83
Qeyd etməliyik ki, Azərbaycan - Gürcüstan siyasi münasibətlərinin
dinamikası ilə Denikin ordusunun hərəkət qrafikası arasında bir növ əlaqəlilik
nəzərə çarpır. 1919-cu ilin baharında Denikinin, Qafqazda fəaliyyətini
intensivləşdirməklə bır sıra məqsədlər güdürdü: bolşevizmə qarşı qəti yürüş
ərəfəsində öz arxa cəbhəsini sabitləşdirmək, Antanta ilə fasiləsiz rabitəni yoluna
qoymaq, regionun hesabına öz maddi (iqtisadi və hərbi) resurs bazasını
genişləndirmək.
64
«Ağ təhlükə» Cənubi Qafqazın gənc respublikalarından məhz
Azərbaycanla Gürcüstanı təhdid etdiyindən (Ermənistan faktiki olaraq Denikinin
müttəfıqi idi
65
), bu dövlətlər öz aralarındakı mübahisəli məsələləri nisbətən arxa
plana çəkməli olmuşdular.
Fəqət, «arxa plana çəkmək» heç də problemin aradan qalxması demək
deyildi: aşağıda görəcəyimiz kimi, Sığnaq qəzası və Zaqatala vilayəti arasında
sərhəd təsbiti məsələsində gürcü tərəfi kifayət qədər ardıcıllıq nümayiş etdirirdi. O,
münasib fürsət düşdükcə, Azərbaycanla strateji müttəfiqlik haqqında səslənən
bütün inandırma və vədlərinə rəğmən öz məqsədinə çatmaq üçün lazımi addımları
atırdı.
Haşımbəyov öz vəzifəsini tərk etmək ərəfəsində (yeri gəlmişkən, o,
Naxçıvan general-qubernatoru təyin edilmiş, fəqət yaranmış siyasi vəziyyət
üzündən öz vəzifəsinin icrasına başlaya bilməmişdi) - 1919-cu ilin aprelin 12-də
daxili işlər nazirinə göndərdiyi sonuncu təliqəsində Gürcüstanın şimal-qərb dövlət
sərhədinin Qəbələ-su çayı üzrə keçirilməsini, yəni sabiq Zaqatala dairəsinin
inzibati sərhədinin xeyli qərbə çəkilməsini, həmçinin Sığnaq qəzasının cənub-şərq
küncünün - Alazanyanı vadinin Zaqatala quberniyasına birləşdirməyi təklif
edirdi.
66
Fəqət bu tövsiyələri həyata keçirmək o dövrdə praktiki olaraq qeyri-
mümkün idi; buna nə Azərbaycanın nərbi-siyasi resursları, nə də region və onun
ətrafında yaranmış beynəlxalq vəziyyət imkan vermirdi.
5. Gürcü aqrar islahatı münaqiĢə dinamikasına təsiredici faktor kimi: ixtilafın
sosial kontekstinə dair
1919-cu ilin yayında münaqişə ocağında hadisələrin eksalasiya xətti üzrə
tədricən inkişaf etdiyini görürük: gürcü hakimiyyəti Çiaur meşəliyindən
qabaqçöllülərin istifadəsinə bilet və s. bəhanələrlə maneçilik səylərindən həmin
məntəqəyə onların daxil olmalarını faktiki məhdudlaşdırmaq tədbirlərinə
keçmişdi.
67
Qabaqçöllülərin əks-reaksiyası da özünü çox gözlətmir: İllarionovka,
Daşkovo, Voronsovka kəndlərində məskunlaşmış miqrant-gürcülərə basqınlar
çoxalır,
68
həmin rayonda aqrar islahatı həyata keçirən torpaq komissiyasının
üzvləri hücumlara məruz qalır.
69
84
Bu arada Haşımbəyov qubernator vəzifəsini tərk etdi. Onun yerinə
hökumətin 16 mart qərarı ilə Məmməd bəy Şahmalıyev təyin olundu. Şahmalıyev
Zaqatala valisi vəzifəsində 1919-cu ilin aprelin 17-dən 1920-ci ilin yanvarın 16-
dək çalışmışdı.
