Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   120

 
55 
 
Yunanıstan  və  Roma  qədim  (antikvusk  –  qədim  deməkdir)  mədəniyyət  yaratmışdır.  Buna  görə  də  qədim  Yunan  və 
Roma mədəniyyəti Antik mədəniyyət  adlanır. 
 
 
 
 
 
Bilmək maraqlıdır 
 
 
 
 
 
 
 
Qədim Roma 
mədəniyyəti 
 
Təqvim tərtib edilmişdi 
 
Relyeflər düzəldilmişdi 
 
 
Latın əlifbası tərtib edilmişdi
 
 
Zəfər tağları inşa edilmişdi
 
 
Termlər inşa edilmişdi 
 
Beton ixtira edilmişdi 
 
―Eneida‖  Vergilinin  Roma  milli  eposu  adı  ilə  tanınan 
poemasıdır.  Əsərin  mövzusu  Troya  dastanından 
alınmışdır.  Burada  Troyanın  yunanlar  tərəfindən 
dağıdılmasından  sonra  Priamın  qardaşı  Anxizin  oğlu 
Eneyin  Qaçması  və  Romaya  gəlməsi  zamanı  başına 
gələn  əhvalatlar,  Roma  şəhərinin  əsasının  qoyulması 
nəql  olunur,  onun  nəslinin  gələcək  aqibəti  barədə 
məlumat  verilir,  Yuli  Sezar
 və  Oktavian  Avqustun  da 
hakimiyyətinin irsiliyinə haqq qazandırılır. 
 
Lukretsi  Kar  "Cisimlərin  təbiəti  haqqında"  fəlsəfi 
poemanın  müəllifidir.  Lukretsiyə  görə  insanı  xoşbəxt 
olmağa  qoymayan  ölüm  qorxusudur.  Lukretsinin 
fikrincə ruh öləndir, o xüsusi hisslərin yalnız müvəqqəti 
birləşməsidir  və  bədən  öldükdən  sonra  ayrı-ayrı 
atomlara  parçalanır.  Ruhun  ölməsinin  dərk  edilməsi 
nəinki  insanın  həyatına,  hətta  axirət  cəzasına  inamı 
aradan  qaldırar:  nə  qədər  ki,  biz  sağıq  ölüm  yoxdur, 
ölüm gələndə isə biz olmayacağıq. 
 
Roma yazıçısı  Varron  e.ə    vətəndaş müharibəsi  zamanı  
Yuli  Sezara  qarşı  Pompeyin  ordusunda  vuruşmuş, 
müharibədə  Sezar  qalib  gəldikdən  sonra  isə  onun 
tərəfindən  bağışlanmışdır.  Lakin  Sezar  öldükdən  sonra  
Antoni  tərəfindən  xalq  düşməni  elan  edilərək  mülkü 
müsadirə edildi. Lakin yazıçı sonra Oktavianın sevgisini 
qazanmış,  onun  mühafizəsi  altında  çalışmışdır.  Onun 
“Kənd  təsərrüfatı”  və  “Latın  dili  haqqında”  kitabları 
dövrümüzədək gəlib çatmışdır. 
 


 
56 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Panteon məbədi   II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, hələ 
ondan  iki  əsr  öncə  inşa  olunmuş  Panteon  məbədinin  yerində  ucaldılmışdır.  Bunuməbədin    üzərindəki 
"М.AGRIPPALF  COS  TERTIUM  FECIT"    latın  yazısı  də  sübut  edir.  Məbəd  daxili  mühitinin  bütöv 
kompozisiyası 
ilə 
seçilir. 
Məbədin 
inşasında 
dövrünün 
mahir 
memarlarından 
sayılan 
dəməşqli Apollodor iştirak etmişdir. Panteon məbədi  VII əsrin əvvəllərində kilsəyə çevrilərək bu günümüzə 
kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Panteon məbədində  İtaliyanın bir çox məşhur adamları 
( Rafael, kral Viktor II Emmanuel,  Umberto və.b) dəfn edilmişdir. 
 
Kolizey Qədim  Romanın  ən  əzəmətli  tarixi  abidəsi  olmaqla  yanaşı,  dünyada  ən  böyük  antik  amfiteatr  sayılır. 
Tikintisi  eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian 
Fələstindəki qələbədən sonra başlamış,  onun oğlu Titin dövründə bitirilmişdir. Uzun illər Kolizey qladiatorların 
və  vəhşi  heyvanların  döyüş  səhnələrinə,  dəniz  döyüşlərinə  ev  sahibliyi  etmişdir.  Katolik  kilsəsinin  mifik 
fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. 
 
Böyük  Plini  dövrünün  görkəmli  alimi  və  dövlət  xadimi 
olmuşdur.  Plini  elm  tarixindəki  yerini,  dövrünə  aid 
məlumatları  toplamaq  məqsədilə  qələmə  aldığı,  bəşər  
tarixinin  ilk  ensiklopediyası  sayılan  "Təbiət  tarixi" 
kitabına  borcludur.  Plini  günlərini    coğrafiya, 
astronomiya,  tibb  və  təbiət  kitablarını  oxumaqla 
keçirərək, səfərlərində təbiət hadisələrini müşaidə etmiş 
və  bu  kitabını  yazmışdır.    Bu  gün  də  əhəmiyyətini 
saxlamış "Təbiət tarixi" kitabı 37 kitabdan ibarətdir.  
 
Romanin  forum  meydanının  xarabalığı  (müasir  şəkil).  Roma  Forumu  ictimai  yer  idi  və  antik    Romanın  mərkəz 
ərazisi sayılırdı. Ticarət, iş,  ibadət və ədalətin hakimiyyəti burada baş verirdi. Bura. 
 


 
57 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Trayan  sütunu 113-cü  ildə Roma  imperatoru  Trayanın   qələbələri  şərəfinə  Roma 
şəhərində  ucaldılıb.    Trayan ,  öz  karyerasına  adi legionerlikdən  başlamış  və  Romada 
iperatorluğa qədər yüksəlmişdir . Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak 
etmiş  və  Romaya  əvəzolunmaz  tövhələr  vermişdir.  Onun  zamanınadək  Roma  heç  bir 
vaxt  bu  səviyyəyə  gəlməmiş,  imperiyanın  sərhədləri  bu  qədər  genişlənməmişdir.  İlk 
vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli 
qoyulmuşdu.  Bu  gün  də  öz  orjinallığını  qoruyan  və  heç  bir  rekanustruksiyaya  məruz 
qalmayan Trayan sütunu Roma şəhərinin simvollarından biri hesab olunur. 
 
 
Zəfər  tağı
  (Triumf )  -  Qədim  Romada qalib  gəlmiş  sərkərdənin  öz  qoşunu  və  əldə 
edilmiş qənimətlərlə birlikdə dörd ağ at qoşulmuş arabada şəhərə daxil olması hadisəsi 
idi.    Zəfər  Tağı  şəhərə  girişdə,  küçənin  sonunda  ,  körpü  başlanğıcında,  böyük 
küçələrdə qaliblərin şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılırdı. 
 
  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə