14
Gürcü tarixçilərinin bu cür aktivliyi fonunda Azərbaycan tarixşünaslığı
uzun müddət sözügedən bölgənin tarixi keçmişinin dolğun və obyektiv tədqiqində
bir növ passivlik nümayiş etdirmişdi. Vəziyyət yalnız son dövrlərdə dəyişməyə
başlamışdır. Alimlərimizdən F.Məmmədova, habelə E.Lətifova və Ş.Əliyev
(Haciəli) tədqiqatlarında Şimal-Qərbi Azərbaycanın tarixi keçmişi və orada
cərəyan edən etnik proseslərin kifayət qədər obyektiv mənzərəsini yaratmağa
müvəffəq olmuşlar. Bu müəlliflərin əsərlərində vətənimizin şimal-qərbinin əzəli
gürcü torpaqları, ilkin sakinlərinin isə gürcü olması, türk, avar və saxurların bu
əraziyə sonradan gəlməsi, ingiloyların müsəlmanlaşmiş gürcülər olması haqqında
gürcü (istər inqilaba qədərki, istərsə də sonrakı), rus və sovet tarixşünaslığında
dərin kök salmış konsepsiya bir xeyli sarsıdılmışdır.
9
Yuxarıda sadalanan əsərlərin sırasına Y.Nəsiblinin sözügedən bölgənin
tarixdə və gürcü tarixşünaslığında yerinə həsr olunmuş məqaləsi də əlavə
olunmalıdır.
10
Orada mahalın tarixi-mədəni və siyasi mənsubluğuna dair müasir
gürcü tarixşünaslığında mövcud baxışlar tənqid olunur. Müəllif bu zaman, sadəcə,
gürcü tarixçilərinin tənqidi ilə kifayətlənməyərək, məqalənin imkan verdiyi həcm
çərçivəsində mahalın təhrif olunmamış tarixini rekonstruksiya etməyə çalışır.
Son
illərdə
işıq üzü görən əsərlərdən Ə.Məmmədovun da
monoqrafiyasını
11
qeyd etmək istərdik: bu əsərin xronoloji çərçivəsi bizim tədqiq
etdiyimiz dövrlə sıx təmasa girir. Ə.Məmmədovun monoqrafiyası XIX-XX əsrin
əvvəllərində Zaqatala dairəsinin yaranması, idarəçiliyi, iqtisadiyyatı, çarizmin
orada yeritdiyi müstəmləkəçilik siyasəti və ona qarşı mübarizə ilə bağlı maraqlı
faktları ehtiva edir.
Deyilənlərə yekun vuraraq, bir daha vurğulamaq istərdik ki, adları çəkilən
əsərlərin bir qismi bölgənin bizi maraqlandıran dövrə qədərki tarixi haqqında
bilgilərin təqdim edilməsi, digər qismi isə Zaqatala mahalının siyasi mənsubluğu
və torpaq mübahisələri məsələlərinin inkişaf etdiyi fon və konteksllərin
öyrənilməsi baxımından diqqətəlayiqdir. Lakin qeyd etdiyimiz kimi, sözügedən
süjet xətlərinin, ələlxüsus da sovet dövründə 1920-30-cu illərdəki tarixi indiyə
qədər xüsusi olaraq araşdırılmamışdır.
Mövcud elmi ədəbiyyatın yuxarıda verilən qısa xülasəsi Azərbaycan-
Gürcüstan münasibətlərində Zaqatala probleminin qeyd etdiyimiz hər iki süjet
xəttini ehtiva etməklə kompleks şəkildə öyrənilməsi zərurətindən xəbər verir.
Təqdim olunan əsər bu sahədə mövcud boşluğu qismən də olsa doldurmaq məqsədi
güdür. Qarşıya qoyulan məqsəd aşağıdakı vəzifələrin həllini şərtləndirir:
-
Zaqatalaya gürcü iddialarının ruhi-ideoloji köklərini açmaq,
Gürcüstanın siyasi partiyalarının milli-ərazi məramnamələrində Zaqatalanın
önəmini göstərmək.
-Transqafqaz federasiyasının dağılması şəraitində Zaqatala siyasi
elitasının Azərbaycana birləşmək haqqında qəranın siyasi və sosiomədəni
aspektlərini təhlil etmək.
15
-
1918-1920-ci illərdə Cənubi Qafqazda cərəyan edən etnosiyasi
proseslərin
beynəlxalq
kontekstini
təhlil
etmək,
Azərbaycan-Gürcüstan
münasibətlərində Qərb və Rusiya amilini açıb göstərmək.
-
Azərbaycan siyasi şüurunda Zaqatala vilayətinə verilən simvolik
məna və əhəmiyyəti təsbit etmək.
-
1920-ci
il aprel çevrilişindən sonra Zaqatala məsələsinin
aktuallaşmasının bölgədə cərəyan edən hərbi-siyasi proseslər fonunda izah etmək,
məlum iyun üsyanı zamanı üsyan rəhbərliyinin imza atdığı «Gürcüstana
birləşmək» haqqında sazişi təhlil etmək.
-
Gürcüstanın sovetləşmədən sonra Zaqatala vilayətinə olan iddialardan əl
çəkməsi aktının mahiyyətini açmaq.
-
Zaqatala kənd icmalarının Çiaur meşəliyi və Şirək düzündəki
torpaqlarının mübahisə predmetinə çevrilməsi prosesini tədqiq etmək.
-
«Mübahisəli torpaq sahələri» adlanan məsələnin konfliktoloji təsnifatını
vermək.
-1918-1920-ci illərdə Zaqatala kəndlilərinin Çiaur meşəliyi və Şirək
düzündəki torpaq sahələri ətrafında cərəyan edən prosesləri təhlil etmək.
- Regionun sovetləşməsindən sonra Zaqatala kəndlilərinin sözügedən
torpaqlarının itirilməsi mexanizmini açıb göstərmək, 1924-cü ilin oktyabrın 15-17-
də Tiflisdə olmuş konfransın çıxardığı qərarların bu itkinin rəsmi təsbitində
oynadığı rolu izah etmək.
- XX əsrin 20-ci illərinin ikinci yarısında Zaqatala kənd icmalarının
Sığnaq qəzası ərazisindən sıxışdırılması mənzərəsini təhlil etmək.
Hər bir tədqiqat prosesinin olduqca mühüm qnoseoloji funksiyası
mövcuddur; bu, müəyyən metodoloji bazaya istinadən yeni elmi biliklərin əldə
olunmasıdır. Bu mənada son illərdə sosiohumanitar elmlər blokunda tarix elminin
metodoloji cəbbəxanasının intensiv surətdə zənginləşməsindən danışa bilərik:
Vətən tarixşünaslığı üçün nisbətən innovasiya səciyyəli tədqiqat texnikalarının, o
cümlədən inteqral-kompleks əhəmiyyətli elmlərarası (interdissiplinar) yanaşma və
metodların tətbiqi tarixi-sosial hadisə və prosesləri bir sıra ictimai elmlərin kəsişmə
fokusunda nəzərdən keçirməyə imkan verir.
Təqdim etdiyimiz əsərdə ənənəvi ümumelmi, məntiqi və konkret tarixi
(tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji) metodlarla yanaşı, yuxarıda
vurğulanan yeni elmi yanaşmalara da müəyyən mənada müraciət edilmiş, öyrənilən
hadisələrin tarixi, politoloji, konfliktoloji, kulturoloji planlarda rekonstruksiyasına
cəhdlər göstərilmişdir. Eyni zamanda, tədqiqatda qismən də olsa «intellektual
tarix»
12
adlanan və müasir dünya tarix elmində yetərincə möhkəm mövqe qazanmış
cərəyanın ideya və yanaşmalarına müraciət edilmişdir. Sözügedən cərəyan bu və
digər çağın ən müxtəlif təlim və nəzəriyyələrinin, intellektual mühitinin əsasında
duran «ideya bloklarını» öyrənməyə çağırılmışdır. Biz bu cərəyanın bəzi ide-
yalarının ruhunda bəhs etdiyimiz dövrün siyasi faktorlarının şüurunda hadisələrin
Dostları ilə paylaş: |