74
Azərbaycan kəndlilərinin öz dədə-baba torpaqlarından istifadəsini müxtəlif
üsullarla əngəlləməyə başlayırlar: bu da etnososial səciyyəli ixtilafa təkan verir.
2. Problemin konfliktoloji təsnifatı: «Mübahisəli torpaq
sahələri» məsələsi daha lokal münaqiĢə tipi kimi
«Mübahisəli torpaq sahələri» kimi işarələdiyimiz ixtilafın bilavasitə
şərhinə keçməzdən öncə onun ümumi konfliktoloji təsnifatını verməyi, yəni ilkin
nəzəri mənzərəsini cızmağı zəruri hesab edirik.
Hər bir münaqişənin obyekti və predmeti, struktur və dinamik
xarakteristikaları, subyektləri mövcuddur. Nəzərdən keçirdiyimiz «mübahisəli
torpaq sahələri»nin sadalanan aspektlərinin ən ümumi cizgilərdə açılıb
göstərilməsi, onun nəzəri (konfliktoloji) regonstruksiyasına cəhd edilməsi bu mü-
naqişənin daha dolğun anlaşılmasına və elmi izahatına imkan verir, belə ki, nəzəri
bilik - idrak obyekti haqqında mahiyyət-məzmun biliyidir.
32
İlk olaraq aşağıdakıları qeyd etmək istərdik. Biz şərti olaraq «Zaqatala
problemi» adlandırdığımız münaqişəni iki-səviyyəli görürük: birinci, «makro»
deyə işarələdiyimiz səviyyədə mübahisə predmeti kimi bütünlükdə Zaqatala mahalı
çıxış edirdisə, ikinci, lokal səviyyəli münaqişənin mübahisə predmeti qeyd
etdiyimiz torpaq sahələri idi. Biz bu iki ixtilafı mürəkkəb münaqişə fenomeni-
kompleksi kimi səciyyələndirməklə, onların istər baş verdikləri məkan, zaman və
sistem sərhədləri, istər cərəyan etdikləri sosial-siyasi kontekstlər, istərsə də
münaqişə subyektləri baxımından bir xeyli çulğalaşdığını söyləmək istəyirdik. Bu
çulğalaşma aşağıdakı məqamda da özünü göstərirdi: gürcü hökuməti Zaqatala
əhalisinin dədə-baba meşə və əkin sahələrinə gedişini məhdudlaşdırmaqla, digər
məqsədlərlə yanaşı, az sonra görəcəyimiz kimi, bütün mahalı iqtisadi vasitələrlə
Gürcüstana birləşməyə sövq etmək məqsədi də güdürdü.
Fəqət deyilənlərlə yanaşı, hər iki münaqişənin istər obyekt və
predmetində, istər təzahür forması və cərəyanetmə xüsusiyyətlərində, istər
münaqişə tərəflərinin tərkibində və qarşılıqlı təsirinin xarakterində bir sıra önəmli
fərqlər də nəzərə çarpır. Həmin fərqlərə keçməzdən öncə, bəzi mətləb və
anlayışlara müəyyən aydınlıq gətirmək istərdik. Əvvəla, aşağıda təqdim olunan
təsnifat, il k növbədə 1918-1920-ci ilin aprelinədək olan dövrü səciyyələndirməyə
çağırılmışdır: Azərbaycanın sovetləşməsi münaqişələrin tarixində keyfiyyətcə yeni
mərhələ açmışdı. Gürcüstanda sovet hakimiyyəti bərqərar olduqdan sonra isə,
üçüncü fəsildə də görəcəyimiz kimi, mahalın mübahisə predmeti olduğu
makrosəviyyəli münaqişə öz həllini tapır. İkinci (lokal) münaqişə isə o çağdan
etibarən yeganə ixtilafa çevrilir və bütün 20-ci illəri əhatə edir.
75
Konfliktologiyada münaqişənin obyekti və predmetı fərqləndirilir.
33
Münaqişə obyekti dedikdə subyektlərin diqqət və canatımlarını özünə cəlb edən və
eyni zamanda onları qarşı-qarşıya qoyan münaqişə münasibətlərinin yaranmasının
obyektiv əsası başa düşülür. Münaqişənin predmeti dedikdə isə obyektin o
xarakteristikaları anlaşılır ki, onlar uğrunda subyektlər qarşı dururlar.
Yuxarıda söylənilənlərdən çıxış edərək, ehtimal edə bilərik: birinci
səviyyəli münaqişənin obyekti - ərazi (bütünlüklə Zaqatala mahalı), predmeti isə -
həmin ərazinin mənsubluğu və hansı dövlətin orada suverenliyinin bərqərar olması
(ilk vaxtlar) məsələləri idi. İkinci səviyyəli münaqişənin obyekti kimi - ərazi
(«mübahisəli sahələr») və resurslar çıxış edirdi, özü də bu zaman resurslar daha
çox önəm kəsb edirdi. Bu münaqişənin predmeti isə ilk növbədə mübahisəli
sahələrin iqtisadi resurslarının mənsubluğu, bölüşdürülməsi və istifadəsi şərtləri
idi.
İşarələdiyimiz münaqişə tiplərinin təzahür və cərəyanetmə formalarında
da mühüm fərqlər var idi: birinci tip münaqişə 1919-cu ilin əvvəllərində «sənəd
qalmaqalı» məsələsində olduğu kimi, zaman-zaman manifestasiya olunsa, yəni
açıqlansa da, ümumən latent (gizli) formada bulunmaqda idi. Bu münaqişə üçün
həmçinin (Azərbaycanın sovetləşməsinədək) sürəkli eskalasiya fazasına daxil olma
səciyyəvi deyildi: gürcü tərəfinin mahala iddiaları, 1920-ci ilin mayınadək bəyanat
xarakterli əməllərdən uzağa getmirdi və biz makrosəviyyə müstəvisində tərəflərin
münaqişəli qarşılıqlı təsir mərhələsini müşahidə etmirik.
Yeri gəlmişkən, qeyd edək: münaqişələrin təsvirinin dinamik modelində
münaqişə situasiyası ilə münaqişəli qarşılıqlı təsir stadiyaları fərqləndirilir: birincisi
münaqişənin ilkin mərhələsidir. «İnsident» adlandırılan hadisənin baş verməsi
münaqişənin qarşılıqlı təsir mərhələsinə qədəm basdığından xəbər verır.
34
Bir daha
qeyd
edərdik
ki,
Azərbaycanın
sovetləşməsinədək «Zaqatala məsələsi»
adlandırdığımız ixtilaf çərçivəsində tərəfləri qarşı-qarşıya qoyacaq insident baş
verməmişdi.
Birinci tip münaqişədən fərqli olaraq, lokal münaqişədə -«mübahisəli
torpaq sahələri» məsələsində münaqişə situasiyasının tam formalaşdığını və
qarşıduran tərəflərin açıq toqquşma həddinə gəlib çatdığını, yəni açıq (manifest)
fazaya qədəm basdığını müşahidə edirik. Bir qədər sonra, birinci və ikinci
Mazımçay insidentlərindən bəhs edərkən, biz tərəflərin qarşıdurmadan əks-təsirə
keçidinə daha ətraflı toxunacağıq.
Müqayisə olunan münaqişələrin tərəflərinin tərkibində də müəyyən fərqlər
nəzərə çarpır. Daha çox dövlətlərarası mübahisə kimi meydana çıxan birinci tip
münaqişəyə nisbətən «lokal» kimi qeyd etdiyimiz münaqişənin konfiqurasiyası və
formatı daha rəngarəng idi: burada münaqişənin subyektləri
35
kimi siyasi aktorların
institusional tipləri (bizim nümunədə Azərbaycan və Gürcüstan dövlətləri) ilə
yanaşı, qrup tipləri (Zaqatala vilayətinin entokonfessional zəmində identikliyini
Dostları ilə paylaş: |