Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə45/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   236

 

138 


Üç dövrə bölünür: 

1)  kiçik  məktəb  yaş  dövrü  (6-10);  2)  orta  məktəb  yaş 

dövrü (11-15 yaş); 3) böyük məktəb yaş dövrü (16-18). 

Müəyyən  olunmuş  yaş  dövrləri  şərtidir,  onların  arasında 

dəyişkənlik özünü göstərir. 

Məktəb  yaş  dövrünə  qədəm  qoyan  uşağın  fəaliyyətində,  ün-

siyyətində və başqa adamlarla münasibətində kəskin dönüş yaranır. 

Təlim onun aparıcı fəaliyyət növü olur, həyat tərzi dəyişir, yeni və-

zifələr  meydana  gəlir,  ətrafında  olan  adamlarla  yeni  münasibətlər 

yaranır. 



Məktəbəqədər  yaş  dövrünün  xüsusiyyətləri. Məktəbəqədər 

tərbiyə müəssisələrinin prqoramı mühüm dövlət sənədi olub, məktə-

bəqədər yaşlı uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununu, 

məqsədini və vəzifəsini özündə əks etdirir. 

Proqram uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq, 

onların hərtərəfli inkişafına xidmət edir. Uşaq bağçasında uşaqların 

həyat  və  fəaliyyəti  proqramın  tələblərinə  müvafiq  qurulur.  Onların 

təlim  fəaliyyəti,  fiziki,  əxlaqi  və  estetik  tərbiyəsi  bu  mühüm  sənəd 

əsasında həyata kesirilir. 

Uşaqların məktəbə qəbulu 6 yaşdan başladığı üçün proqramda 

məktəbəqədər  yaş  dövrü  psixi-fizioloji  və  metodoloji  baxımdan 

aşağıdakı qaydada təsnif olunmuşdur: 



-  anadan  olduğu  vaxtdan  1  yaşadək  –  körpəlik  dövrünün 

birinci qrupu; 

- 1 yaşdan 2 yaşadək – körpəlik dövrünün ikinci qrupu; 

-  2  yaşdan  3  yaşadək  –  körpəlik  dövrünün  böyük  qrupu, 

eyni zamanda bağça dövrünün kiçik qrupu

- 3 yaşdan 4 yaşadək – bağça dövrünün orta qrupu

- 4 yaşdan 5 yaşadək – bağça dövrünün böyük qrupu; 

-  5 yaşdan 6 yaşadək –  bağça dövrünün məktəbə hazırlıq 

qrupu;  (Məktəbəqədər  müəssisələrdə  tərbiyə  və  təlim  proqramı. 

Bakı, 1998, səh.3-4). 

Uşaq  ilk  doğulan  gündən  çəkisi  və  boyu  artmağa  başlayır. 

Anadan normal olmuş uşağın çəkisi 2800-4500 qr olur. Bu dövrdə 

fiziki və sinir sisteminin inkişafı sürətli olur. İlk yarımildə körpə hər 

ay 600-700 qr çəkisini artırır. Uşaq həyatının hər ayı ərzində 2-3 sm 




 

139 


boyu artır. Birinci ilin sonunda onun çəkisi 10,5 kq, boyu 74-75 sm. 

olur.  Normal  inkişaf  edən  uşaq  7-8  aylığında  süd  dişi  çıxarmağa 

başlayır. 

Normal  doğulmuş  uşağın  boyu  50-60  sm-ə  qədər  olur.  Uşaq 

doğulduqdan 10-15 gün sonra onda şərti reflekslər əmələ gəlir. Bu 

yaşda sümükdə kalsium duzlarını sürətli mənimsəmə prosesi gedir. 

Bu  isə  sümüklərin  yavaş-yavaş  bərkiməsini  təmin  edir.  Sümükdə 

duzların kifayət qədər olmaması nəticəsində raxit xəstəliyi meydana 

gəlir. Bu dövrdə döş qəfəsi daha sürətlə inkişaf edir. 

Uşaqlar  2-3  aylığında  hərəkət  edən  əşyaları  izləməyə  vərdiş 

edir, səsin  görünməyən  mənbəyini hiss edir, başını səs gələn tərəfə 

çevirir. Ona görə də uşağın gözlərindən 40-60 sm aralı parlaq oyun-

caq  asır  və  hərəkət  etdirirlər.  2,5  aylığında  körpə  artıq  tez-tez  gü-

lümsəyir, «qı», «kxı» səslərini tələffüz edir. 

İlk  2,5-3  aylığında  körpədə  hərəkət  inkişaf  etməyə  başlayır. 

1,5 aylığında körpəni qarnı üstündə uzanmağa öyrətmək lazımdır. 3 

aylığında artıq qarnı üstündə çox yaxşı uzanır. 

2,5-3 aylığında 5-6 aylığındadək körpələrdə görmə, eşitmə və 

səs  reaksiyalarının  təkmilləşməsi  baş  verir.  Əllərinin  qamarlama 

hərəkəti inkişaf edir, sürünməyə hazırlıq hərəkətləri əmələ gəlir. Üç 

aylıq körpə artıq öz anasını tanımağa başlayır, 6 aylığında isə tanıdı-

ğı adamı görəndə sevinir, yad adamı görəndə isə qəmginləşir, onda 

uşaq  yaşlıların  nitqinin  intonasiyasını  yəni  ciddi  yaxud  əzizləmə 

olduğunu seçə bilir. Belə ki, əgər onunla kəskin danışırlarsa, körpə 

ağlayır. 

4-5  aylığında  uşaqda  a-a-a  tələffüzü  alınır.  6-7  aylığında  isə 

eyni  hecanı  dəfələrlə  təkrar  edir  ba-ba-ba.  Uşağın  nitqini  inkişaf 

etdirmək üçün böyüklər də bu cür səslər çıxarmalıdırlar. 

6-7 aylığında uşaqlar “haradadır?” sualına cavab olaraq başla-

rını sorşulan əşyaya tərəf çevirilər. Əgər əşyanın yeri dəyişdirilərsə, 

uşaq onu tapa bilməz, çünki, o, əşyanı olduğu yerə əsasən tapır (mə-

sələn,  pəncərənin  yanında).  9-10  aylığında  olan  uşaqlar  isə  əşyanı 

yerləşdiyi yerdən asılı olmayaraq tapa bilirlər. Buna görə də əvvəlcə 

əşyalar həmişə müəyyən olunmuş yerə qoyulmalıdır: stolun üstünə, 

pəncərəyə  və  s.  yaşlılar  əşyanın  adını  çəkərkən  yalnız  uşağın  ona 



 

140 


baxmasına deyil, həm də uşağın əşyaya toxunmasına və onun səsini 

eşitməsinə çalışmalıdırlar. 

9-10  aylığında  uşaqlarda  formalaşdırılmış  bacarıqlar  onların 

psixi  inkişafı  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  bacarıqlarla 

müstəqil hərəkət etmək, oyuncaqlarala məqsədyönlü məşğul olmaq, 

yaşlıların  hərəkətlərinə  və  nitqinə  diqqət  yetirmək  və  s.  daxildir. 

Hərəkət  sümük-sinir  sisteminin  möhkəmlənməsinə  zəmin  yaradır, 

bacarıqların formalaşmasına kömək edir. 

11  aylığında  uşaqların  əksəriyyəti  müstəqil  olaraq  ayaq  üstə 

durur, hərəkət edir, (tərbiyəçinin əlindən yapışmaqla), bir yaşına ya-

xın  isə  müstəqil  olaraq  hərəkət  edirlər.  Nəticədə  uşağın  əli  azad 

olur,  bu  isə  əşyalarla  məşğul  olmaq  və  ətrafdakılarla  tanış  olmaq 

üçün əlverişli şərait yaradır. 

Müstəqil yeriməyə öyrətməyin effektiv üsulu uşağın ilk addı-

mı atmasına məcbur edən vəziyyətin yardılmasından ibarətdir. Mə-

sələn, tərbiyəçi cəlbedici oyuncağı göstərməklə uşağı çağırır, körpə 

ona  tərəf  dartınır  və  ilk  addımı  atır.  Bu  zaman  uşağı  yıxılmaqdan 

qorumaq lazımdır, çünki yıxılmaq qorxusu hərəkətin inkişafını lən-

gidə  bilər.  9-10  aylıqdan  1  yaşadək  uşaqların  əşyalarala  fəaliyyə-

tində keyfiyyət dəyişiklikləri baş verir. 

Bir  yaşın  sonlarında  uşaqlar  tərəfindən  başa  düşülən  ehtiyat 

sözlər sırasına “olar” və “olmaz” sözləri də daxil olur. Həmin dövr-

lərdə uşaqlarda səs reaksiyalarının intensiv inkişafı baş verir. Onlar 

tələffüz  üçün  asan  olan  hecaların  təkrarından  ibarət  olan  sözləri 

tələffüz edirlər: ba-ba, ab-ab, bax, ma-ma, və  s.  Bu  yaşda uşaqlara 

böyüklərin  sözlərini  təqlid  etmək  öyrədilməlidir.  9-12  aylığında 

olan yşaqlar digər uşaqların nə etdikləri ilə maraqlanırlar. Bəzən on-

lar bir-birinə yaxınlaşıb gülümsünür, əksər hallarda isə biri o birinin 

əlindəki oyuncağı almağa çalışır. 

İki  yaşında  olan  uşaqlar  hər  ay  öz  çəkilərini  170-190  qram, 

boylarını isə 1 sm artırırlar. İki yaşa yaxınlaşanda uşağın çəkisi orta 

hesabla 12 və ya 7 kq, boyu 85-86 sm olur. İki yaşlı uşağın 20 ədəd 

süd  dişi  olur.  Sinir  sisteminin  iş  qabliyyəti  artır.  Sutkalıq  yatmaq 

vaxtı 14 saatdan 12,5 saata enir. 

Bu dövrdə uşaqlarda inkişaf davam edir, lakin bu proses mü-

əyyən qədər zəifliyir. Uşaq 1,5 yaşında olanda 3-3,5 saat, ikinci ilin 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə