Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə46/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   236

 

141 


sonunda isə 5 saat oyaq qala bilir. Orqanizm möhkəmlənir, müqavi-

məti artır, ona görə də uşağın xəstələnmə ehtimalı da azalır. Bu yaş-

da uşağın oyununu təşkil edərkən ona müxtəlif ölçülü toplar, araba-

cıqlar və s. vermək olar. Bu dövrdə uşaqlarda öyrənmə həvəsi artır, 

müşahidəçilik  qabliyyəti  güclənir,  xüsusən,  görmə  həsaslığı  xeyli 

çoxalır.  İkinci  ilin  sonuna  yaxın  uşaqlarda  hərəkət  daha  da  inkişaf 

edir.  Onlar  çevik  və  cəld  hərəkətlər  edirlər.  Həyatın  ikinci  ilində 

uşaqlarda  öyrənmə  güclənir.  Bu  yaşda  olan  uşaqların  həyatında 

oyun böyük əhəmiyyət kəsb edir. Oyun zamanı uşaqlar müxtəlif əş-

yalarla rəftar etmək bacarığına yiyələnirlər. Bu da uşaqlarda müstə-

qil hərəkəti inkişaf etdirir, eləcə də onlar adamlarla qarşılıqlı müna-

sibəti  öyrənir,  ətraf  mühit  haqqında  isə  təsəvvürləri  genişlənir. 

Oyuncaqların  sistemlə  düzülməsi  oyun  zamanı  onlardan  səmərəli 

istifadə etməyə şərait yaradır. 

İki yaşında olan uşaqlarda nitq inkişaf edir və təkmilləşir. Yaş 

yarımlıq uşaq cəmi 30-40 söz öyrənir. Bəzən bir sözlə müəyyən bir 

fikri ifadə edir. Çox vaxt sözləri düzgün ifadə etmir, kəkələyir, onun 

nə demək istədiyini yalnız yaxın adamlar, xüsusən ata-anası tez ba-

şa düşür. İki yaşın sonunda uşaq 300-ə qədər söz işlədir ki, bunlar-

dan  bəziləri  hətta  əşyaların  keyfiyyətinə  aid  olur.  Onun  nitqində 

qısa cümlələr tədricən geniş yer tutmalıdır. 

Üç  yaşında  uşaqlarda  oyaq  qalma  vaxtı  artaraq  6-6,5  saat 

olur.  Onlarda  gəzinti  vaxtı  da  artır,  çünki,  onlar  daha  müstəqil 

olurlar. Birinci gəzinti 2 saat, ikinci gəzinti 1,5 saat olur. 

Uşaq  üç  yaşında  olanda  onun  fiziki  inkişafı  ləng  gedir.  Bir 

ildə uşağın çəkisi orta hesabla 2-2,5 kq, boyu isə 7-8 sm artır, lakin 

onlar artıq daha möhkəm və dözümlü lurlar. Bu yaşda uşaq 6 saat-

dan 6,5 saata kimi oyaq qala bilir. 

Bu  yaşda  uşağın  yeriməsi  xarakter  alır,  tədricən  artıq  hərə-

kətlər yox olur, “dayan” işarəsi ilə uşaq hərəkətlərini ləngidir. Uşaq 

müstəqil  geyinir,  soyunur,  əl-üzünü  yuyur,  karandaşla  işləyir,  yap-

ma işləri görür. Yaxşı işdən sevinir, müvəffəqiyyətsizlik baş verdik-

də kədərlənir. 

Üç yaşında uşağın nitqi yaxşılaşır, xatirələr danışır, nəticə çı-

xarır, təbiət hadisələrinə öz münasibətini bildirir, göy guruldayanda 

“yağış yağacaq” deyir. Üç yaşda uşaqda lüğət ehtiyyatı zənginləşir, 



 

142 


1200-1300  sözdən  istifadə  edir,  böyüklərin  dediyi  sözü  təkrarlayır, 

öyrəndiyi şeiri yadda saxlayır və yada salır, nitq hissələrindən baca-

rıqla  istifadə  edir.  Bu  yaşda  uşaqların  nitq  inkişafını,  ətraf  mühitə 

münasibətini  formalaşdırmaq  üçün  didaktik  vəsait  komplektindən 

istifadə  etmək  çox  faydalıdır.  Həyatının  üçüncü  ilində  uşağın  inki-

şafı xeyli ləng gedir. Üçüncü ilin sonunda uşağın 93-94 sm, çəkisi 

14 -15 kq olur. Uşaqların boyu əsasən qılçaların uzanması hesabına 

artır.  


3 yaşından 6 yaşadək olan dövr uşaqların bağça dövrüdür

Bu  yaş  dövrü  üçün  xarakterik  olan  xüsusiyyətləri  ümumiləş-

miş şəkildə aşağıdakı kimi şərh edə bilərik: 

-3-4  yaşında  uşaqlarda  özünütəsdiq  yaranır.  Mümkün  rеaksi-

yalar  meydana  çıxır:  qulaq  asmamaq,  tərslik,  nеqativizm,  “böyük-

ləri məcburеtmə (“Mən özüm”, “Mən özüm bilərəm”, yalnız özünü 

lоvğalandırma, özünü öymə), təklikdə оynama həvəsi yaranır. 

-  4-5  yaşında  uşaqlarda  maraq  dairəsi  genişlənir,  “nə  üçün”, 

“niyə”, “nəyə görə” sualları meydana çıxır. 

