190
olmur. Müəllimin əsəbi, bədbin vəziyyəti bəbəkləri daralmağa məc-
bur edir. Onun üzü mehriban, səmimi olmur, şagirdlər özlərini dis-
komfort hiss edirlər, işin səmərəsi aşağı düşür.
Müəyyən olunmuşdur ki, müəllimin "qapalı" duruşu (bədə-
ninin ön hissəsini kürsü vasitəsilə, masa vasitəsilə örtməyə və mə-
kanda mümkün qədər az yer tutmağa çalışması və ya qollarını qoy-
nuna qoyması, yaxud da oturaraq iki əlini çənəsinin altına daya-
ması) inamsızlıq, etibarsızhq, razılaşmamaq, əks təsir göstərmək,
tənqid kimi başa düşülür.
"Sərbəst" duruş, təbii danışıq, jestlərdən, mimikalardan
istifadə etmək, şagirdərlə göz təması yaratmaq etibar, inam, razılıq,
xeyirxahlıq, psixoloji komfort kimi başa düşülür. Bütün bunları
şagirdlər mexaniki olaraq qavrayırlar.
2. Prosodika və ekstralinqvistika (intonasiya, səsin ucalığı,
tembri, nəfəsalma, gülüş, öskürək). Səsin xarakteristikaları prosodik
(nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü sis-
temi) və ekstralinqvistik (linqvistikadan kənar) hadisələrə daxildir.
Şövq, ruh yüksəkliyi, sevinc hissləri adətən yüksək səslə deyilir.
Narazılıq adətən yumşaq və batıq səslə deyilir.
Nitqin sürəti də müəllimin hisslərini əks etdirir. Həyəcanlılıq
və ya rahatlıq sürətli nitqdə özünü əks etdirir.
Aramla, yavaş-yavaş danışmaq yorğunluq və ya təkəbbürlülük
əlamətidir.
3. Takesik ünsiyyət vasitələri. Başı sığallama, toxunma, əl-
ələ verib görüşmə, tərifləmə takesik ünsiyyət vasitələrinə aiddir.
Sübut olunmuşdur ki, onlar xüsusi ilə tam olmayan ailələrdən olan
uşaqlar üçün bioloji cəhətdən zəruri stimulyator formalarıdır. Şıltaq
və ya inciyən uşağın başını sığallamaqla çox şeyə nail olmaq olur.
Hər pedaqoqun buna ixtiyarı yoxdur. Bunu ancaq uşaqların etibarını
qazanmış müəllimlər edə bilərlər.
4. Proksemik vasitələr. Bunlara təlim zamanı müəllim və şa-
girdlərin oriyentasiyası və оnlar аrаsında distansiya aiddir. Pedaqoji
distansiyanın normaları aşağıdakı məsafələr kimi müəyyən olun-
muşdur:
191
1) Müəllimin şagirdlərlə fərdi ünsiyyəti – 50 sm-dən 120 sm-
dək; 2) sinifdə şagirdlərlə rəsmi ünsiyyət - 120-400 sm; 3) auditori-
ya qarşısında çıxış edən zaman açıq ünsiyyət 400-750 sm.
Ünsiyyət distansiyasının müntəzəm dəyişməsi pedaqoji əmə-
yin xüsusiyyətidir. Bu, müəllimdən dəyişən şəraitə dəfələrlə uyğun-
laşmağı tələb edir.
Tapşırıq
Təqdim olunan plan əsasında müxtəlif mənbələrə istinad edərək
icmal hazırlayın:
1.Cəmiyyətimizdə müəllimlik peşəsi.
2.Müəllimlik peşəsinin səciyyəvi xüsusiyyətləri.
3. Görkəmli şəxsiyyətlər müəlimlik peşəsi haqqında.
4. Müəllimin pedaqoji qabiliyyətləri.
5. Pedaqoji peşənin prinsipləri.
6. Müəllimlik peşəsinə verilən pedaqoji tələblər.
7. Müəllim – şagird münasibətlərinin formaları.
8. Müəllim şagird münasibətlərində əməkdaşlıq növləri.
9. Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər.
10. Pedaqoji prosesdə müəllimin pedaqoji mərifəti.
11. Müəllimin pedaqoji ustalığı.
Ədəbiyyat
1. Əliyev H. Azərbaycan Müəllimlərinin qurultayında nitq/ Azər-
baycan müəllimi, 01 oktaybr, 1998-ci il.
2. Mərdanov M.C. Azərbaycan təhsil sistemi: real vəziyyət, prob-
lemlər və islahat istiqamətləri. Bakı, Təhsil, 2005.
3. Əliyev H. Pedaqoji ustalığın əsasları. (Dərs vəsaiti). Bakı, ADPU,
1999.
4.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı: Maarif, 1991, səh.
168-212.
5. İbrahimov F.N. Təlimdə alqoritmik və evristik fəaliyyətin
optimal nisbətlərinin əsaslarına dair oçerklər. Bakı: Mütərcim, 1998,
səh.230-244.
6. İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mü-
tərcim, 2010. səh.192-200.
192
7. Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaksiyası ilə). Bakı: Maa-
rif, 1982. səh.284-285.
8. Paşayev Ə.X., Rüstəmov F.A.Pedaqogika. Bakı: Nurlan, 2007,
səh.39-45.
9. Məmmədzadə R.H. Müəllimin peşə etikası. Bakı: Maarif, 1992.
səh.110
10.Меhdizаdə M. Мüаsir dərs hаqqındа. Bаkı, 1970.
11.Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Bakı: Müəllim,
2008.
12.Hüsеynzаdə R.L. Təhsilin humаnistləşdirilməsi və dеmоkrаtik-
ləşdirilməsi. Bakı, 1997.
13.Hüsеynzаdə R.L. Мüаsir məktəb və yеni pеdаqоji düşüncələr.
Bаkı, 1998.
14.
Əlizadə Ə.Ə., Rüstəmov F.A., Quliyeva K. Müəllim peşəsinin
professoqramı. Pedaqoji tədqiqatlar. (Elmi məqalələr məcmuəsi). Bakı,
2000 (II buraxılış).
15.
Əlizadə Ə.Ə. Azərbaycan məktəbinin psixoloji problemləri.
Bakı: Ozan, 1998.
16.
Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı, 2001.
193
VI fəsil
PEDAQOJİ PROSES
Əhatə olunan məsələlər:
6.1. Pedaqoji proses haqqında ümumi anlayış.
6.1.1.“Pedaqoji gerçəklik”, “pedaqoji proses” və “təlim-tərbiyə”
anlayışlarının qarşılıqlı səciyyəsi.
6.1.2. “Pedaqoji proses” anlayışının “sistem” anlayışı vasitəsi ilə
interpretasiyası.
6.2. Pedaqoji prosesdə ziddiyyətlər.
6.3.
Pedaqoji prosesin qanunauyğunluqları.
6.4.
Pedaqoji prosesin prinsipləri haqqında.
6.5.
Pedaqoji prosesin mərhələləri.
6.6. Pedaqoji prosesin texnoloji əsasları
.
6.7. Pedaqoji ünsiyyətin texnologiyası.
6.8. Pedaqoji innovasiyalar.
6.9. Pedaqoji sistemin optimallaşdırılması.