70
Vəziyyətin gərginləşməsinə yol verməmək məqsədi ilə M.Şahmalıyev
avqustun 22-də Laqodexi zemstvo idarəsinin sədrinə teleqram göndərir. Orada
beynəlxalq konfransda sərhədlər məsələsinin həllinədək torpaq ölçmə işlərinin
dayandırılması, mübahisəli ərazi zolağında həm Zaqatala, həm də Sığnaq
sakinlərinin ümumi torpaq istifadəsinin saxlanılması təklif olunurdu. Lakin
sözügedən idarə torpaqölçmə işləri ilə bağlı məsələlərin quberniya zemstvo
idarəsinin səlahiyyətlərinə aid olması bəhanəsi ilə bu təklifləri rədd etdi.
71
M.Şahmalıyevin avqustun 17-də daxili işlər nazirinə vurduğu
teleqramdan, gürcü hakimiyyət orqanlarının mahalın 21 kəndinin Şirək düzündəki
mövcud əkin və otlaq sahələrinə münasibətdə də analoji surətdə hərəkət etdiyi bəlli
olur. Birinci rus inqilabından sonra salınmış Aşağı və Yuxarı Kedi gürcü kəndləri
öz hakimiyyət orqanları ilə birlikdə «Alazan çayını dövlət sərhədi hesab edərək,
onların (zaqatalalıların - Ş.M.) qeyd edilmiş sahələrdən istifadəsini əngəlləyirlər.
72
Bütün bu faktlar yerli xalqın təbii narahatlıq və narazılığını doğurmaya
bilməzdi. M.Şahmalıyev daxili işlər nazirinə sentyabrın 1-də göndərdiyi təliqəsində
Zaqatala əhalisinin əhvali-ruhiyyəsini belə ifadə edirdi: «Bu cür şəraitdə silahlı
toqquşma qaçılmazdır və onu imkan daxilində uzaqlaşdırmaqdan ötrü mən xeyli
səy sərf edirəm, çünki sərhəd məsələsini dinc danışıqlar yolu ilə çözməyi güman
edən hökumətimizin riayət etdiyi sərhədi Balakən nahiyəsinin həyəcanlı və
qətiyyətli əhalisinin keçməsi üçün azacıq zəiflik yetər. Balakənliləri, şübhəsiz ki,
Əliabad və Almalı əhalisi dəstəkləyəcək; həmin əhali Alazanın sağ sahilində öz
torpaqlarından heç bir zaman könüllü surətdə imtina etməz».
73
Sadaladığımız amillər münaqişənin fon şəraitinin kəskinləşməsindən
xəbər verirdi. Belə bir vəziyyətdə 1919-cu ilin sentyabrın sonlarında ixtilafın
destruktiv fazaya (belə bir faza tərəflərin qarşıdurmadan açıq əks təsirə keçidini
bildirir
74
) transformasiyasında, qeyd etdiyimiz kimi, «tətik» rolunu oynaya biləcək
ikinci və daha ciddi Mazımçay insidenti baş verdi. Gürcü hökuməti mart
uğursuzluğunun dərslərini nəzərə almaqla, yeni insidentə artıq yay aylarından
hazırlaşmağa başlamışdı. Ölkədə həyata keçirilən aqrar islahatın məntiqi, öncə
qeyd etdiyimiz kimi, gürcü hökumətini yeni torpaq massivlərini mənimsəməyə
sövq edirdi. Bu səbəbdən gürcü hakimiyyətinin davranış alqoritminin adekvat
anlaşılması üçün gercəkləşdirilən aqrar islahat haqqında nisbətən ətraflı məlumat
verməyi lazım bilirik.
Gürcüstan sosial-demoqrafik planda kəndli ölkəsi idi: əhalinin 80%-dən
bir qədər çoxunu kəndlilər təşkil edirdi.
75
XIX əsrin 60-cı illərinin ikinci yarısında
orada Rusiyaya nisbətən daha eybəcər formada kəndli islahatı həyata keçirilmişdi:
mərkəzi quberniyalardan fərqli olaraq, kəndlilərə ayrılan torpaq paylarının ölçüsü
Dostları ilə paylaş: |