138
Üç dövrə bölünür:
1) kiçik məktəb yaş dövrü (6-10); 2) orta məktəb yaş
dövrü (11-15 yaş); 3) böyük məktəb yaş dövrü (16-18).
Müəyyən olunmuş yaş dövrləri şərtidir, onların arasında
dəyişkənlik özünü göstərir.
Məktəb yaş dövrünə qədəm qoyan uşağın fəaliyyətində, ün-
siyyətində və başqa adamlarla münasibətində kəskin dönüş yaranır.
Təlim onun aparıcı fəaliyyət növü olur, həyat tərzi dəyişir, yeni və-
zifələr meydana gəlir, ətrafında olan adamlarla yeni münasibətlər
yaranır.
Məktəbəqədər yaş dövrünün xüsusiyyətləri. Məktəbəqədər
tərbiyə müəssisələrinin prqoramı mühüm dövlət sənədi olub, məktə-
bəqədər yaşlı uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununu,
məqsədini və vəzifəsini özündə əks etdirir.
Proqram uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq,
onların hərtərəfli inkişafına xidmət edir. Uşaq bağçasında uşaqların
həyat və fəaliyyəti proqramın tələblərinə müvafiq qurulur. Onların
təlim fəaliyyəti, fiziki, əxlaqi və estetik tərbiyəsi bu mühüm sənəd
əsasında həyata kesirilir.
Uşaqların məktəbə qəbulu 6 yaşdan başladığı üçün proqramda
məktəbəqədər yaş dövrü psixi-fizioloji və metodoloji baxımdan
aşağıdakı qaydada təsnif olunmuşdur:
- anadan olduğu vaxtdan 1 yaşadək – körpəlik dövrünün
birinci qrupu;
- 1 yaşdan 2 yaşadək – körpəlik dövrünün ikinci qrupu;
- 2 yaşdan 3 yaşadək – körpəlik dövrünün böyük qrupu,
eyni zamanda bağça dövrünün kiçik qrupu;
- 3 yaşdan 4 yaşadək – bağça dövrünün orta qrupu;
- 4 yaşdan 5 yaşadək – bağça dövrünün böyük qrupu;
- 5 yaşdan 6 yaşadək – bağça dövrünün məktəbə hazırlıq
qrupu; (Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı.
Bakı, 1998, səh.3-4).
Uşaq ilk doğulan gündən çəkisi və boyu artmağa başlayır.
Anadan normal olmuş uşağın çəkisi 2800-4500 qr olur. Bu dövrdə
fiziki və sinir sisteminin inkişafı sürətli olur. İlk yarımildə körpə hər
ay 600-700 qr çəkisini artırır. Uşaq həyatının hər ayı ərzində 2-3 sm
139
boyu artır. Birinci ilin sonunda onun çəkisi 10,5 kq, boyu 74-75 sm.
olur. Normal inkişaf edən uşaq 7-8 aylığında süd dişi çıxarmağa
başlayır.
Normal doğulmuş uşağın boyu 50-60 sm-ə qədər olur. Uşaq
doğulduqdan 10-15 gün sonra onda şərti reflekslər əmələ gəlir. Bu
yaşda sümükdə kalsium duzlarını sürətli mənimsəmə prosesi gedir.
Bu isə sümüklərin yavaş-yavaş bərkiməsini təmin edir. Sümükdə
duzların kifayət qədər olmaması nəticəsində raxit xəstəliyi meydana
gəlir. Bu dövrdə döş qəfəsi daha sürətlə inkişaf edir.
Uşaqlar 2-3 aylığında hərəkət edən əşyaları izləməyə vərdiş
edir, səsin görünməyən mənbəyini hiss edir, başını səs gələn tərəfə
çevirir. Ona görə də uşağın gözlərindən 40-60 sm aralı parlaq oyun-
caq asır və hərəkət etdirirlər. 2,5 aylığında körpə artıq tez-tez gü-
lümsəyir, «qı», «kxı» səslərini tələffüz edir.
İlk 2,5-3 aylığında körpədə hərəkət inkişaf etməyə başlayır.
1,5 aylığında körpəni qarnı üstündə uzanmağa öyrətmək lazımdır. 3
aylığında artıq qarnı üstündə çox yaxşı uzanır.
2,5-3 aylığında 5-6 aylığındadək körpələrdə görmə, eşitmə və
səs reaksiyalarının təkmilləşməsi baş verir. Əllərinin qamarlama
hərəkəti inkişaf edir, sürünməyə hazırlıq hərəkətləri əmələ gəlir. Üç
aylıq körpə artıq öz anasını tanımağa başlayır, 6 aylığında isə tanıdı-
ğı adamı görəndə sevinir, yad adamı görəndə isə qəmginləşir, onda
uşaq yaşlıların nitqinin intonasiyasını yəni ciddi yaxud əzizləmə
olduğunu seçə bilir. Belə ki, əgər onunla kəskin danışırlarsa, körpə
ağlayır.
4-5 aylığında uşaqda a-a-a tələffüzü alınır. 6-7 aylığında isə
eyni hecanı dəfələrlə təkrar edir ba-ba-ba. Uşağın nitqini inkişaf
etdirmək üçün böyüklər də bu cür səslər çıxarmalıdırlar.
6-7 aylığında uşaqlar “haradadır?” sualına cavab olaraq başla-
rını sorşulan əşyaya tərəf çevirilər. Əgər əşyanın yeri dəyişdirilərsə,
uşaq onu tapa bilməz, çünki, o, əşyanı olduğu yerə əsasən tapır (mə-
sələn, pəncərənin yanında). 9-10 aylığında olan uşaqlar isə əşyanı
yerləşdiyi yerdən asılı olmayaraq tapa bilirlər. Buna görə də əvvəlcə
əşyalar həmişə müəyyən olunmuş yerə qoyulmalıdır: stolun üstünə,
pəncərəyə və s. yaşlılar əşyanın adını çəkərkən yalnız uşağın ona
140
baxmasına deyil, həm də uşağın əşyaya toxunmasına və onun səsini
eşitməsinə çalışmalıdırlar.
9-10 aylığında uşaqlarda formalaşdırılmış bacarıqlar onların
psixi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu bacarıqlarla
müstəqil hərəkət etmək, oyuncaqlarala məqsədyönlü məşğul olmaq,
yaşlıların hərəkətlərinə və nitqinə diqqət yetirmək və s. daxildir.
Hərəkət sümük-sinir sisteminin möhkəmlənməsinə zəmin yaradır,
bacarıqların formalaşmasına kömək edir.
11 aylığında uşaqların əksəriyyəti müstəqil olaraq ayaq üstə
durur, hərəkət edir, (tərbiyəçinin əlindən yapışmaqla), bir yaşına ya-
xın isə müstəqil olaraq hərəkət edirlər. Nəticədə uşağın əli azad
olur, bu isə əşyalarla məşğul olmaq və ətrafdakılarla tanış olmaq
üçün əlverişli şərait yaradır.
Müstəqil yeriməyə öyrətməyin effektiv üsulu uşağın ilk addı-
mı atmasına məcbur edən vəziyyətin yardılmasından ibarətdir. Mə-
sələn, tərbiyəçi cəlbedici oyuncağı göstərməklə uşağı çağırır, körpə
ona tərəf dartınır və ilk addımı atır. Bu zaman uşağı yıxılmaqdan
qorumaq lazımdır, çünki yıxılmaq qorxusu hərəkətin inkişafını lən-
gidə bilər. 9-10 aylıqdan 1 yaşadək uşaqların əşyalarala fəaliyyə-
tində keyfiyyət dəyişiklikləri baş verir.
Bir yaşın sonlarında uşaqlar tərəfindən başa düşülən ehtiyat
sözlər sırasına “olar” və “olmaz” sözləri də daxil olur. Həmin dövr-
lərdə uşaqlarda səs reaksiyalarının intensiv inkişafı baş verir. Onlar
tələffüz üçün asan olan hecaların təkrarından ibarət olan sözləri
tələffüz edirlər: ba-ba, ab-ab, bax, ma-ma, və s. Bu yaşda uşaqlara
böyüklərin sözlərini təqlid etmək öyrədilməlidir. 9-12 aylığında
olan yşaqlar digər uşaqların nə etdikləri ilə maraqlanırlar. Bəzən on-
lar bir-birinə yaxınlaşıb gülümsünür, əksər hallarda isə biri o birinin
əlindəki oyuncağı almağa çalışır.
İki yaşında olan uşaqlar hər ay öz çəkilərini 170-190 qram,
boylarını isə 1 sm artırırlar. İki yaşa yaxınlaşanda uşağın çəkisi orta
hesabla 12 və ya 7 kq, boyu 85-86 sm olur. İki yaşlı uşağın 20 ədəd
süd dişi olur. Sinir sisteminin iş qabliyyəti artır. Sutkalıq yatmaq
vaxtı 14 saatdan 12,5 saata enir.
Bu dövrdə uşaqlarda inkişaf davam edir, lakin bu proses mü-
əyyən qədər zəifliyir. Uşaq 1,5 yaşında olanda 3-3,5 saat, ikinci ilin
Dostları ilə paylaş: |