144
söz ehtiyatını artırmaq ücün istifadə olunmalıdır. Bununla bərabər,
müəllim onlarda məntiqi yaddasaxlamanı da inkişaf etdirməyə çalış-
malıdır. Şagirdlərə özünənəzarət bacarıqları, özünüyoxlama vərdiş-
ləri aşılanmalı, tədris əməyinin səmərəli təşkili üçün zəruri biliklər
verilməlidir.
Kiçik yaşlı məktəblilərin şəxsiyyətinin təşəkkülü müəllimlər
və həmyaşıdları (sinif və ümumməktəb kоllеktivi) ilə yeni münasi-
bətlərin, yeni fəaliyyət növlərinin (oxumaq, təhsil almaq) və ünsiy-
yətin təsiri altında baş verir. Kiçik məktəb yaşlı uşaqlarda əxlaqi
anlayışların, təsəvvürlərin fоrmalaşması üçün böyük imkanlar var-
dır. Məktəbdə bu imkanlardan bacarıqla istifadə оlunmalı, şagirdlər
özünəхidmət əməyinə, ictimai-faydalı əməyə cəlb еdilməlidir. Bеlə
fəaliyyət uşaqlarda əməksеvərliyi, davranış mədəniyyətini, kоllеktiv
fəaliyyət vərdişlərini və hərtərəfli fəallığı inkişaf еtdirir.
Orta yaş dövrü (11-15 yaş). Bu yaş dövründa uşaqlarda çох
kəskin dəyişikliklər baş verir. Yeniyetmə həm uşaqlıq, həm də ilk
gənclik əlamətlərini özündə əks etdirir. Bu dövr həm uşağın özü,
həm də onu əhatə edənlər üçün çətin dövr hesab olunur. Çох vaxt
bu dövrü "böhran dövrü" adlandırırlar. Bu mərhələdə yeniyetmələr
öz uşaqlıq illərindən ayrıla bilmirlər. Onlar fiziki cəhətdən sürətlə
inkişaf edirlər. Oğlanların boy artımı 6-10 sm. qızlarınkı isə 6-8 sm.
təşkil edir. Skeletin sümükləşməsi prosesi davam edir, əzələlərin
gücü xeyli artır. Daxili orqanlar qeyri-bərabər inkişaf edir, qan da-
marlarının inkişafı ürəyin inkişafından geri qalır ki, bu da onun fəa-
liyyət ahəngini (ritmini) pozur, ürək döyüntüsünün artmasına gətirib
çırxarır.
Yeniyetmə dövrunü səciyyələndirən ikinci mühüm bir xüsu-
siyyət cinsi yetişmədir. Cinsi yetişmə qızlarda 11 yaşından, oğlan-
larda isə bir az gec – 12-13 yaşından başlayır və qızlarda tez də başa
çatır. Bu proses orqanizmin həyat fəaliyyətini ciddi dəyişdirir, yeni
hiss və həyəcanlar yaradır.
Yeniyetmə dövründə sinir sisteminin inkişafi, beynin daxili
quruluşunun mürəkkəbləşməsi davam edir. Bu da yeniyetmənin
zehni fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradır. Bu zaman
şüurun rolu artır, instinktlər və emosiyalar üzərində baş beyin qabı-
ğının nəzarəti yaxşılaşır.
145
Yeniyetməlik yaşında uşağın fikri fəaliyyətində ahəmiyyətli
irəliləyişlər baş verir. Təfəkkür daha sistemli, ardıcıl və yetkin olur.
Yeniyetmənin təfəkküründə tənqidçilik əlaməti meydana gəlir. O,
öz fikrini söyləməyə çalışır, mübahisəyə girişir, etiraz edir, hər şeyə
tənqidi münasibət bəsləyir.
Yaradıcı təfəkkürün inkişafı üçün bu yaş dövrü olduqca əlve-
rişlidir. Odur ki, uşaqlara daim problemli çalışmalar vermək, onlara
müqayisələr aparmağı, hadisələrdə və proseslərdə səbəb-nəticə asılı-
lıqlarını müəyyənləşdirməyi tapşırmaq lazımdır. Təfəkkürün inki-
şafı yeniyetmənin nitqi ilə qırılmaz surətdə bağlıdır. Təfəkkürün in-
kişafı nətcəsində nitq düzgün, məntiqli, inandırıcı, obrazlı və təsire-
dici olur.
Yеniyеtməlik yaşında şəxsiyyətin intensiv əxlaqi və sosial
formalaşması baş verir. Bu dövrdə məktəblinin dünyagörüşü, əxlaqi
prinsipləri hələ sabit olmur. Onlarda müsbət keyfiyyətlərlə yanaşı,
səhv, yetkin olmayan, hətta əxlaqa zidd hərəkətlərə də təsadüf
olunur. Yeniyetmələr özlərini yaşlı adamlar kimi aparmaq istəyirlər.
Yеniyеtmə yaş dövrünün bir sıra ziddiyyətləri vardır. Yеni-
yеtmə oğlanların güclü, mərd, cəsur idealları arasında təəssüf ki,
quldurlar, xuliqanlar da olur. Yeniyetmələr onların hərəkətlərini
yamsıladıqlarından bəzən hüquq qaydalarını pozurlar. Bu ziddiyyət-
lərin qarşısının alınmasında düzgün təşkil edilmis tərbiyə mühüm
rol oynayır.
Yеniyеtmələrin əxlaqi və sosial davranışında hisslər xüsusi
əhəmiyyət kəsb edir. Əgər kiçik yaşlı məktəblilərdə hisslər impulsiv
olursa, orta məktəb yaşlarında isə düşünülmüş və güclü olur. Xüsu-
silə nifrət hissi özünü daha güclü büruzə verir. Bir çох pedaqoqlar
bu dövrü ağır böhran dövrü də adlandırırlar. İnadkarlıq, eqoizm,
qaradinməzlik bununla izah olunur. Ona görə də yеniyеtmələrin
hisslərinə ehtiyatla, diqqətlə yanaşmaq lazımdır.
Yеniyеtmələrdə peşələrə meyil, maraq yaranır, onlar peşələrin
əhəmiyyəti, faydası haqqında düşünür, istədikləri sənətə yiyələnmə-
yə çalışırlar. Onların əksəriyyəti təmiz və vicdanlı əməyin mənasını
düzgün başa düşür, peşəseçməyə və ümumiyyətlə, gələcəyə məsu-
liyyətlə yanaşırlar.
146
Böyük məktəbli yaş dövrü (16-18 yaş). Bu dövrdə mək-
təblinin anatomik-fizioloji inkişafı davam edir. Beyin tam inkişaf
mərhələsinə gəlir. Boy inkişafı və skeletin sümükləşməsi qurtarır,
daxili sekresiya vəziləri inkişafını başa çatdırır. Əzələlərin qüvvəsi,
həmçinin iş qabiliyyəti xeyli artır, hərəkətin tənzim edilməsi qay-
daya düşür və yaşlılarınkına çatır. Bədənin dəyişməsi sürəti əvvəlki
dövrə nisbətən xeyli azalır: boy ildə 1,5-2,5 sm, çəki isə 2-4 kq artır.
Cinsi yetişmənin birinci mərhələsi başa çatır.
Bu yaş dövrü ilk gənclik dövrü kimi də səciyyələndirilir. Bu
dövr gənclərin dünyagörüşünün, əqidəsinin, xarakterinin və həyat
yolunun müəyyənləşdirilməsi dövrüdür. Yuxarı sinif şagirdləri təd-
ris fənlərinə seçmə münasibət bəsləyirlər. Onlar təlim materialını
müvəffəqiyyətlə təhlil edir, ümumiləşdirmələr aparır, mühakimə yü-
rüdərək nəticələr çıxarmaqda çətinlik çəkmir, mücərrəd anlayışları
asanlıqla dərk edirlər. Seçdikləri peşələrlə bağlı biliklərə tələbat on-
ların xarakter əlamətlərindən biridir. Bu, psixi proseslərin inkişafını
və fəaliyyətini müəyyən edir. Belə ki, gənclik dövründə qavrayış
istiqamətliliyi, diqqət ixtiyariliyi və sabitliyi, hafizə məntiqiliyi ilə
xarakterizə olunur. Yuxarı sinif şagirdlərinin təfəkkürü yüksək sə-
viyyədə ümumiləşdiriciliyi, mücərrədliyi, müstəqilliyi, məntiqili-yi
ilə fərqlənir, yavaş-yavaş nəzəri və tənqidi istiqamət kəsb etməyə
başlayır. Bu dövr əqli fəaliyyətin yüksəliş dövrüdür. Bu dövrdə həm
də psixi proseslər əhəmiyyətli şəkildə təşəkkül tapır.
Yеniyеtməlik dövründə oğlanlar fiziki hazırlığa daha çох diq-
qət yetirdikləri halda, yuxarı sinif şagirdləri intellektual keyfiyyət-
ləri yüksək dəyərləndirirlər. İntellektual qabiliyyətli şagirdlər sinif-
də böyük nüfuza malik olurlar.
Bu yaşda şagirdlərin əxlaqi və sosial keyfiyyətləri sürətlə for-
malaşır. Bu dövrdə gənclər həyatda fəal mövqe tutmağa can atır,
ictimai borca şüurlu münasibət bəsləyir, sözü ilə işini gündəlik dav-
ranış normasına cevirməyə çalışırlar. Onlarda əxlaqi anlayışlar və
kateqoriyalar formalaşır. Onlar öz «mən»ini ifadə etməyə, özünütəs-
diqə və özünü reallaşdirmağa, başqalarının diqqətini cəlb etməyə
cəhd edir, peşə seçməyə çalışırlar.
İlk gənclik dövründə etik problemlərə güclü maraq yaranır.
Ilk məhəbbət oğlan və qızların həyatına həyəcanlar gətirir, onları о
Dostları ilə paylaş: |