Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   120

 
124 
 
Bunlardan başqa səlib yürüşləri zamamı avropalılar Şərqdən aşağıdakılar öyrəndilər: 

 
Avropalılar kağız, barıt və kompasla tanış oldular. 

 
Yeni kənd təsərrüfatı bitkilərini əkib becərməyi öyrəndilər 

 
Avropada çəltik, qarabaşaq, limon, ərik, qarpız becərilməsinə başlanıldı. 

 
Yel dəyirmanından istifadə etməyi öyrəndilər. 

 
İpək parçalar toxumağı, güzgü istehsal etməyi öyrəndilər.. 

 
Onların qida məhsulları sırasına şəkər də daxil oldu. 
Xaç yürüşlərinin  Şərq üçün isə aşağıdakı nəticələri oldu: 

 
Şərq  böyük dağıntılara  məruz qaldı, inkişaf etmiş şəhərlər dağıdıldı. 

 
Xaç yürüşlərinə məruz qalmış ölkələrdə mədəniyyət  tənəzzül etdi. 

 
Minlərlə türk-müsəlman əhali kütləvi surətdə qırılıb məhv edildi. 

 
Bir çox Şərq ölkələri bundan sonra uzun müddət özünə gələ bilmədi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yürüşlər 
Nəticəsi 
 
Birinci səlib yürüşü 
(1096-1099) 
 
 
Səlibçilər Kiçik Asiyada səlcuqları məğlub edərək Qüdsdə müsəlman 
qırğını törətdilər və Qüds  krallığını yaratdılar. 
 
İkinci səlib yürüşü 
(1147) 
 
 
Səlibçilər Misir hökmdarı Səlahəddin Əyyubi tərəfindən məğlub edilərək 
Qüdsdən qovuldular. 
 
Üçüncü səlib yürüşü 
(1190) 
 
Müqəddəs şəhri geri qaytarmaq uğursuzluqla nəticələndi. 
 
Dördüncü səlib yürüşü 
       (1199-1204) 
 
 
Bizansın paytaxtı Konstantinopol tutuldu və Müqəddəs Sofiya kilsəsi qarət 
olundu. 
 
Səkkizinci səlib yürüşü 
     (XIII əsrin sonları) 
 
 
Səlibçilər müsəlman ölkələrində işğal etdikləri topraqlardan tamamilə 
qovuldular. 
 
Dəbdəbəli 
yaşamağı 
öyrəndilər 
Yeni təsərrüfat 
bitkilərini becərməyi 
öyrəndilər 
 
Kağız, barıt və 
kompasla tanış 
oldular 
 
İpək 
parçalar
 
toxumağı 
öyrəndilər 
Yel dəyirmanından 
istifadə etməyi 
öyrəndilər 
 
Təsərrüfatında baş vermiş dəyişikliklər
 
Qərb feodallarının Şərq 
ölkələrini işğal etmək 
cəhdləri baş tutmadı
 
 
 
Səlib yürüşlərinin 
siyasi və iqtisadi 
nəticələri 
 
İtaliya tacirlərinin 
Şərqdə ticarət 
mərkəzləri yarandı 
 
Şərqlə ticarətdə 
birincilik Şimali İtaliya 
şəhərlərinin əlinə keçdi 
 
Aralıq dənizində  
ticarət daha da  
canlandı 
 
Venesiya və Genuya  
Şərqlə ticarətdə Bizansı 
geridə qoydu 
 


 
125 
 
İspaniya 
 
İspaniya Klassik feodalizmə keçid dövründə 
VIII 
əsrdə  ərəblər  qalibiyyətli  yürüşlər 
nəticəsində  Pireney  yarımadasını  tutaraq  burada 
Kordova ərəb xilafətini yaratdılar.  
Ərəb  İspaniyasında  keçmiş  Roma  əyalətlərinin 
sakinlərinin  nəsilləri,  vesqolar,  ərəblər,  bərbərlər  və 
yəhudilər 
birgə 
yaşayırdılar.  Müsəlmanlar  ərəb 
İspaniyasını 
Əndəlus 
adlandırırdılar. 
Klassik 
feodalizmə  keçid  dövründə  müsəlman  İspaniyası 
Avropanın  çiçəklənən  hissəsi  idi.  XI-XV  əsrlərdə 
müsəlman İspaniyasına (Əndəlusa) aiddir: 

 
İspaniyanın cənubunda tarixi vilayət idi. 

 
Əkinçilik, sənətkarlıq inkişaf etmişdi. 

 
Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər. 

 
Ərəblər vətənlərində olduğu kimi, burada da uzunyunlu qoyun cinsləri yetişdirirdilər. 

 
İqtisadi inkişafında  filiz çıxarılması, ipək, mahud, kağız silah və şüşə istehsalı mühüm rol oynayırdı. 

 
Paytaxt şəhəri olan Kordova  mədəniyyət  elm mərkəzi idi. 

 
Güclü ticarət donanması sayəsində Afrika, Abbasilər xilafəti, İtaliya  Bizansla ticarət əlaqələri saxlayırdı. 

 
Ərəb tacirləri tərəfindən burada istehsal edilən sənətkarlıq mallarını Hindistana və Mərkəzi Asiyaya aparırdı. 

 
Mədəniyyət  yüksək  inkişaf  etmişdi.  Seviliyada  Əlkəsar  saray-qalası  (XII  əsr)  və    Qranada  hakimlərinin 
Əlhambra  sarayı  -  Qırmızı  saray  (XIII-XV  əsrlər)  kimi    müsəlman  memarlığının  ən  gözəl  nümunələri 
yaradılmışdı. 

 
 
 
 
UNESCO-nun Ümumdünya irsi  - Əlhambra sarayı 
 
 
Bilmək maraqlıdı... 
 
VIII  əsrin  əvvəllərində  (711-ci  ildə)  Əməvi  xəlifəsi  I  Vəlidin  dövründə 
sərkərdə Tariq bin Ziyadın başçılıq etdiyi İslam ordusu dörd gəmi ilə daha sonralar öz 
adı  ilə  adlanan  Cəbəllütariq    boğazını  keçərək  Əndəlusa daxil  oldu.  Tariq  bin  Ziyad 
cəmi  7000  mücahid  ilə  yola  çıxmışdı.  O,    İspaniya  sahillərinə  çıxar-çıxmaz  gəldikləri 
gəmiləri  yandırmaq  əmri  verir  və  bu  tarixi  sözlərini  söyləyir:  “Ey  Mücahid 
qardaşlarım!  Görürsünüz  ki,  arxanızda  düşmən  kimi  dəniz,  önünüzdə  isə  dəniz  kimi 
düşmən  var.  Hara  qaçacaqsınız?  Sizin  üçün  yalnız  sədaqət  və  səbr  qalmışdır.  Geriyə 
dönüş yoxdur. Düşmənin silahı, təchizatı və ərzağı boldur. Sizin isə silah olaraq ancaq 
qılınclarınız, ərzaq olaraq isə düşmənin əlindən alıb sahib olabiləcəkləriniz vardır”. 
Bu  sözlərdən  sonra  heç  bir  çıxış  yolunun  qalmadığını    başa  düşən  ərəb 
döyüşçüləri  qəhrəmanlıqları  və  şücaəti  sayəsində  onlardan  xeyli  çox  olan  ispan 
ordusunu  məğlub  etdi  və  İspaniyanı  fəth  edib  Avropanın  cənubunda  İslam  xilafəti  - 
Kordova xilafətinin əsasını qoydular. 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə