı. Məsələ onda idi ki, XVIII əsrdə Car-
Dostları ilə paylaş: |