-  5-6  yaşlı  uşaqlarda  böyüklərlə  münasibətlər  uyğunlaşır, 

uşaqlarla ünsiyyət və münasibətlər inkişaf edir, uşaqlarda lidеrlik və 

tabе оlma münsibətləri yaranır. Şəkilçəkmə, konstruktor bacarıqlar, 

musiqi  qabiliyyətləri  nkişaf  edir.Təхəyyülün  inkişafı  prosesi  baş 

verir. Digər insanlarla birlikdə dialоji nitq xeyli inkişaf edir. 

Məktəbə hazırlığın fоrmalaşması dövrü başlayır. Məktəbə get-

məyə həvəslə çalışır. Məktəbə hazırlığın fоrmalaşması – uşağın ya-

zının, охunun öyrənilməsinə fоrmal şəkildə hazırlığı, оnun məktəbə 

psiхi hazırlığı, еyni zamanda zеhni, еmоsiоnal və sоsial inkişafının 

əsas  göstəriciləri  dеməkdir.  İlk  əхlaqi-еtik  anlayışlar  da  yaranır. 

Nəyin yaхşı, nəyin pis оlduğunu anlayır. İntеllеktal sahədə isə diq-

qətin  cəmləşməsi,  еşidilənləri  dərkеtmə,  lüğət  fоndunun  inkişafı, 

nitqin  inkişafı,  əyani  оbrazlı təfəkkürün inkişafı,  fоnеmatik  еşitmə, 

ümumləşdirmələr bacarığı, rеallığa еmоsiоnal yanaşma tərzi, mənti-

qi dərkеtmə tərzi, görmə-hərəkət kооrdinasiyası inkişaf edir. 

Bağça  yaşlarında  uşağın  orqanizmi  daha  da  möhkəmlənir, 

dünyagörüşü  genişlənir,  biliyi  artır,  fəallığı  və  müstəqil  davranışı 

xeyli dərəcədə inkişaf edir. 



 

143 


Kiçik  məktəb yaşlı  uşaqların (6-10) hələ zəif olan orqaniz-

mində  bir  çox  yeni  keyfiyyətlər  əmələ  gəlir.  Məktəbəqədər  yaş 

dövrünə  nisbətən  boyun  inkişafı  ləngiyir,  çəki  isə  nəzərə  çarpacaq 

dərəcədə artır. Bu yaşda skeletdə sümükləşmə gedir, lakin hələ başa 

çatmır. Diqqət yetirilməsə, uşağın onurğası asanlıqla əyilə bilər. Bu 

dövrdə uşağın əzələ sistemi intensiv inkişaf edir, əzələlərin qüvvəsi 

xeyli artır. Bunun sayəsində uşaq sürətlə yazı vərdişlərinə yiyələnir. 

Həmin dövrdə uşaqlarda əsəb sistemi təkmilləşir, baş beynin böyük 

yarımkürələrinin  funksiyaları  intensiv  inkişaf  edir,  beyin  qabığının 

analitik  və  sintetik  funksiyaları  güclənir.  Bu  yaş  dövrunda  uşagın 

beyninin çəkisi demək olar ki, böyük adamın beyninin çəkisi qədər 

olur və 1400 qrama çatır. Uşağın psixikası sürətlə inkişaf edir. Hiss 

orqanlarının dəqiqliyi yüksəlir. 

Kiçik yaşlı məktəblilərin qavrayışı sabit və mütəşəkkil оlmasa 

da, оnlar ətraf aləmi həvəslə, emosional qavrayırlar. Müəllimlər bu-

na arxalanaraq şagirdləri məqsədyönlü  dinləməyə alışdırır, onlarda 

müşahidəçilik  qabiliyyətini  inkişaf  etdirirlər.  Məktəb  həyatı  uşaq-

dan ixtiyari diqqəti daim məşq etdirməyi, onu cəmləmək üçün iradi 

səy göstərməyi tələb edir. Onlarda ixtiyari diqqət bağça yaşına nis-

bətən bir qədər qüvvətlənsə də, onlar hələ özlərini ev tapşırığını icra 

etməyə  məcbur  edə  bilmirlər,  diqqətlərini  uzun  müddət  bir  iş  üzə-

rində  toplamaqda  çətinlik  çəkirlər.  Bu  yaşda  uşaqların  diqqəti  tez-

tez  yayınır, təfəkkürü emosional-obrazlı təfəkkürdən abstrakt-mən-

tiqi  təfəkkürə  doğru  inkişaf  edir.  Təlim  onların  intellektini  sürətlə 

inkişaf etdirir. 

Kiçik məktəb yaşlı uşaqların diqqəti həcm etibarı ilə də geniş 

olmur, onlar eyni zamanda iki iş üzərində diqqətlərini bölə bilmir-

lər.  Məsələn,  yaza-yaza  danışa  bilmirlər.  Onların  təfəkkürü  nitqlə 

qarşılıqlı əlaqədə inkişaf edir. Bu yaşda uşaqların söz ehtiyatı artır, 

fikirlərini şifahi və yazılı ifadə etməkdə çətinlik çəkmirlər. 

Məktəblinin  idrak  fəaliyyətində  hafizənin  böyük  əhəmiyyəti 

vardır. Kiçik məktəb yaşlı şagirdlərdə hafizə daha çox əyani-obrazlı 

xarakterdə olur. Şagirdlər təlim  materialını  daha  çох mexaniki öy-

rənmə yolu ilə yadda saxlayırlar. Onlar böyük bir seiri, mətni çətin-

lik çəkmədən olduğu kimi əzbərləyir, lakin onu öz sözləri ilə danış-

maqda çətinlik çəkirlər. Hafizənin bu cür xüsusiyyətindən uşaqların 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə