Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   120

 
116 
 
Bizans müvəqqəti olaraq türklərin işğal etdiyi əraziləri geri alsa da, imperiyada böhran gücləndi. Roma Papası ilə 
Bizansın  münasibətləri  pisləşdi.  Bu  dəfə  səlibçilər  artıq  Bizansın  özünə  qarşı  çıxdılar  və  Konstantinopola  yürüş  etdilər. 
Yürüşün ağır nəticələri Bizansı zəiflətdi.  
XIV-XV əsrlərdə Osmanlı türkləri Bizansa tez-tez hücumlar edirdilər. Bizans bu hücumlara davam gətirə bilmirdi. 
1453-cü  ildə  dünyanın ən uzunömürlü imperiyası olan Bizans dövlətinin varlığına Osmanlılar tərəfindən son qoyuldu. 
 
 
 
Slavyanlar. Rusiya 
 
Slavyanların yaşadığı ərazi və məşğuliyyətləri 
Slavyanlar 
qədim  zamanlardan 
Mərkəzi  və  Şərqi  Avropada  yaşayırdılar.  VI  əsrdə  onların  yaşadığı  ərazi  şərqdə 
Dnepr çayının ortalarından, qərbdə Elba çayına qədər, şimalda Baltik dənizindən, cənubda Dunay çayına  Qara 
dənizə qədər olan ərazini əhatə edirdi. Slavyanlar 3 qrupa bölünürdülər: 

 
Qərbi slavyanları- çexlər, polyaklar, slovaklar

 
Cənubi  slavyanları  -  (Balkan  yarımadası)  bolqarlar, 
serblər, xorvatlar

 
Şərqi slavyanları - ruslar, ukraynalılar, belaruslar
Erkən orta əsrlərdə (VI-IX əsrlərdə) slavyanlara aiddir: 

 
İbtidai  icma  quruluşundan  birbaşa  feodalizmə 
keçmişdilər. 

 
Bütün işlər Xalq yığıncağında (vaçedə) həll edilirdi. 

 
İlk dövlətləri IX əsrdə meydana gəlmişdi. 

 
Başlıca məşğuliyyətləri əkinçilik olmuşdu. 
QEYD:
  Bizans  tarixçisi  Psevda  Mavrikin  göstərir  ki, 
slavyanların təsərrüfat sahəsi oturaq əkinçilik idi. Alman 
salnaməçisi  isə  qeyd  edir  ki,  slavyanlr  təkcə  əkinçiliklə 
yox,  təsərrüfatın  digər  sahələri  ilə  də  məşğul  olurdular.
 
Slavyanlarda sənətkarlıq inkişaf etmişdi. Onlar saxsı qabl 
ar, bəzək əşyaları, silah hazırlayırdılar. 
 
 
 
 
 
Slavyanlarda ilk dövlətlərinin meydana gəlməsi 
Eramızın ilk əsrlərində slavyanlar ibtidai icma quruluşunda yaşayır  və hələ dövlət yaratmamışdılar.  IX-X əsrlərdə 
feodalizmə keçidlə əlaqədar olaraq slavyanlarda ilk dövlətlər yarandı. 

 
IX  əsrin  sonlarında   
Şərq  slavyanların  ilk  dövləti  olan  Kiyev  dövləti  (882-ci  ildə)  meydana  gəldi.  Kiyev 
dövləti bir müddət xəzərlərdən asılı vəziyyətdə olmuşdur. 

 
X  əsrin  əvvəllərində    Qərb  slavyanların    ilk  dövləti  olan  Çexiya  dövləti 
meydana  gəldi
.  Çexiya  dövlətinin 
ərazisi ticarət yollarının üzərində yerləşdiyi üçün bu dövlətin inkişafına müsbət təsir göstərdi və  paytaxtı Praqa 
şəhəri Avropanın ən böyük şəhərlərindən birinə çevrildi. 

 
X  əsrin  ortalarında  Polşa  dövləti 
meydana  gəldi
.  Knyaz  İgid  Beloslav  (I  Beloslav)  dövründə  bütün  Polşa 
torpaqları birləşdirildi və Polşa dövləti qüvvətləndi. 
Slavyanlarda dövlətin meydana gəlməsi ilə  eyni vaxtda onlarda yazı da yarandı.  IX əsrdə qədər isə slavyanların 
yazısı olmamışdı. 
 
 
 
Slavyanlar 
ukrayn 
 
rus
 
belarus
 
çex
 
polyak
 
slovak
 
bolqar
 
serb
 
xorvat
 
Şərq 
 
Cənub 
 
Qərb 
 
 
Slavyan xalqları 


 
117 
 
Kiyev dövlətinin müstəqil knyazlıqlara parçalanması 
XI  əsrin  sonu  –  XII  əsrin  əvvəllərində 
geniş  əraziyə  malik  olan,  lakin  daxildən  möhkəm  olmayan 
Kiyev 
dövlətində


 
Natural təsərrüfatın hökm sürdüyü bölgələr arasında iqtisadi əlaqələr zəif idi.
 

 
Feodal dağınıqlığı şəraitində 
çox böyük torpağa sahib olan knyazlar  meydana gəlirdi.
 

 
Şəhərlər feodal torpağında salınır  və onun xüsusi mülkiyyətinə daxil edilirdi. 

 
Şəhərlər dövlətə tabeçilikdən boyun qaçırır, öz knyazlıqlarını yaradırdılar. 
 
 
 
 
 
 
Rus knyazlıqlarının monqol əsarətinə düşməsi  
Kiyev dövləti  parçalandıqdan sonra onun ərazisində müstəqil knyazlıqlar 
-  feodal  respublikaları  meydana  gəldi.  Ölkənin  parçalanmasından  istifadə  edən 
monqollar 
XIII  əsrdə  (
1237-1240-cı  illərdə)
    rus  torpaqlarına  hücum  etdilər. 
Monqol  hücumlarının    nəticəsi  olaraq  monqollar 
rus  knyazlıqlarını  işğal 
etməsə  də,  onları  özlərindən  vassal  asılılığına  saldılar.  Monqol  yürüşləri 
nəticəsində: 

 
Şəhərlər xeyli ziyan çəkdi,
 sənətkarlıq və ticarət zəiflədi.
 

 
Rus  knyazlıqları  Qızıl  Ordu  dövlətinin  vassal  asılılığına  düşdülər 
 
(1240-1480-ci illərində)

Xərac  almaqla  kifayətlənən  Qızıl  Ordu  xanları 
XIV  əsrin  ikinci 
yarısından  başlayaraq 
Rus  torpaqlarına  yürüşlər  etmədilər. 
Qızıl  Ordu 
xanlarının rus torpaqlarına hücumlarının kəsilməsi nəticəsində:
 

 
Şəhər həyatında yenidən canlanma baş verdi.
 

 
Rus şəhərlərinin ticarət həyatı bərpa olundu. 

 
Moskva şəhəri iri sənətkarlıq mərkəzinə çevrildi. 

 
Rus k
nyazlıqları Qızıl Orduya  vaxtlı-vaxtında xəracı ödəmədilər. 
 
Bu  amillər  Rus  torpaqlarının  vahid  dövlətdə  birləşməsi  üçün  şərait 
yaratdı. 
 
 
 
 
 
 
 
 
 
Şəhərlər arasında iqtisadi 
əlaqələrin yaranması 
 
Ticarət əlaqələrinin 
canlanması 
 
Təsərrüfatın  
inkişafı 
 
Rus torpaqlarının vahid dövlətdə birləşməsinə şərait yaradan amillər
 
Kiyev dövləti XI əsrin sonu – XII əsrin əvvəllərində 
 
 
Natural təsərrüfat  hökm 
sürürdü 
 
Geniş əraziyə malik olsada 
möhkəm deyildi 
 
Bölgələr arasında iqtisadi 
əlaqələr zəifləmişdi 
 
Ərazisində müstəqil 
knyazlıqlar yaranmışdı 
 
Şəhərlər öz knyazlıqlarını 
yaradırdılar
 
Feodal dağınıqlığı dövrü 
keçirirdi 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə