12
Zaqatala məsələsinin nəzərdən keçirilən dövrdə fon şəraiti qismində çıxış
edən Azərbaycanın Gürcüstanla qarşılıqlı münasibətləri sisteminin ayrı-ayrı
aspektləri, həmçinin həmin illərdə Cənubi Qafqazda təşəkkül tapan daxili və
xarici-siyasi vəziyyət, region ətrafında cərəyan edən beynəlxalq proseslər haqqında
isə kifayət qədər zəngin elmi ədəbiyyat mövcuddur.
Xronoloji qaydada bu sırada birinci olaraq Z.Avalovun əsərini göstərmək
istərdik. 1918-1921-ci illərdə istər Almaniya və Türkiyə ilə danışıqlar aparan,
istərsə Versal sülh konfransına qatılan gürcü nümayəndə heyətlərinin tərkibinə
daxil olan bu müəllifin xatirələri ciddi elmi əsər səciyyəsi daşımasa da, hadisələrin
canlı şəhadətnaməsi kimi dəyərli mənbəşünaslıq və tarixşünaslıq əhəmiyyətinə
malikdir.
3
Bəhs olunan məsələlər XX əsrin 20-ci illərində işıq üzü görmüş bəzi
əsərlərdə bu və ya digər dərəcədə nəzərdən keçirilmişdir. Bu baxımdan
F.Maxaradzenin, Y.Drabkinanın, A Rayevskinin əsərlərini qeyd etməyə dəyər.
4
O
illərdə sovet tarixşünaslığı qarşısında Rusiyada, o cümlədən Cənubi Qafqazda
vətəndaş müharibəsi dövründə - 1918-1921-ci illərdə mövcud qeyri-bolşevik
dövlət qurumlarının ideya, siyasi və iqtisadi planda tutarsızlığını elmi cəhətdən
isbat etmək vəzifəsi qoyulmuşdu. Ona görə də hadisə və faktların şərhində qeyd
etdiyimiz əsərlərdə ehtiraslı münasibət duyulmaqdadır.
Deyilənlərlə yanaşı, F.Maxaradzenin və Y.Drabkinanın əsərlərində 1917-
1921-ci illərdə Gürcüstanda cərəyan edən sosial-siyasi proseslər, bu respublikanın
qonşuları ilə münasibətləri, ölkə daxilində milli azlıqların durumu, Gürcüstanın
beynəlxalq vəziyyəti haqqında maraqlı faktlar saxlanılır. Rayevskinin Böyük
Britaniyanın hakim dairələrinin 1918-1920-ci illərdə bölgədə yürütdüyü siyasət və
güddüyü məqsədlər barədə mülahizə və qənaətləri elmi əhəmiyyətini indi də
qorumaqdadır. Bu zaman belə bir məqam da nəzərə alınmalıdır ki, 30-cu illərin
əvvəllərinədək, sonrakı dövrlərdə olduğu kimi, sovet tarix elmi hələ güclü ideoloji
pressinq altında deyildi, bu da o zaman qələmə alınmış əsərlərdə istər təqdim
olunan faktlarda, istərsə də həmin faktların şərhində özünü büruzə verirdi.
Sözügedən problematikanın müxtəlif aspektləri XX əsrin 40-80-ci
illərində sovet tarixşünaslığının diqqət yetirdiyi mövzulardan idi. Qeyd etməliyik
ki, 20-30-cu illərin əvvəllərindən fərqli olaraq, sonrakı dövrdə - 50-ci illərin
ortalarınadək bizi maraqlandıran məsələlərə dair əsərlərin sayı kəskin azalmışdı.
Hətta işıq üzü görmüş əsərlərdə belə tarix elminin fövqəladə ideolojiləşdirilməsinə
yönəlmiş əvvəlki tendensiya daha da güclənmişdi. Hadisələrə və proseslərə bir çox
məqamlarda ehkamçı yanaşma, onların dar ideoloji prizmadan nəzərdən
keçirilməsi, bəzi əhəmiyyətli faktların isə ümumiyyətlə, işıqlandırılmaması,
obyektiv elmi təhlilin çox vaxt qərəzli qiymətləndirmə ilə əvəzlənməsi o illərin
tarixşünaslığının ən qüsurlu cəhətlərindəndir. Vəziyyət, Sovet İttifaqında siyasi ab-
havanın mülayimləşməsi ilə əlaqədar yalnız 50-ci illərin ortalarından etibarən
nisbətən dəyişməyə başladi: 1917-1921 -ci və sonraki illərdə Cənubi Qafqazın
13
siyasi və sosial-iqtisadi tarixinə dair çoxsaylı əsərlər işiq üzü gördü. Elmin
ideolojiləşdirilməsi bu əsərlər üçün da səciyyəvi idi. Bununla yanaşı əvvəlki
ədəbiyyatla müqayisədə sənəd bazasının zənginliyi, çoxlu sayda o çağadək
araşdırılmamış mənbənin elmi dövriyyəyə cəlb olunması, bir çox hallarda tədqiqat
vəzifəsinin öhdəsindən uğurla gəlinməsi həmin əsərlərin məziyyətlərindən hesab
oluna bilər.
Ümumiyyətlə, Cənubi Qafqazın 1917-1920 və 1920-ci illərin avvəllərində
daxili və xarici vəziyyətindən, respublikalararası münasibətlərdən, region ətrafında
cərəyan edən siyasi proseslərdən, bölgənin sovetləşməsindən bəhs edən əsərlərdən
Y.A.Tokarjevskinin,
C.Quliyevin,
P.Əzizbəyovanın,
A.B.Kadişevin,
B.Xaçapuridzenin,
V.i.Adamiyanın,
Q.K.Jvaniyanin,
Q.V.Pipiyanın,
LD.Axalayanın, A.Menteşaşvilinin, Q.A.Qaloyanin, C.V.Xarmandaryanın və
başqalarının monoqrafiyalarını qeyd etmək istərdik.
5
80-ci illərin sonu - 90-ci illərin əvvəllərindən etibarən Azərbaycan
tarixşünaslığında yeni mərhələ başlanır. Birinci və İkinci respublikaların tarixinin o
çağadək unudulmuş və ya üzərindən sükutla keçilmiş bir çox səhifələri xüsusi
tədqiqat mövzusu kimi aktuallıq kəsb edir. Bu respublikaların meydana çıxma və
fəaliyyətinin xarici-siyasi aspektləri N.Nəsibzadənin və M.Qasımovun yuxarıda
göstərilmiş monoqrafiyalarından əlavə, C.Həsənovun, A.Balayevin, A.Hacıyevin,
M.Süleymanovun, C.Quliyevin, S.Yusifzadənin və başqalarının əsərlərində
nəzərdən keçirilmişdir.
6
Sadalanan süjetlər, bəhs olunan dövrdə Rusiya məkanında cərəyan edən
proses və hadisələr, həmçinin fundamental akademik nəşrlərdə və kollektiv
monoqrafiyalarda işıqlandırılmışdır.
7
Bir başqa qrup ədəbiyyatı bilavasitə bölgənin tarixini və etnoqrafiyasını
araşdıran əsərlər təşkil edir. Bu sırada ilk yeri hələ inqilabdan əvvəl Zaqatala
dairəsinin əhalisi, məişət xüsusiyyətləri, tarixi keçmişi haqqında rus və gürcü
müəlliflərinin yazdığı əsərlər tutur.
8
Bu əsərlər, həmçinin gürcü siyasi-intellektual
dairələrinin Gürcüstanın tarixi-coğrafi məkanı haqqında təsəvvürlərində Zaqatala
mahalının yeri və önəminin öyrənilməsi baxımından əhəmiyyətlidir. Birinci fəsildə
biz həmin təsəvvürlərdən bəhs edərkən sözügedən əsərlərə daha ətraflı
toxunacağıq.
Yeri gəlmişkən qeyd edərdik ki, bölgənin antik və orta əsrlər tarixinə dair
ədəbiyyatda istər inqilabdan əvvəl, istərsə də sonra uzun illər boyu gürcü
konsepsiyası hakim mövqe tuturdu. XX əsrin 40-50-ci illərindən etibarən isə
Gürcüstan tarixşünaslığında akademik
N.A.Berdzenişvilinin
şimal-qərbi
Azərbaycanın erkən orta əsrlərdən etibarən Gürcüstanın ayrılmaz hissəsi olması
haqqında baxışları, demək olar, rəsmi status qazanmışdı. Gürcü tarixçilərinin bütöv
nəsli - Q.Qamxaraşvili, T.Q.Papuaşvili, D.Musxelişvili və başqaları Berdzenişvili
və onun sələflərinin xəttini davam etdirmişdilər.
Dostları ilə paylaş: |