Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   120

 
235 
 
E.ə. 776-cı il
 
 
 
Yunanıstanda ilk Olimpiya oyunları keçirildi. 
E.ə. VIII əsr
 
 
 
Homer «İliada» və «Odisseya» dastanlarını yaratdı. 
E.ə. VI əsr
 
 
 
Homerin «İliada» və «Odisseya» dastanları  yazıya alındı. 
E.ə. V əsr
 
 
 
Heredotun ―Tarix‖ əsərini yazması ilə tarix elminin əsası qoyuldu.  
E.ə. V əsr
  
 
 
Afinada Parfenon məbədi  inşa edildi. 
E.ə. V əsrin sonları
 
 
Yunanıstanda ilk teatr binasi tikildi. 
E.ə. 431-404-cü illər
  
Afina və Sparta arasında müharibə baş verdi. 
***
 
E.ə. IV əsrin ortaları
 
Makedoniya dövləti güclü dövlətə çevrildi 
E.ə IV əsrin ikinci yarısı
  
Yunan şəhər dövlətləri tənəzzül etməyə başladıllar. 
E.ə. 338-ci il
 
Xeroneya  döyüşü.  Yunan  şəhər  dövlətlərinin  azadlığına  son  qoyuldu  və 
Makedoniyanın hakimiyyəti altına düşdü. 
E.ə-336-323-cü illər
 
 
Makedoniyalı İsgəndərin hakimiyyəti. 
E.ə 334-cü il
 
Makedoniyalı İsgəndər  Şərqə yürüşə başladı. 
E.ə. 334-cü il
  
 
Qranik döyüşü. 
E.ə. 333-cü il
 
 
İss döyüşü. 
E.ə. 331-ci il
 
Qavqamel  (Cancaı)  döyüşü.  III  Daranın  qoşunları  İsgəndər  tərəfindən  məğlub 
edildi. 
E.ə. 330-cu il
 
III  Dara  Baktriya  satrapı  Bess  tərəfindən  öldürüldü.  Əhəməni  imperiyası  süqut 
etdi. 
E.ə. 328-ci il
 
 
Makedoniyalı İsgəndər Hindistana yürüş etdi.  
E.ə. 323-cü il
 
Makedoniyalı  İsgəndər    vəfat  etdi  və  onun  vəfatından  sonra  imperiya  bir  neçə 
padşahlığa parçalandı. 
*** 
E.ə. 753-cü il
 
 
 
Roma şəhərinin əsası qoyuldu. 
E.ə. 753-509-cu illər
  
Romada padşahlq dövrü. 
E.ə. 509-cu il
 
Romada  üsyan  baş  verdi.    Romada  padşahlıq  idarə  üsulu  ləğv  edildi  və 
respublika quruluşu yaradıldı.  
E.ə. 509 – e.ə 30-cu il
  
Romada respublika quruluşunun mövcud olması. 
E.ə V-III əsrlər
 
Romada  patrisilərlə  plebeylər    arasında  mübarizə  baş  verdi.  Plebeylər  Romanın 
tamhüquqlu  vətəndaşına  çevirildilər,  hər  bir  Roma  vətəndaşı  istənilən  vəzifə 
tutmaq və icma torpaqlarında pay almaq hüququ qazandılar. 
E.ə. V əsrin əvvəli
  
Plebeylər xalq tribunlarını seçmək hüquqlarını qazandılar. 
E.ə 390-cı il
 
Qall (kelt) tayfaları  Romaya yürüş etdi. 
E.ə III əsr
 
 
Cənubi İtaliyanı tutmaqla Roma bütün İtaliyanın  işğalını başa çatdırdı. 
E.ə. 264-146-cı illər
  
Roma  ilə  Karfagen  arasında  Pun  müharibələri  baş  verdi.  Siciliya,  Sardiniya, 
Korsika adaları Roma tərəfindən işğal olundu. 
E.ə. 146-cı il
 
Karfagen  şəhəri  Roma  tərəfindən    tutularaq  dağıdıldı  və  Romanın  əyalətinə 
çevrildi. 
E.ə. 146-cı il
  
 
Makedoniya və Yunanıstan Roma tərəfindən işğal olundu. 
E.ə. 133-cü il
 
Tiberi Qrakx xalq tribunu seçildi. 
E.ə. 123-cü il
  
 
Qay Qrakx xalq tribunu seçildi. 
E.ə. 74-71-ci illər
 
Kapuya  şəhərindəki  qladiator  məktəbində  qullar  Spartakın  başçılığı  ilə  üsyan 
qaldırdılar. 
E.ə 71-ci il
 
Spartak  ilə  Roma  qoşunu  arasında  son  döyüş  baş  verdi.  Spatrak  üsyanı  Roma 
sərkərdəsi Krass və Pompey tərəfindən yatırıldı. 
E.ə 49-cu il
 
Yuli  Sezar    Qalliyadan  Roma  üzərinə  hücum  etdi.  Sezarla  Pompey  rərəfdarları 
arasında  vətəndaş  müharibəsi  baş  verdi.  Sezar  qalib  gələrək  Romada  təkbaşına 
hakimiyyəti ələ aldı. 
E.ə 49-44-cü illər
 
Yuli Sezarın Romada təkbaşına hakimiyyəti dövrü. 


 
236 
 
E.ə 44-cü il
 
 
Yuli Sezar sui-qəsd nəticəsində öldürüldü. 
E.ə 30-cu il
 
Antoni  və  Oktavian  arasında  Romada  yeni  (ikinci)  vətəndaş  müharibəsi  baş 
verdi.   Antoni  məğlubiyyətə  uğradı,  Oktavian  qoşunları  İsgəndəriyyə  şəhərini 
tutdular,  Misir  Romanın  əyalətinə  çevirildi,  Oktavian  Romanın  şərq  və  qərb 
əyalətlərinin tək hakimi oldu. 
E.ə 30 - e. 14-cü illər
 
Oktavian Avqustun hakimiyyəti illəri.  
E.ə 30 - e. 476-cı illər
 
 
Romada imperiya dövrü. 
E.ə. I əsr – e. I əsri
 
 
Roma poeziyasının «qızıl dövrü. 
I əsr
 
 
Roma əyaləti olan Fələstində xristianlıq dini meydana gəldi. 
II əsr
 
 
Romada qulların öldürülməsi qadağan edildi. 
II-III əsrlər
 
Romada quldarlıq quruluşunun tənəzzülü  başlandı, «daxmalı qullar» və kolonlar  
meydana gəldi. 
313-cü il
 
Roma  imperatoru  Konstantin  xristianlığı  dövlət  dini  kimi  qəbul  etdi  və 
xristianlara açıq ibadət etməyə, onlara məbədlər tikməyə icazə verdi. 
330-cu il
  
Roma  imperiyasının  paytaxtı  Vizantiyə  (Bizans)  köçürüldü  və  imperator 
Konstantinin şərəfinə Konstantinopol adlandırıldı. 
395-ci il
 
Roma  imperiyası  iki  hissəyə  parçalandı.  Qərbi  və  Şərqi  Roma  imperiyaları 
yarandı. 
395-476-cı illər
 
 
Qərbi Roma imperiyasının mövcud olması. 
395-1453-cü illər
 
 
Şərqi Roma (Bizans) impesiyasının mövcud olması. 
451-ci il
 
Qərbi  Hun  imperatoru  Atilla  ilə  Roma  ordusu  arasında  Katalaun  döyüşü  baş 
verdi. 
455-ci il
 
Vandallar  Roma şəhərini tutaraq dağıtdı və vandalizm hadisəsini törətdilər. 
476-cı il
 
German tayfalarının Qərbi Romanın sonuncu imperatorunu taxtdan saldı. Qərbi 
Roma imperiyası süqut etdi. Qərbi Avropada quldarlıq quruluşu dağıldı. Qədim 
dünya tarixi sona çatdı və dünya tarixinin orta əsrlər dövrü başladı. 
 
 
ORTA ƏSRLƏR DÖVRÜ 
 
IV əsr
    
 
 
 ―Xalqların böyük köçü‖ başladı. 
370-ci il
 
Don  sahilində  hunlar  alanları  məğlub  edərək  Azov  ətrafı  əraziləri  və 
Şimali 
Qafqazı 
ələ keçirdilər. 
371-ci il
 
Hunlar ostqot tayfaları ilə döyüşlərdə onları məğlub edərək Krımı ələ keçirdilər. 
400-cü il
 
Hunlar  Dunay  çayı  sahilində  qot  tayfalarını  məğlub  edərək  Pannoniyada 
məskunlaşdılar.
 
IV əsr – 470-ci il
 
Qərbi Hun imperatorluğunun
 
mövcud olması. 
447-ci il
 
Atilla Bizansa yürüş etdi.
 
451-ci il
 
Qərbi  Hun  imperatorluğu  ilə  Roma  imperiyası  arasında 
Katalaun döyüşü  baş 
verdi. 
452-ci il
 
Atilla Roma şəhərini mühasirəyə aldı. 
453-cü il
 
Atilla vəfat etdi və Qərbi Hun dövləti   
onun oğlanları arasında bölüşdürüldü.
 
470-ci il
 
Qərbi Hun imperatorluğu  süqut etdi. 
***
 
III əsr
 
Kiyat şəhəri Xarəzm vilayətinin paytaxtı oldu.  
IV əsrin sonları
 
Ağ Hun dövləti yarandı. Xarəzm vilayəti 
Ağ Hun dövlətinin tabeliyinə keçdi.
 
IV əsr – 567-cı il
 
Ağ Hun imperatorluğun
un
 mövcud olması. 
V  əsr
 
Ağ Hun dövləti Eftal xanın adı ilə  Eftalit dövləti adlanmağa başladı.
 
V əsr
 
Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə düşdü.
 
430-cu il
 
Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə